HEETCH – WORLD CUP HACK
Brendlər ilin ən böyük tədbiri olan Dünya Kubokunda görünmək üçün milyonlar xərcləyərkən “Heetch” sıfır büdcə ilə Dünya Kubokunu qazanıb. Kampaniyanın bir hissəsi olaraq “Heetch” təklif edib ki, soyadları “ić” ilə bitən xorvat futbolçular topa yaxınlaşdıqda bütün tamaşaçılar brendin adını eşitsin. Yarış zamanı marka Xorvatiyanın uğur qazanması ilə milli komandanın meneceri Zlatko Daliçdən heyətindəki “ić” soyadlı oyunçuları seçməyi xahiş edib və bu oyunçulara topa daha çox toxunmaları üçün mesaj göndərib.
JOHN LEWIS & PARTNERS – THE BEGINNER
“John Lewis” builki “Beginner” adlı bayram kampaniyasında ortayaşlı bir kişinin bir uşaqla bağlantı yaratmaq əzmini əks etdirən himayədar valideynliyi ön plana çıxarır. Ürəkaçan Milad kampaniyaları ilə seçilən məşhur pərakəndə satış şirkəti yeni Milad kampaniyası ilə diqqətləri bir müddət əvvəl himayə altında olan uşaqları dəstəkləmək üçün öhdəlik götürdüyü “Building Happier Futures” proqramına yönəldir.
MINISTRY OF ECONOMIC AFFAIRS & CLIMATE POLICY – UNWANTED CHRISTMAS CARDS
Hollandların 91%-nin bir və ya bir neçə smart cihaza sahib olduğunu, yalnız 50%-nin onları mütəmadi olaraq yenilədiyini anlayan Hollandiyanın İqtisadi İşlər və İqlim Siyasəti Nazirliyi bu insayt əsasında “Unwanted Christmas Cards” adlı kampaniyasına start verib. Kampaniya çərçivəsində Hollandiyanın ev şəbəkələrinə müdaxiləsinin kibertəhlükəsizliyini yaxşılaşdırmaq məqsədilə göstərişlər olan Milad kartları çap edilib. Nazirlik bu kampaniya ilə smart cihazlarını yeniləməkləri üçün hollandları məlumatlandırmaq niyyətindədir.
TMALL – ONE-SHOE PROJECT
“Tmall” “One Shoe” adlı yeni kampaniyası ilə protez almağa imkanı olmayan və ya protez istifadəsini narahat hesab edən amputantların idman ayaqqabılarını cüt şəkildə almaq məcburiyyətini aradan qaldırır. Çində yerləşən elektron ticarət platforması Milli Paralimpiya Oyunları zamanı fiziki məhdudiyyətli şəxslərə yarı qiymətinə tək ayaqqabı almaq imkanı verən onlayn xidmət təqdim edib.