BREWDOG – ANTI-SPONSORSHIP

Bu il Qətərdə keçiriləcək Dünya Çempionatı öncəsi ölkədə insan haqlarının pozulmasına qarşı reaksiyalar davam edərkən son addım “BrewDog”dan gəldi. Şotlandiyalı pivə istehsalçısı yeni kampaniyası ilə özünü dünya çempionatının “antisponsoru” elan edib. Qətərin insan haqlarının pozulmasına işarə edən “outdoor” reklam lövhələri turnirin təşkilatçısı FIFA-nı da hədəfə alıb. Təşəbbüsün bir parçası olaraq pivə istehsalçısı Dünya Kuboku zamanı “Lost Lager” pivəsindən əldə etdiyi bütün gəliri insan hüquqlarının pozulmasına qarşı mübarizəyə bağışlayacağını açıqlayıb. Kampaniyadan sonra brend sosial mediada Dünya Kuboku matçlarında pivə satdığına, eləcə də zəif iş mədəniyyətinə və İsraillə münasibətlərinə görə reaksiya ilə üzləşib.

LISTERINE – BREATHCALYPSE

“Listerine” hər kəsin bir gün dəhşətli ağız qoxusu ilə oyandığı distopik ssenari olan “Breathcalypse” adlı “metaverse” aktivasiyasına start verib. Braziliyada başladılan aktivasiyada oyunçular ağız qoxusunun yan təsirlərinin qarşısını almaq və yaratdığı xaosa son qoymaq üçün qondarma “Complexo” şəhərində “Listerine” şüşələrini axtarırdılar.

ERA COALITION – WOMAN CORP

Qadın hüquqlarının gələcəyinin həll olunacağı builki aralıq seçkiləri ərəfəsində “ERA Coalition” yeni kampaniyasında qadın hüquqları uğrunda mübarizəyə yeni və cəsarətli bir yanaşma nümayiş etdirib. Təşkilat Amerika hökumətinin qorumaq üçün mübarizə aparacağı hüquqlara malik ilk və yeganə qadın olan “Woman Corp” şirkətini yaradıb. Kampaniya ilə brend hökumətin qadın hüquqlarını heçə saydığı halda şirkətlərin öz hüquqlarını qorumağa və genişləndirməyə davam etdiyi barədə məlumatlılığı artırmağı hədəfləyir. Kampaniya çərçivəsində bu mübarizəyə dəstək olmaq istəyənlərə “LinkedIn” hesablarında iş təcrübələrinə “Woman Corp” əlavə etmək imkanı verilib.

DELIVEROO – ONE-STAR COOKBOOK

Deliveroo çatdırılma səhvinə görə bir ulduzla mükafatlandırılan yeməklərdən ilhamlanaraq “One-Star Cookbook” yemək kitabını yaradıb. Bu işlə marka çatdırılmanın yeməklərin dadının əsas hissəsi olduğunu göstərməyi hədəfləyib. Kitabın arxa qapağına “Deliveroo ilə əldə edə bilməyəcəyiniz yeməklər kitabı” (the book of dishes you won’t get with Deliveroo) ifadəsi əlavə edilib.

Posted 
Nov 17, 2022
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All