META – THE FEMALE GAZE

İllər keçdikcə sənət əsərlərində təsvir olunan qadınlar həmişə kişi nöqteyi-nəzərindən yaradılmışdır. “Meta” isə stereotipləri qıraraq “makemepulse” interaktiv istehsalat studiyası ilə əməkdaşlıq edib və danimarkalı rəssam Piter İlstedin "Young Girl Preparing Chanterelles" əsərini qadın nöqteyi-nəzərindən dəyişdirib. Yeni VR təcrübəsi olan “The Female Gaze” “The Male Gaze” nəzəriyyəsindən ilhamlanıb və sənət tarixində qadınların necə təsvir edildiyi barədə məlumatlılığı artırmaq və sənət əsərlərində qadınları daha güclü şəkildə təsvir etmək məqsədi daşıyır. Kampaniyanın bir hissəsi olaraq sənətdə ixtisaslaşmış üç danimarkalı qadın fotoqrafın hazırladığı versiyalar Danimarka Qadınlar Assosiasiyasına dəstək üçün “NFT” olaraq satılacaq.

HEINEKEN – BAR EXPERIENCE

“Horeca” sektoru gənclərin əvvəlki illərə nisbətən daha çox karyera yönümlü olması səbəbindən görünməmiş kadr çatışmazlığı ilə üzləşib. Bu istiqamətdə “Heineken” sənayeyə yardım etmək məqsədilə bar təcrübəsini işə qəbul prosesində bacarıq kimi tanıyan “Bar Experience” təşəbbüsünə start verib. “Bar Experience” təşəbbüsü bar işlərinin gənclərin böyük şirkətlərdə uğurlu karyera qurması üçün bir fürsət olduğunu nümayiş etdirməklə yanaşı, həm də barlara işçi tapmaqda kömək etmək məqsədi daşıyır.

HEINZ – HEINZ TOMATO BLOOD

“Heinz” Hellouin üçün dizayn etdiyi məhdud buraxılışlı “Tomato Blood” məhsulunu vegetarian vampir Tobinin hekayəsi ilə nəql edib. Kampaniyanın bir hissəsi olaraq Tobi oktyabr ayı ərzində “Instagram” və “TikTok” hesablarında sərgüzəştlərini və “Tomato Blood”a olan sevgisini paylaşacaq.

BURBERRY – NIGHT CREATURES

Lüks moda nəhəngi “Burberry” keçən il xüsusi rəğbət qazanan “Open Spaces” kampaniyasından sonra seriyanın son buraxılışı olan elmi-fantastik xarakterli “Night Creatures” kampaniyasını təqdim edib. Brend “Open Spaces” kampaniyasında öz azad ruhunu nümayiş etdirsə də, “Night Creatures” kampaniyasında qorxmaz, əyləncəli və macərabaz ruhunu əks etdirib.

Posted 
Oct 9, 2022
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All