SME Banking Agency” Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə bankların biznes mobil tətbiqinin effektivliyinə dair apardığı araşdırmanın nəticələrini yayımlayıb. “PAŞA Bank”dan aldığımız məlumata görə, 110 kriteriya üzrə qiymətləndirmənin nəticəsi kimi, Azərbaycan bankları arasında “Ən yaxşı biznes mobil tətbiqi” nominasiyasında “PAŞA Bank” qalib gəlib.
“Amazon Prime” müştərilərini aldadır? Məhkəmə baş tutub
Federal Ticarət Komissiyası bildirib ki, “Amazon” müştəriləri “Prime” üçün qeydiyyatdan keçməyə və alış-veriş zamanı avtomatik abunə yeniləmələrini qəbul etməyə sövq edən veb-sayt dizaynlarından istifadə edir. Məhkəmə iddiasında göstərilir ki, şirkət istifadəçilərin avtomatik qeydiyyatdan imtina etməsini bilərək qəlizləşdirir. Qərardan əlavə, müəyyən edilməmiş məbləğdə cərimə də tələb olunub.
“Dropbox” süni intellektlə işləyən 2 yeni funksiyasını açıqlayıb
“Dropbox” texnologiya dünyasına “AI” layihə ilə gəlib. “Dropbox AI” funksiyası tətbiqə yüklədiyiniz sənədləri skan edir və sizin üçün başlıq çıxarır. Yeniləmənin 2-ci tətbiqi olan “Dropbox Dash” isə axtarış funksiyasını icra edəcək. “Dropbox Dash” geniş istifadə imkanlarına malikdir və “Apple Spotlight”, “Windows Search” və ya “Alfred” kimi axtarış proqramlarının gücləndirilmiş və “AI” ilə təchiz edilmiş versiyasıdır.
“Spotify” desktop tətbiqini tamamilə yeniləyib
Yenidən işlənmiş “Library” və “Now playing” dizaynı ilə №1 musiqi platforması “Spotify” desktop təcrübəsini daha da yaxşılaşdırıb. Bu yeni təcrübəni mobil tətbiqlə uyğunlaşdırmaqdan ötrü yeni əlavələrlə gündəmə gələn platforma, eyni zamanda tövsiyə olunan mahnılara, podkastlara baxmaq və tapmaq üçün əsas məzmun sahəsini göz önündə, yəni mərkəzdə saxlayır. Yeni dizayn bütün dünya üzrə istifadəçilər üçün bu gün yayımlanacaq.
“Toyota” avtomobil dizaynında süni intellektdən istifadə etməyə başlayıb
“Toyota” yeni avtomobillərinin dizayn prosesində süni intellektdən istifadə etməyə başlayıb. Yeni proqram mətn əmrlərini başa düşür və bu əmrlərə uyğun dizayn hazırlayır. “Toyota” müasir texnologiyaların vasitəsilə, xüsusilə, avtomobillərindəki aerodinamikanı təkmilləşdirmək istəyir. Xatırladaq ki, Bu təşəbbüs süni intellektin avtomobil sənayesində istifadəsinə dair ilk nümunə deyil. Bundan əvvəl “Audi” eyni texnologiyadan yüngül lehimli təkərlərin dizaynında istifadə etməyə başlamışdı.
Qualcomm “S3 Gen 2” audioçipini təqdim etdi
Xüsusilə, gamer-lər üçün nəzərdə tutulmuş “S3 Gen 2” - “Snapdragon Sound” və “LE Audio”nu özündə birləşdirərək, oyundaxili söhbət də daxil olmaqla 20 ms-dən az gecikmə vəd edir. Bundan əlavə, platforma TV, telefon, notbuk, kompüter və konsollarda ən son “LE Audio Auracast” yayım xüsusiyyətlərini dəstəkləyəcək. Musiqiyə gəldikdə isə platforma “Snapdragon Sound” və “Qualcomm aptX Adaptive” texnologiyasından istifadə edərək 24bit/96kHz simsiz audioyayım təklif edəcək.