Apple”ın birinci nəsil smartfonu “iPhone”, onlayn hərracda 63 min dollara satılıb. İlk dəfə 2007-ci ildə təqdim edilən “iPhone” telefon bazarında balansı dəyişmiş və bir çox markaları ilhamlandırmışdı.
15 il əvvəl Stiv Cobs ilk “iPhone”u təqdim edərkən "geniş sensor ekranlı “iPod”, inqilabi mobil telefon və yeni internet rabitə cihazı" ifadələrini işlətdi. O vaxtdan bəri çox şey dəyişdi və “iPhone” “Apple”ı dünyanın ən böyük şirkətinə çevirdi.
“LCG Auctions” tərəfindən təşkil edilən hərracda 2 min 500 dollarla açılış edildi. “iPhone”un sahibi Karen Qrin deyir ki, telefon ona 2007-ci ildə verilib, lakin operatorla bağladığı müqaviləyə görə cihazdan istifadə edə bilmir.
İlk “iPhone” necə idi?
Klassik proqramlar şəbəkəsi, tək funksional “Home” düyməsi, tamamilə sensor klaviatura və idarəetmə ilk “iPhone”un əsas özəllikləri arasında idi. Telefon internet və media istehlakı üçün hazır olsa da, o zaman “3G” və “App Store” daxil olmaqla bir sıra əsas funksiyalardan məhrum idi.
Dünyada 2-ci ən populyar yazışma proqramı!
“Telegram” “Facebook Messenger”i keçərək “WhatsApp”dan sonra dünyada ikinci ən populyar mesajlaşma proqramı olub. Platformanın yaradıcılarından olan Pavel Durov bu xoş xəbəri “Fortune” jurnalının məlumatları ilə tamamlayaraq paylaşıb.
Pavel Durov: “Rəqiblərimiz narahatdırlar” deyə açıqlama verib.
Qrafikdən göründüyü kimi “WhatsApp”ın qlobal mesajlaşma payı 44%, “Telegram”ınkı isə 31%-ə çatıb və bu fərq getdikcə daralır. “Facebook Messenger” isə 21% bazar payına malikdir. Pavel Durov “Telegram” kanalında mövzu ilə bağlı aşağıdakı ifadələrdən istifadə edib: "Son beş il ərzində “Telegram” “Facebook Messenger”i keçərək ən populyar mesajlaşma proqramına çevrildi. “Telegram” hazırda “WhatsApp2dan sonra ikinci yerdədir və bu fərqi ildən-ilə azaldır. Təəccüblü deyil ki, rəqiblərimiz narahatdırlar".
“Gran Turismo 7”yə “AI” sürücü gətirildi.
Keçən il “Gran Turismo”nun arxasındakı “Sony AI” və “Polyphony Digital” premium səviyyədə yarışa bilən yeni süni intellekt sürücü hazırladı. “Sophy” adlanan bu sürücü indi “Gran Turismo 7”yə gətirilib.
“Sony”nin süni intellekt bölməsinin məhsulu olan “Sophy”, başlanğıcda bir yarışı belə tamamlaya bilmədi, lakin edilən təkmilləşdirmələrlə sözün əsl mənasında sürücüyə çevrildi. O, təkcə sürətli sürmür, həm də oyunda taktika və strategiyalar tətbiq edir.
“Gran Turismo 7”nin 1.29 yeniləməsi ilə gələn “Sophy”, mart ayının sonuna qədər oyunda qalacaq. Oyuna əlavə edilən "Gran Turismo Sophy Race Together" rejimi sayəsində “Sophy” ilə yarışa bilərsiniz. “Sophy” ilə avtomobilləri yarışdırdığınız təkbətək bir matç da var, beləliklə də süni intellektdən nə qədər yavaş olduğunuzu görə bilərsiniz.
“Mercedes” qətranda saxlanılır.
“Antoni” agentliyi ilə birlikdə işləyən “Mercedes”, "DNT-ni qorumaq məqsədilə" ilk 1979-cu il modelini 40 ton qatran tökülmüş qabda saxlayır.
“Uber Eats” Türkiyəyə gəlir.
“Uber”in onlayn qida çatdırılması xidməti olan “Uber Eats” uzun gözləntidən sonra Türkiyəyə gəlir. “Uber Türkiyə” hələlik açıqlama verməsə də, “Uber Eats”in gəlişi mobil tətbiqdə öz əksini tapıb. Tətbiqə edilən yeniləmə ilə məhdud sayda istifadəçinin ana ekranına “Çatdırılma” adlı hissə əlavə edilib.
“Səyahətlər” hissəsinin yanında “Çatdırılma” üzərinə kliklədikdə “Uber Eats” loqosu göstərilir və "Tezliklə" mətni görünür. Mətnin davamında bildirilir ki, “Uber Eats”in əhatə dairəsi daim genişləndirilir və istifadəçilərdən gələcəkdə bu işarəni yenidən yoxlamaları xahiş olunur.
2014-cü ildə “Uber” nəzdində fəaliyyətə başlayan “Uber Eats” hazırda dünyanın ən böyük onlayn qida çatdırılması platformalarından biridir. 2021-ci ilin sonunda paylaşılan məlumatlara görə, platforma 45 ölkədə ümumilikdə 6000 şəhərə xidmət göstərir.
İstifadə edilməyən “Windows XP” loqoları!
Bir çoxumuz üçün ilk əməliyyat sistemi olan “Windows XP” və onun simvolik loqosu əslində çox fərqli görünə bilərdi. Bir müddət əvvəl “Frog Design” firması “Microsoft” üçün hazırladığı, lakin heç istifadə olunmayan “Windows XP” loqolarını ortaya çıxardı.
“Windows XP”nin klassik üçölçülü loqosu 2001-ci ildə ortaya çıxdı, lakin görünür, bu loqonun seçiminə gedən yolda çoxlu müxtəlif və qəribə variantlar var idi. “Microsoft” yeni loqo yaratmaq və istifadəçi interfeysi və tapşırıq panellərinin görünüşünü formalaşdırmaq üçün “Frog Design” adlı şirkətə müraciət etmişdi.
“Frog Design”ın yaradıcı direktoru Keysi Potter “Microsoft”un çevik, istifadəçi dostu tələblərini nəzərə alaraq 50 loqo nümunəsi hazırladıqlarını açıqladı. Bu dizaynlar sadədən radikala doğru gedir. Bir loqo hətta mavi səmaya baxan tək pəncərənin təsvirini də ehtiva edirdi.
Digər tərəfdən loqolara nəzər saldıqda maraqlı bir şəkildə vurğunun 2002-ci ilə aid olduğunu görürük. Ona görə də deyə bilərik ki, şirkət adlandırma məsələsində “Microsoft”dan fərqli düşünürdü. Nəhayət, “Windows XP” asan istifadəsi və son dərəcə sabit quruluşu ilə çox uzun müddət istifadədə qaldı. Bu gün də bu simvolik əməliyyat sistemindən istifadə edənləri görmək mümkündür.
“Meta” 26 milyard dollar itirdi!
Həm Mark Zukerberq, həm də “Meta”nın “Metaverse” macərası gözlənildiyi kimi getmir. İstifadəçilərin daima düşən marağı, gözlənilən canlılığı yaratmayan sərmayələr və investorların inancının azalması səbəbindən “Meta” üçün itki qaçılmaz oldu.
“Meta”nın metaverse və “VR” bölməsi olan “Reality Labs”, metaverse səbəbiylə cəmi iki il ərzində 26 milyard dollar və ya daha çox itirdi. “Meta”nın ən son “Q4” nəticələri bizə şirkətin metaversedə nə qədər xərclədiyi və itirdiyi ilə bağlı böyük mənzərəni göstərir. 2020-ci ilin tətil mövsümündən 2022-ci ilin sonuna qədər “Reality Labs” bir neçə dəfə ardıcıl olaraq milyardlarla dollar itki ilə üzləşdi və Zukerberqin açıqlamaları bu sərmayənin davam edəcəyini göstərir.
İtkilərə baxmayaraq, Zukerberq hadisəyə fərqli nöqteyi-nəzərdən yanaşır. Onun fikirlərinə görə, “metaverse” əsaslı inkişaf, ən azı “hardware” inkişafı ilə müqayisədə ucuz bir üsuldur. Digər tərəfdən, şirkət "məhsuldarlıq ili" adlandırdığı 2023-cü ildə investisiyalarını davam etdirərkən ortaya çıxacaq itkiləri qarşılayacaq. Şirkət səmərəsiz bizneslərini yenidən dirçəltməyə çalışdığı üçün prosesin ən əvvəlində 11 000-dən çox işçi ilə yollarını ayırmışdı.