E

cazkar “Porsche” brendi bu gün diqqətçəkən açıqlaması ilə yadda qaldı. Şirkət avtomobillərdəki loqotipi yenilədi. Payızdan etibarən satışa çıxarılacaq məhsullarda görünəcək yeni loqo köhnədən çox da fərqlənmir. Yeni loqo ilə cüzi fərqlər yaradan markanın bunu indi etməsinin xüsusi xatirəsi var. O da buraxılışı 8 iyun 1948-ci ilə təsadüf edən “356/1 Roadster” avtomobilidir. Şirkət 75 illik yubiley tədbirinə hazırlaşır. Loqo da bu xüsusi tədbirə görə yenilənib.

Porsche yeni logo

“Bloomberg”ə görə, Elon Musk yenidən dünyanın ən zəngin insanıdır

Elon Musk's Promises and Goals for Tesla, SpaceX, and More

2022-ci ilin dekabr ayınadək böyük fərqlə uzun müddət lider olan Elon Musk Tesla səhmləri, “Twitter”dəki açıqlamaları və “Twitter”i alması ilə sonradan siyahının 2-ci pilləsinə düşmüşdü. Ancaq bu gün vəziyyət dəyişib kimi görünür. Elon Musk “Bloomberg”in hər gün yenilənən milyarderlər siyahısında Bernard Arnault-u keçərək yenidən 1-ci yerə yüksəlib. “Forbes” məlumatlarına görə isə Musk hələ də 2-ci yerdədir. "Bloomberg" hesablamalarında bazarlar, iqtisadiyyat və "Bloomberg News"dan istifadə edir və Nyu-York fond bazarının gün sonu səhm dəyərlərinə uyğun olaraq rəqəmləri yeniləyir. "Forbes" isə milyarderlərə məxsus bütün məlum aktivlərin dəyərini bir fond bazarında deyil, hər 5 dəqiqədən bir hesablayır. Əgər bir şəxs özəl şirkətə sahibdirsə (məsələn, Elon Mask kimi), bu şirkətin dəyəri sərvətə əlavə olaraq sənaye və bölgəyə xas olan bazar indeksi ilə müəyyən edilir.

“Apple Reality Pro”nun ekran özəlliklərindən bəhs olunub

Ross Young-ın açıqlamasına görə, “Apple”ın şirkət daxilində təqdim etdiyi, “WWDC 2023”də isə həyəcanla gözlədiyimiz “Reality Pro” cihazı 4000 ppi olacaq. Hər iki gözün qarşısındakı ekranlar microLED texnologiyası ilə təchiz ediləcək. Məlumatlar arasında 5000 nit parlaqlığa da rast gəlinir. Ross Young, həmçinin cihazın 1,41 düymlük ekranlara sahib olacağını və bu ekranların 4K keyfiyyət təqdim edəcəyini əlavə edib.

Why I'm excited (and worried) for Apple Reality Pro headset - TECHTELEGRAPH

“App Store” tərtibatçılarının ümumi ödəniş və satış həcmi 1,1 trilyon dollara çatıb

Worldwide App Store Downloads Reached 8.6 Billion in Q1 2022 - MacRumors

2022-ci ilin yanvarında “App Store” tərtibatçılarının 2021-ci ildə 60 milyard dollar gəlir əldə etdiyi bildirilmişdi. “Apple” tərəfindən verilən məlumata görə, tərtibatçılar “App Store” ekosistemi ilə birlikdə 2022-ci ildə 1,1 trilyon dollarlıq hesablaşma və satış əməliyyatı həcmini vurub-keçiblər. Məlumatlar “Analysis Group”un müstəqil araşdırmasıdır. 1,1 trilyon dollar faktura və satışın 90 %-i birbaşa tərtibatçılara gedib. Bir sözlə, “Apple” bu məbləğin 90 %-indən heç bir komissiya tutmayıb. Əməliyyat həcminin 910 milyon dolları fiziki məhsul və xidmətlərin satışından, 109 milyard dolları tətbiqdaxili reklamlardan, 104 milyard dolları isə rəqəmsal məhsul və xidmət satışlarından əldə edilib.

Məşhur torrent saytı “RARBG” 15 ildən sonra bağlandı

Legendary Torrent Site RARBG Shuts Down Due to War, COVID, Inflation

Keyfiyyətli film və serialları yükləmək üçün istifadə edilən “RARBG” torrent saytı fəaliyyətini dayandırdığını açıqlayıb. Təxminən 15 ildir xidmət edən platforma qəfildən bu qərarı alıb. Milyonlarla aylıq ziyarətçi cəlb edən platforma Covid-19-un qurbanı olduğunu deyib. Həmçinin bildirilib ki, sayt üçün ayrılan xərclər xeyli artaraq maliyyə çətinlikləri yaradıb. Bu qərardan təəssüfləndiklərini dilə gətirən “RARBG” yekdilliklə saytı idarə etməyə davam edə bilməyəcəklərini elan edib.

Netflix peşman görünür. Parol paylaşma qadağası xeyirdən çox zərər verdi

Netflix потеряла около 40 миллиардов долларов рыночной стоимости

Xüsusilə, “Twitter”də tənqidlərə məruz qalan platforma “Amazon Prime Video”nun da qınağına tuş gəlmişdi. “Netflix” istifadəçiləri də öz növbəsində bu qərardan sonra “Twitter”də #CancelNetflix kampaniyası ilə tufan qoparmağa başlayıblar. Bu həştaq altındakı tvitlərə nəzər saldıqda bir çox istifadəçinin həqiqətən hesablarını bağladığı görülür. Digər yayımçıların istehzalı ifadələrinə, istifadəçilərdən gələn reaksiyalara və hesabların ləğvinə baxsaq, “Netflix” üçün işlərin yaxşı getdiyini söyləmək çətindir. Rəsmi mənfəət faizləri bağlı isə “Netflix”dən hələ ki, heç bir açıqlama yoxdur.

Posted 
Jun 1, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All