“Biz “Publicis”də dəyişikliyi yönləndiririk - müştərilərimizin brendlərini unikal olmasına imkan verən aparıcı strategiyalar və güclü ideyalar yaradırıq”.

Marketinq dünyasının trendlərinə diqqət yetirmək, müştərilərlə düzgün kommunikasiya qurmaq, yazılan marketinq strategiyasının düzgünlüyündən və mükəmməl iş prosesindən əmin olmaq ciddi vaxt və təcrübə tələb edir. Müştərini məmnun edən, marketinqə, trendlərə, biznesə və cəmiyyətin öz dəyərlərinə töhfə verən reklamlar isə dəyişimin, inkişafın əsas dayağıdır.

Bu məqalədə haqqında danışacağımız “Publicis Groupe” və onun Azərbaycan brançı bizə “Lead the Change” mottosunu, yəni “Dəyişikliyi yönləndir” ideyasını yaxından anlamağımıza kömək edəcək. 

20-ci əsrin əvvəllərində Fransada yaranmış “Publicis Groupe” dünyada yer alan top 3 reklam şəbəkəsindən biridir. Məhz elə buna görə də müxtəlif ölkələrdə “Publicis” adı altında “Publicis Media”, “Publicis Communications”, “Publicis Sapient” və “Publicis Health” filiallarını görə bilərsiniz. Getdiyi hər ölkənin ən güclü lokal və qlobal brendlərinə səhvsiz işləməyə fokuslanmış kommunikasiya və marketinq strategiyaları yazan, reklamlarını aparan “Publicis Groupe” 2005-ci ildən bəri “Publicis Azerbaijan” filialı ilə ölkəmizdə qurulan ilk reklam agentliklərindən biridir.

Publicis Azərbaycan

“Publicis Groupe bu dünyada tərəqqini formalaşdırmaq istəyir - bu, bizim səhər yataqdan qalxmaq səbəbimizdir. Və biz bilirik ki, tərəqqi siz dəyişikliyi düzgün istiqamətə yönəltdiyiniz zaman baş verir. Buna görə də dünyanın necə dəyişdiyini müəyyən etmək və anlamaq bizim üçün çox vacibdir. Beləliklə, qarşıda duran çətinlikləri birlikdə həll etməyə hazır ola bilərik. Biz öz işimizdə regionda təmsil etdiyimiz 3 agentliyimizin – Publicis, Saatchi & Saatchi və Zenith-in gücündən və “Power of One” yanaşmasından istifadə edirik. Onların hər birinin öz gücü var, lakin bir komanda kimi birlikdə işləmək bizi, həqiqətən, unikal edir.”

- Publicis Azərbaycanın gücü haqqında Publicis Azerbaijanın regional idarəedici tərəfdaşı Olga Ostrovskaya qeyd edir.

3 agentliyin yanaşmaları oxşar olsa da, iş məqsədləri müəyyən qədər fərqlənir:

“Biz“Publicis”də dəyişikliyi yönləndiririk - müştərilərimizin brendlərinin unikal olmasına imkan verən aparıcı strategiyalar və güclü ideyalar yaradırıq. “Saatchi&Saatchi”da ideyaların fərqləndirmə və motivasiya gücünə ürəkdən inanırıq, bilirik ki, heç nə qeyri-mümkün deyil. “Zenith”də isə komandamızla yeni növ ROI təqdim edirik”.

17 illik təcrübəyə malik “Publicis Azerbaijan” reklam agentliyi bir çox dünya brendləri ilə əməkdaşlıq edir və bu brendlər üçün rəqəmsal, sosial media, həmçinin ənənəvi media, kreativ və prodakşn xidmətləri göstərir. Çalışdıqları brendlər siyahısına Pepsi, Lay’s, Mountain Dew, L’Oréal, Red Bull, GSK, Borjomi, Nar, Yapi Kredi Bank kimi yerli şirkətlər var.

“Publicis Groupe”un Qafqaz regionu üzrə əsasını Azərbaycan və Gürcüstan komandasının birgə əməkdaşlığı təşkil edir. Regionda səsini izləyicilərinə çatdırmaq istəyən brendlər üçün 2 ölkənin güclü şəbəkələşmiş komandası tərəfindən işlərinin icrası güclü addıma bənzəyir.

Maraqlıdır ki, Publicis Azerbaijan qazandığı uğurlarla həmişə yenilikçi və innovativ olduğunu sübut edib:

Belə ki, agentlik 2016-cı ildə televiziya sahəsindəki layihələrinə görə IX, internet üzrə layihələrinə görə isə VII yerdə qərarlaşıb. 2017-ci ildə “Zenith” dünya miqyasında geniş spektrli media agentliyi və notasiya hesabatlarını dərc edən yeganə müstəqil şirkət olan “RECMA” tərəfindən Qafqazın “Nömrə 1” agentliyi adına layiq görülüb.

Publicis Azerbaijan təklif etdiyi əsas 6 xidmətlə bu günə qədər bir çox brendlə uğurlu kampaniya və layihələrə imza atıb.
Rəqəmsal həllər – rəqəmsal media strategiyasının qurulması, kontentin yaradılması;
Sosial Medianın İdarəedilməsi (SMM) - rəqəmsal medianın planlaşdırılması və alışı, influenserlərlə iş;
Kreativ həllər –Strategiyanın planlaması, brendinq və dizayn, konseptləşdirilmə, kopiraytinq; Prodakşn– animasiyalar, video, audio; BTL kampaniyaları - promo aksiyalar;
Vebsaytların qurulması və inkişaf etdirilməsi bu xidmətlərin əsasını təşkil edir.

Qlobal dəyərlərin komanda ilə təzahürü

“Publicis Groupe-da biz həyata keçirdiyimiz biznes üçün yüksək standartlar müəyyən edir və hər zaman müştərilərimizə maksimum performans və mükəmməllik təqdim etməyə çalışırıq, - bunu Publicis Azerbaijan-nın regional idarəedici tərəfdaşı Olga Ostrovskaya deyir, - və əlbəttə ki, bunları reklam sahəsində olmağa can atan, zəhmət qoyan komandamız olmadan edə bilmərik. Buna görə də regional ofisimizdə komandamıza xüsusi diqqət ayırmışıq”.

Olga Ostrovskaya eyni zamanda yerli komanda üçün təlim və vörkşopların əhəmiyyətini vurğulayır:

“Yerli komandamızın Publicis-in bütün qlobal alətlərinə və digər bazarların strategiya və təqdimatlarına çıxışı var. Azərbaycan, Gürcüstan və Belarus komandası ilə bir çox layihələrdə birgə işlədiyimiz üçün çox güclü regional kommunikasiyamız var. Biz həmçinin qlobal ofislərimizlə kreativ və strateji sessiyalar, əsas partnyorlarımız - “Meta”, “Google” və digərləri ilə xüsusi hazırlanmış təlimlər keçiririk”.

Təlimlər və seminarlar yalnız komanda üçün deyil, həm də onların birgə çalışdığı şirkətlər üçün də mühümdür: “Biz həmçinin bir çox daxili təlimlər və seminarlar keçiririk. Məsələn bu həftə Bakıda “Saatchi&Saatchi”nin keçmiş qlobal kreativ direktoru və hazırda yaradıcı məşqçimiz John Pallant bizim qonağımız oldu. John ilə birlikdə hazırkı və potensial partnyorlarımızla yaradıcılıq mövzusunda iş səhər yeməyi təşkil etdik. Biz həmçinin sevimli müştərimiz “Nar ” üçün xüsusi hazırlanmış seminar keçirdik, burada müştəri və agentliyin komandası Johnun məşhur “Dinamik Yaradıcılıq” metodundan istifadə edərək birgə vörkşop etdilər”.

Yerli bazarın inkişafı

“Azərbaycan bazarı, xüsusən də, rəqəmsal bazar çox sürətlə inkişaf edir. Biz artıq burada bütün əsas qlobal tendensiyaları müşahidə edirik - Metaverse-ə marağın artması, audio, sosial və icma ticarətinin (community trade) artması və buna bənzər yeniliklər nəzərimizdən qaçmır. Qlobal şəbəkənin bir hissəsi olmaq bizə bir addım öndə olmağımıza, başqa bazarlardan olan həmkarlarımızın biliklərindən, apardıqları araşdırmalardan və strategiyalardan istifadə etməyə kömək edir,” - Olga Ostrovskaya yerli bazarın inkişafında Publicis Azərbaycanın işləmə metodu haqqında danışarkən qeyd edir.

“Publicis Azerbaijan”ın diqqətə layiq işləri

Ən sevilən və izlənilən influenser və bloqqerlərlə 2020-ci ildə həyata keçirdikləri “Lay’s Stix” məhsulu ilə bağlı “Dad testi” aksiyası böyük marağa səbəb olub. Bu kampaniyada kreativ komanda “Lay’s Stix”in yalnız bir çipsdən ibarət olmadığını vurğulayıb. Necə olduğuna nəzər salmaq istəyirsən? Linkə keçid et.

“Dadı Pepsi ilə tamamla” şüarlı kampaniya üçün komanda xüsusi OPL strategiyası qurmuş və brend mesajı, həmçinin məhsulun faydasını göstərmək üçün xüsusi kontent strategiyası ərsəyə gətirib. Kampaniyaya rəng qatmaq üçün ritmik ''jingle'' yazılıb. Mahnıların sözləri ilə brendi ifadə etmək üçün lazım olan musiqi, incəsənət, rəqs kimi nüanslar diqqətdən qaçmayıb.

“Publicis Azerbaijan” komandasının keçən il həyata keçirdiyi maraqlı layihələrdən biri Mountain Dew Hərəkət et” idi. Komanda sosial mediada marka məlumatlılığını artırmaq üçün 3 qlobal kampaniyanı birləşdirərək gənc influenserlər ilə əməkdaşlıq edib maksimum izlənmə hədəfinə çatmağı bacarıblar. Bu layihədə biz Z nəsli arasında daha çox yayılmaq və tanınmaq üçün oyunlarla bağlı kontent yaradıblar. Necə?

Komanda işlərlə bağlı bildirib ki, sadalanan işlər “Publicis Azerbaijan” komandasının var gücü ilə çalışıb ərsəyə gətirdiyi layihələrdir:

“Bunlar bizim fəxr mənbəyimiz, eləcə də, gələcək işlər üçün aldığımız stimuldur. “Publicis Azerbaijan” da bütün işlərin ərsəyə gəlməsi üçün kifayət qədər şərait yaradır, çalışanlara motivasiya verir və kömək əlini əsirgəmir”.

Publicis Azerbaijan ilə əlaqəyə keçin

Facebook

Instagram

LinkedIn

Sual, mesaj, istək və ya iradlarınız üçün: azerbaijan@publicishepta.com ünvanına yaza bilərsiniz.

Posted 
Dec 1, 2022
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All