"Trilogy News" olaraq, qlobal və yerli bazarda yaradıcı reklam və marketinq işlərini yaxından izləməklə, bütün oxuyucularımıza ilham mənbəyi olmağa davam edirik.

İllər keçdikcə, Azərbaycanın reklam sektorunun da gündən-günə daha da inkişaf etdiyini, yaradıcı işlərin, eləcə də istehsal keyfiyyətinin ciddi şəkildə inkişaf etdiyini aydın şəkildə görürük. Bu il də 2022-nin ən yaxşı qlobal və yerli işləri seçmələri üçün Azərbaycandakı yaradıcı sektorda karyeralarını bütün sürəti ilə davam edən professional qadınlarla görüşdük, onların fikirlərini aldıq.

Hamısına bu işlərə dəstək verdikləri üçün ayrılıqda təşəkkür edirik!

Düşünən, yaradan və ətrafına ilham verən bütün qadınların 8 Mart Qadınlar Gününü də təbrik edirik.

Xoş mütaliələr və izləmələr. :)

Qeyd: Burada adları keçən qadınlar əlifba sırasına uyğun olaraq siyahıya alınmışdır.

Altunay Hüseynli / Kopirayter - Havas Azerbaijan

Yerli bazar

1. Azercell – “İstəSən”

Bu kampaniya, fikrimcə, ilin ən uğurlu işlərindəndir. Ümumilikdə adı, konsepti, mahiyyəti, siması və dinamikliyi ilə xeyli seçilir.

Müştəri: Azercell
Agentlik: Maverick
Production: Baku Media Center

Qlobal bazar

1.  TBWA  İstanbul | SOCAR Türkiye – “Şuşa”

Şu şahanə reklamı deməsəm, olmazdı. Qürurlandırır, insana təsir edir; İllər keçib, amma tək reklam sektorunda deyil, bütün incəsənət sahələrində Qarabağla bağlı ərsəyə gələn ən yaxşı işdir. Müəyyən səbəblərə görə ölkəmizdə belə keyfiyyətli işlər ortaya çıxmır. Ümid edirəm yeni ildə agentliklərə bu fürsət tanınar.

2. adam&eveDDB |The NationalLottery – “A Christmas Love Story”

Orijinal hekayə, maraqlı tvist, brendin də kiçik toxunuşu olanda, ortaya belə mükəmməl iş çıxır. Rejissorunun “Oskar” mükafatlı Tom Huper olduğunu biləndən sonra çəkilişinin də qüsursuz olduğuna təəccüblənmirsən.

3. VCCP | Wickes – “Open up”

Adətən insanlar çöldən evlərinin görünməsindən narahat olur. Buna görə də görülə bilən hər yeri bağlayırlar. Bu video çarxda isə tamam əksi baş verir. Qapılar və pərdələr açılır. İnsanlar evlərini qürurla nümayiş etdirir. Brendin özünü reallığı qıraraq təqdim etməsi xeyli maraqlı alınıb.  

Günay Abbasova / Creative Director - Ağıllı Nağıllar

Yerli bazar

1. Kontakt Home - Yadplanetlilər Tərəfindən Qaçırılmış Salman Dayının Hekayəsi

Müştəri: Kontakt Home, Samsung AZ
Agentlik: Endorphin Baku
Production: Emotion Group

2. Azercell – “İstəSən”

Müştəri: Azercell
Agentlik: Maverick
Production: Baku Media Center

Qlobal bazar

1. Sansara – We will become better

Agentlik: Voskhod

2. Morning After Island

Agentlik: Ogilvy Honduras

3. Heinz Draw Ketchup - Canada

Günel Mavliyarova / Head of Marketing Department - Kapital Bank OJSC

Yerli bazar

1. Kontakt Home: Yadplanetlilər Tərəfindən Qaçırılmış Salman Dayının Hekayəsi

Düşünürəmki, bu layihə ölkədə ilin ən cəsarətli kontenti adına layiqdir. Sadəcə yarım dəqiqəlik bir video çarx deyil, yanaşması qeyri-adi, çəkiliş tərzi fərqli olan bir hekayədir. Hiss olunur ki, kommunikasiyası üzərində də kifayət qədər düşünülüb. Bu cür işlərin yerli bazarda meydana çıxması, sözsüz ki, sevindirici haldır.

Müştəri: Kontakt Home, Samsung AZ
Agentlik:
Endorphin Baku
Production:
Emotion Group

2. Azercell: “İstəSən”

Yəqin ki, gözlənilən, amma qaçılmaz bir seçimdir. Yaxşı reklama dəfələrlə baxmaqdan yorulmursan. Montajına, dinamikasına, musiqisinə görə sıradan biri deyil video. Tanınmış simanın istifadə olunması da uğurlu alınıb, adamın gözünü yormur. :)

Müştəri: Azercell
Agentlik: Maverick
Production: Baku Media Center

Qlobal bazar

1. Apple: The Greatest

“Apple”möhtəşəm video çarxında istehsal etdiyi cihazların məhdud fiziki imkanlı insanlara gündəlik həyatlarında necə yardım olduğunu, onlara nə cür komfort gətirdiyini göstərir. Şübhəsiz ki, ötən ilin ən təsirli reklamlarından biridir.

2. Cutwater: Here’s to the Lazy Ones

Alkoqollu içkilər istehsal edən "Cutwater" şirkətinin xüsusi olaraq “Super Bowl” üçün hazırladığı çarxda guya tər tökmədikləri üçün tez-tez tənbəl adlandırılan, amma əslində qeyri-adi düşüncələri və iş tərzləri ilə dünyanı inkişaf etdirən insanlardan bəhs edilir.

Ləman Gayidova / Managing Director - McCann Baku

Azərbaycanda reklam sənayesində əvvələr müşahidə etdiyimiz "TeleCo" brendləri arasındaki rəqabəti, artıq maliyyə və böyük məişət texnikası satışı sektorunda görürük. Birincilərin işləri trendi təyin edən olur. Lakin böyük məişət texnikası mağazalarının- "İn-house" formalaşdırdıqları işlər də kifayət qədər uğurludur.

Yerli bazar

"ABB" və "Kapital Bank" maliyyə sektorunun qabaqcılları olaraq kommunikasiya işlərində də keyfiyyət rəqabətində olduqları aşkar hiss olunur. "McCann Baku" komandasının "ABB" üçün həyata keçirdiyi "TamGənc" layihəsini siyahıya salmasaq, düşünürəm, "Kapital Bank"ın “Yeni Birbank keşbek start” kampaniyası bu siyahıda öndə dayanmalıdır.

1. "Birbank"la olar – "Yeni Birbank keşbek start"

Bu layihənin ən parlaq tərəfi, şübhəsiz, ssenarisi və dinlədikdən sonra mütləq dildə dolanan melodiyasıdır. Agentlik, müştərinin son istifadəçiyə çatdırmaq istədiyi "USP" və məhsul xüsusiyyətlərini kommunikasiya "footprint"nə uğurla çevirməyi bacarıb. "Maverick"komandasının özünə əminliyi örnək olmalıdır. Belə ki, cəsarətli davranaraq "FCB Artgroup Baku" tərəfindən başladılan uğurlu konsepti yıxmayıb, əksinə, həmin yanaşmanı bir səviyyə də yuxarı qaldırıb. Müştəridən gələn və eyni zamanda daxili datalara əsaslanaraq öncəki layihənin ən uğurlu qismlərini önə çəkmək, vizual effektlərlə zənginləşdirmək, düşünürəm, müvəffəqiyyətin səbəbidir.

Müştəri: Kapital Bank
Agentlik: Maverick
Production: Baku Media Center

2. "Kontakt Home" - "Yeni ildə yaddan çıxmasın!"

Məişət texnikası mağazalarının qısa dönəmli satışın təşviqi üçün olan layihələrdə öyrəşdiyimiz musiqi əsaslı işin əvəzinə, kampaniyanın əsas hədəf kütləsi olan "Millenniallar"ın sevilən filmini əsas götürmək uğurlu seçim olub. Sevilən film və onun müştəri-brend toxunma nöqtələrinə uyğunlaşdırılaraq, gözəl şəkildə yenidən canlandırılması... Nəticə, yadda qalan silsilə reklam.

Müştəri: Kontakt Home
Agentlik: In-house team
Production: Emotion Group

Qlobal bazar

1. "Pinterest" - "Don’t Don’t Yourself "
Kampaniyanın məqsədi insanın özünün ən böyük düşməni ola biləcəyini vurğulamaqdır. Bunu təsvir etmək üçün günümüzdə çox aktual olan, beş müxtəlif psixoloji və mental hallardan istifadə edilib: uğursuzluq qorxusu, mühakimə, "doomscrolling" (negativ yüklü xəbərləri istehlak etmək), ləğv etmək və daxili tənqidçi. "Millenniallar"ın və yaşlı "Gen-Z"lərin probleminin ideal təsviri və mərkəzində öndə duran həll yolu təklifi.

Müştəri: Pinterest
Creative Studio: Uncommon London
Production: Somesuch

2. Samsung - The Spider and the Window
Bu funksionallığa köklənən növbəti bir "technology" məhsul filmi ola bilərdi. Lakin rəqabətçi bazarda gözə çarpmaq üçün alternativ yol seçib: telefonun kamera xüsusiyyətini həmin kameraya aşiq olan balaca hörümçəyin eşq hekayəsi vasitəsi ilə çatdırmaq. “Cute” qəhrəman + məhsula duyduğu saf sevgi = Könüllərdə qurulan taxt

Müştəri: Samsung
Agentlik: Leo Burnett Deutschland
Production: Zauberberg Productions, Berlin

Rəna Ələkbərova / Head of Digital Communications - Maverick

Yerli bazar

1. "Kontakt Home" - "Yadplanetlilər Tərəfindən Qaçırılmış Salman Dayının Hekayəsi"

“Endorphin”, yadplanetlilərlə tanış olan Salman əmi haqqında “Samsung” telefon modelini qeyri-ciddi şəkildə reklam edən “uydurma olmayan” hekayəsini təqdim etdi. Telefonda yadplanetlilərin necə qeydə alınacağına dair təlimatlarla məhsulun xüsusiyyətlərinin vurğulanması sosial mediada müzakirə mövzusuna çevrilib.

Müştəri: Kontakt Home, Samsung AZ
Agentlik: Endorphin Baku
Production: Emotion Group

Qlobal bazar

1. Duolingo - “Duolingo TikTok” Yaradıcı Platforması (ABŞ)

“Duolingo” tərəfindən icad edilən, uğur gətirən bayquş "Duo" aydın şəkildə “Gen Z”ni hədəfləyir və “Gen Z” mədəniyyətindəki ən son tendensiyalardan xəbərdar olmaq üçün kifayət qədər ağıllıdır. Onlar “Duo”nu bütün əyləncəli paylaşımlarda əsas qəhrəman kimi saxlamaqla, bir növ öz influenserlərini yaratdılar və “TikTok” hesablarına 4,8 milyon izləyici gətiriblər.

2. "Finish" - "Türkiyənin suyu"

Türkiyədə əhalinin böyük artımı səbəbindən su ehtiyatlarının mövcudluğu əhəmiyyətli dərəcədə azalmışdır. “Finish” brendi hər kəsi gələcək nəsillər üçün qənaət etməyə çağıran böyük kampaniyaya başlayıb.

AgentlikƏ Türkiyənin sənədli filmlər tarixində ən çox baxılan filmi olan ilk sənədli dram filmini və qənaət edərək azalan su faktorunu hesablaya bilən bir veb saytı əhatə edən inteqrasiya olunmuş bir kampaniya yaratdı.

Güclü, emosional mesaj verən kampaniya elementlərinin (video, veb sayt) düzgün seçilməsi 18 milyon insanı videoya baxmağa və sayt vasitəsilə 15 milyon ton suya qənaət etməyə yol açıb.

Agentlik: Havas Türkiyə

3. “The Displaced” - “New York Times” hekayələri üçün “VR” istifadə edir (ABŞ)

Mən bütün dünyanın yaralı yerinin ən son texnologiya olduğunu bilirəm və onu insanların qəlbinə toxunaraq çatdırmaq üçün ən güclü ünsiyyət vasitəsi kimi hekayələrdən istifadə edirəm.

“The Times” “Google Cardboard”dan müharibənin uşaqlara təsirindən bəhs edən “The Displaced” adlı sənədli film üçün istifadə edirdi. “The Displaced” üç uşağın hekayəsindən və ölkələrindəki müharibələrin onların həyatına təsirindən bəhs edən multimedia səyahətidir.

Səbinə Rüstəmli / Creative Head- Endorphin Baku

Yerli bazar

1. Azercell – “İstəSən”

“Azercell”in “İstəSən” rəqəmsal tarifi üçün hazırlanmış reklam çarxının ideyası, icrası, istifadə olunan üçün unikal (yerli bazar üçün) vizual effektlər və formatı təqdirə layiqdir.

Müştəri: Azercell
Agentlik: Maverick
Production: Baku Media Center

2. "Kapital Bank & Women of Azerbaijan" — "Məni işarələmə"

Agentlik: "FCB Artgroup Baku"

Biznesini quran, xəyallarını gerçəkləşdirmək istəyən qadınlara cəmiyyət və əsasən qarşı cins tərəfindən deyilən sözləri, qoyulan damğaları əsas götürərək “Kapital Bank”ın hazırladığı “Instagram” filtri Beynəlxalq Qadınlar Günündə kifayət qədər önə çıxan və yadda qalan kampaniyalardan biri oldu.

Qlobal bazar

1. "Samsung" —" Rear Window"

Agentlik: Leo Burnett Frankfurt

Bu reklam çarxına baxanda özümü “Samsung Galaxy S22”ə aşiq olan hörümçək kimi hiss etdim. Məhsulun standartlardan kənar təqdimatı, ötürdüyü emosiyalar çox qəşəngdir!

2. "Heinz A.I. Ketchup"

İkinci yer üçün 2022-ci ildə yadımda qalan qlobal reklamlar arasından seçim etmək azca çətin oldu. Fikrimcə, bu yerə “Heinz” markasının süni intellekt vasitəsilə həyata keçirdiyi kampaniyası çox yaraşar. Sözün hər mənasında zəka tələb edən bu ideyanı düşünənlərə heyran qalmadım desəm, yalan olar.

Şərifə Həsənova / Group Marketing Manager - Pasha Malls

Lokal bazar

1. Kontakt Home - “Bir arzu tutmuşuq” layihəsi

2. Pasha Malls - Zəfər Günü Video

Müştəri: Pasha Malls
Agentlik: FCB Artgroup Baku
Production: Can Özbatur

Qlobal bazar

1. PepsiCo - Football OR Soccer - Qatar World Cup 2022

2. Qatar World Cup 2022

İzləmək üçün: https://www.youtube.com/watch?v=EXXe-G-_lxI&ab_channel=FIFA

Tatiana Ravalli / Regional Strategy Director - FCB Artgroup Baku

Yerli bazar

1. 189 TAXI - Gülməli hadisələr

Əgər Bakıda nə vaxtsa taksi şirkətlərindən istifadə etmisinizsə, heç olmasa bir dəfə belə sürücü ilə qarşılaşmısınız. Real hadisələrə əsaslanan və əsl müştəri təcrübəsini əks etdirən kampaniya.

Müştəri: 189 TAXI

Agentlik: BHB

Production: Grain Media

2. m10 - Həlli: m10-da!

Vaxt və məkan baxımından müvafiq mesajlara əsaslı, vacib  nöqtələrə toxunan və uyğun inteqrasiya olunmuş kampaniya. Həmçinin, yaddaqalan və unikal səs istifadəsi brendin tanınmasına kömək etdi və müştərilər üçün yaddaqalan oldu.

Müştəri: Pasha Pay
Agentlik: FCB Artgroup Baku
Production: Blackbrothers

Qlobal bazar

1. Spotify: A song for every CMO, from FCB NY

Bu işin necə kreativ işlənməsi göz önündədir. Çoxlu hədəf kütləsinə istinad edərək, ilin ən uğurlu kampaniyalarından biri olduğu dəqiqdir.

2. The revamp of the McBaguette by Emily in Paris, Netflix

Bir məhsul, kampaniyaya necə yerləşdirilməldir? sualının cavabı. Netflix, burada təkcə öz auditoriyasını deyil, həm də məhsulun auditoriyasına yönəltməklə gücünü sübut etdiyi uğurlu bir əməliyyat. McBaguette 2012-ci ildə satışa çıxarılıb, lakin marka, məhsulun imicində bir qədər dəyişiklik edib.

Vəfa Rüstəmova / Head of Public Relations - Kontakt Home

Yerli bazar

"Kontakt"ın öz işlərini qeyd etməyim yəqin ki doğru olmaz. Amma həqiqətən də ölkənin reklam sənayesini inkişaf etdirən reklamlar hazırladığımız da inkar olunmazdır. Ona görə "off the record" olaraq bu il öz reklamlarımız arasından "Kontakt Home Alone" və "Musiqi Günü - Arşın mal alan" reklam filmlərini qeyd etmək istərdim.

1. Leobank - Bir yaş münasibətilə çəkilən imic reklamı

"Production" işi, ideya və mesajıyla bütünlükdə favoritlərim arasındadır.

2. Azercel: “İstəSən”

Vizual effektlər, yadda qalan musiqi, trenddə olan simalardan istifadə... Bu reklam çarxını hər baxımdan uğurlu hesab etmək olar. Gənc nəslin ən sevimli ifaçılarından Hissi reklama inteqrasiya etmək əla ideya idi.

Müştəri: Azercell
Agentlik: Maverick
Production: Baku Media Center

Qlobal bazar

1. Nike: Rise of the kids

"Nike"ın uşaq idmanına dəstək məqsədilə çəkdiyi bu reklam çarxı bu il ən bəyəndiklərimdən oldu. Keçidlər, dinamika, texniki məqamlar bir kənara, verdiyi mesaj çox aktualdır. Bəzən valideynlər uşaqlarını qorumaq adına onların qarşısında əngəllər yaradır. İdman sadəcə əyləncə və ya hobbi deyil, çox zaman özünüifadə tərzidir.

2. Samsung: Love hurts – the spider

Samsung Galaxy S22 Ultra modeli üçün 2022-ci ilin sevgililər günü ərəfəsində çəkilən romantik-komedik reklam çarxı.

Eyni model üçün "Kontakt"ın "Endorphin"lə birgə hazırladığı "Yadplanetlilər tərəfindən qaçırılan Salman dayının hekayəsi" reklam filmi qədər olmasa da :) bu il ən bəyəndiyim reklamlar siyahısındadır.

3. Apple: What's your emergency?

Məncə, ən yaxşı reklam çarxları siyahısında bir "Apple" reklamının olmaması ədalətsiz olardı. Ona görə ekstradan da olsa əlavə etmək istədim. Bu seriyadan bir neçə mini çarx var, mən birinin linkini bölüşdüm. Bir məhsulun ən önəmli özəlliyini ancaq bu qədər təsirli və praktikada çatdırmaq olardı. Bravo!

Posted 
Mar 8, 2023
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All