BT SPORT – BELIEVE IT, NOW SEE IT ON BTS
“BT Sport” İngiltərə Premyera Liqasında yeni mövsümün yaxınlaşması ilə əlaqədar azarkeşlərin öz komandalarına olan inamını ölçmək məqsədilə bir kampaniya başladıb. “Believe It, Now See It on BT Sport” adlı kampaniya ilə marka MRT texnologiyasından istifadə edərək azarkeşlərin mövsüm öncəsi komandalarının qalibiyyətinə olan inamlarını test edir.
EASY JET & SPOTIFY – LISTEN & BOOK
“EasyJet” və “Spotify” ortaq ‘’Listen & Book’’ kampaniyası ilə Avropadakı turistlərə dinləmə vərdişlərinə əsaslanaraq fərdiləşdirilmiş səyahət marşrutları təqdim edir. Turistlər kampaniya üçün yaradılan sayt üzərindən öz “Spotify” hesablarına qoşularaq onlar üçün xüsusi hazırlanmış səyahət tövsiyələri ala bilirlər. Platformada müəyyən istiqamət və təcrübələrdən əlavə, istifadəçilərə tövsiyə olunan istiqamətlərdə təşkil edilən konsertlər haqqında da məlumatlar var.
VOLKSWAGEN – DIAMONDS
“Volkswagen” elektrikli SUV avtomobili olan “ID.4”ün tanıtımını etdiyi “Diamonds” adlı yeni kampaniyasında ümumi təzyiqin öhdəsindən gəlmək hekayəsini nəql edir. Marka kommunikasiyasında idmançıların yaxşı performans göstərmək üçün yaşadığı təzyiqlə “Volkswagen”in elektrikli avtomobillər istehsal etmək və dünyanı dəyişdirmək üçün yaşadığı təzyiqin bənzərliyinə toxunub.
LIQUID DEATH – NOT A WATERBOY
“Liquid Death” su markası idmanla bağlı mövzularda yalnız idmançıların alqışlanmasına əsaslanaraq yeni kampaniya yaradıb. Marka yeni kampaniyası çərçivəsində matç vaxtı susamış oyunçuları su ilə təmin edən adsız qəhrəmanlara, yəni “nəmləndirici assistentlər”ə fokuslanıb. Kampaniya çərçivəsində qarşıdurmalarda 10 “nəmləndirici assistent” üz-üzə gəlib, 100 min dollarlıq mükafatı isə Travis Poulsan qazanıb. “Liquid Death” indi də Travis Poulsanın şərəfinə onun adını daşıyan yeni “Pro Performans Dəsmalı” dizayn edir.