“Publicis” reklam agentliyi hazırda müştərilər üçün metavers layihələrinin hazırlanmasına həsr olunmuş 1000-dən çox əməkdaşının, o cümlədən, yeni baş metavers mütəxəssisi - Leon adlı rəqəmsal avatarın olduğunu açıqlayıb.

Bu barədə açıqlama illik “Viva Tech” konfransında edilib. Konfransda metavers, web 3 kimi mövzular iştirak edən brendlər tərəfindən ən çox danışılan mövzular idi.

“Publicis” müştərilərin və öz komanasının metavers layihələri üçün getdikcə tək istinad nöqtəsinə ehtiyac duyduğunu söyləyib. Bu məqsədlə Leon adlı mütəxəssis həm müştərilərə, həm də işçilərə “meta cəngəlliyi”ni anlamağa kömək edəcək və qrup daxilində görülən işin ən yaxşı nümunələrini nümayiş etdirəcək.

Hazırda “Publicis Media” Məzmun və İnnovasiyalar bölməsi vasitəsilə kreativ istehsal və hüquq sahəsində mütəxəssislər də daxil olmaqla, bütün dünya üzrə eksklüziv olaraq metavers layihələr üzərində işləyən 1000-dən çox əməkdaşa sahibdir.

Posted 
Jun 29, 2022
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All