MCDONALD'S – TOGETHERNESS START WITH UNDERSTANDIN

Beynəlxalq Eşitmə Məhdudiyyətli İnsanlar Həftəsində “McDonald's” uzun müddətdir davam edən "I'm loving it’" cinqlını işarət dilini tərcümə etmək üçün Finlandiyalı eşitmə məhdudiyyətli reper Signmark ilə əməkdaşlıq edib. Kampaniya eşitmə məhdudiyyəti mövzusunda məlumatlılığı artırmaq və insanların bu cəmiyyətə qarşı ön mühakimələrini qırmaq məqsədi daşıyır.


OREO – THINS PROTECTION PROGRAM

Valideynlərin övladlarının “Oreo Thin”lərini oğurlamasından şikayətləndiklərini aşkar edən “Oreo” bu fikrə əsaslanaraq "Thin Protection Program" kampaniyası yaradıb. Yenidən dizayn edilən məhsul qablaşdırmasında uşaqların yaxın getməyəcəyi və “Oreo” peçenyeləri ilə əlaqəsi olmayan marka vizuallarından istifadə edilib. Kampaniya çərçivəsində valideynləri öz saxlama yerlərini bölüşməyə həvəsləndirmək üçün lotereya keçirilib və 25 min ABŞ dolları məbləğində uduş fondu oynanılıb.


EBAY – THE CAMERA

“eBay” atasının fotoqrafiyaya olan həvəsini yenidən alovlandıran gənc qızdan bəhs edən "The Camera" kampaniyası ilə fransızlara öz varlığını xatırladıb. Kampaniyanın əsas mesajı reklam çarxının sonundakı “Le site qui n'est jamais party revient” ifadəsidir, bu isə “Sizi heç tərk etməyən sayt geri qayıdır” mənasına gəlir.


CITIZENS BANK – LIVING PORTRAIT OF NYC

Citizens Bank” Nyu-Yorka gəlişini qeyd etmək məqsədilə genişmiqyaslı multimedia aktivasiyası olan "The Living Portrait of NYC" proqramını işə salıb. Məlumata əsaslanan "The Living Portrait of NYC" şəhər sakinlərinə pulsuz incəsənət, mahnı və hekayəçilik təqdim edir.

Posted 
Oct 2, 2022
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All