HEINZ – TIP FOR HEINZ

Amerikalıların 77%-nin çöldə yemək yeyərkən “Heinz” ketçupuna üstünlük verdiyini, 44%-nin isə restoranlarda “Heinz” ketçupu tapa bilməyəndə məyus olduğunu kəşf edən marka araşdırmaları zamanı bu fikir əsasında “Tip for Heinz” adlı yeni kampaniyasına start verib. Ketçup nəhəngi restoranları müştərilərinə “Heinz” ketçupu təqdim etməyə təşviq etmək məqsədilə amerikalıları seçdikləri ketçup üçün 1 dollar bəxşiş verməyə səsləyib. Kampaniya çərçivəsində istifadə etdikləri ketçupları “Heinz” ketçupu ilə əvəz edən ilk 10 restorana bir illik ketçup tədarükü veriləcək.

THE DALÍ MUSEUM – DREAM TAPESTRY



“The Dali Museum” Salvador Dalinin sənətində yuxu və xəyallarını əks etdirməsindən ilhamlanaraq yaratdığı “The Shape of Dreams” sərgisi çərçivəsində “The Dali's Dream Tapestry” kampaniyasına başlayıb. İncəsənət muzeyi “DALL-E” süni intellekt vasitəsilə ziyarətçilərin xəyallarını sənət əsərinə çevirən “Dream Goblen” adlı təcrübə yaradıb. Sərgidə nümayiş etdirilən və bədii üslublara əsaslanan “Dream Goblen” təcrübəsi ziyarətçilərə təkrarlanan və ya sevimli yuxunu sənət əsərinə çevirməyə və yaradılmış yuxu rəsmləri arasında əlaqə yaradaraq rəsmləri birləşdirməyə imkan verir. Davamlı olaraq yeni ziyarətçilərlə təkmilləşdirilən “The Dali's Dream Tapestry” (Xəyal qobelenləri) kollektiv sərgisi aprelin 30-dək nümayiş etdiriləcək.

SPOTIFY – WRAPPED

Bu il “Spotify” ilsonu ənənəsinə sadiq qalaraq “Wrapped” kampaniyasını əyləncəli açıq hava reklam lövhələri ilə həyata keçirib. Yaradılan reklam lövhələrinə söz axtarışı, nöqtələri birləşdirmək, labirintlər, boş yerləri doldurmaq, musiqiçilər haqqında viktorinalar və digər oyunlar daxildir. Musiqi platforması istifadəçilərə özəl əyləncəli bir təcrübə təqdim etmək məqsədilə dinləmə tarixçəsinə görə şəxsiyyəti xarakterizə edən “Dinləyici şəxsiyyətiniz” və musiqi zövqünün gün ərzində təkamülünü göstərən “Səs günü” adlı iki funksiyanı mobil cihazlarda istifadəyə verdi. Bundan əlavə, “Sənətçi mesajlarınız” adlı funksiya ilə fanatları öz sevimli sənətçilərinə təşəkkür mesajlarını çatdırdılar.


TOURISM TASMANIA – COME DOWN FOR AIR

“Discover Tasmania” “Come Down For Air” adlı yeni kampaniyasında pandemiya ərzində yaşadığımız karantin və səyahət fasilələrindən sonra daha çoxunu etməyə can atdığımız təlaş mədəniyyətinə qarşı çıxır. Marka dinc və sakit bir tətil keçirmək üçün Tasmaniya səyahəti ilə bizə fasilə verməli olduğumuzu xatırladır.

Posted 
Dec 11, 2022
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All