Amazon – That Reading Feeling Awaits
“Amazon” “That Reading Feeling Awaits’’ adlı yeni qlobal reklam kampaniyası ilə kitab qurdları ilə kitablar arasında olan münasibətə və kitab oxuyarkən onların keçirdiyi hisslərə toxunub. Marka öz kampaniyasında kitabların xəyal gücünü inkişaf etdirdiyini rəhbər tutaraq oxumaq vərdişini itirmiş kitab sevənləri yenidən oxumağa həvəsləndirir, kitabları təbliğ edir. Bundan əlavə, “Amazon” insanların kitab sevigisini sosial mediada paylaşmaqları üçün stiker paketləri və “emoji”lər istifadəyə verib.
Heineken – Working Late
Ötən ay “The Closer” adlı butulka açan aparatını tanıdaraq həddən artıq çalışmağa meydan oxuyan “Heineken” fasilələrin əvəzolunmaz içkisi kimi özünü tanıtmağa davam edir. “Heineken” bu dəfə də gecə saatlarına qədər işləyən ofis işçilərini “outdoor” reklamlarına daşıyıb. Marka bu kampaniya vasitəsilə insanları iş ilə şəxsi həyat arasında balans qurmağa və şəxsi həyatlarını prioritet etməyə təşviq edir.
Heinz – The Hottest Software in TV
Reklam texnologiyası üzrə proqram təminatı şirkəti “MNTN” “The Hottest Software in TV” adlı yeni kampaniyasını yayımlayıb. “MNTN” bu kampaniya ilə insanları platformanın təmin etdiyi ölçülən konversiyalar, gəlirlər, sayt ziyarətləri kimi darıxdırıcı məlumatlarla dolu məhsul demosunu nəzərdən keçirməyə inandırır. Rayan Reynolds və Stiv-Onun iştirak etdiyi, təxminən 5 dəqiqə çəkən videoçarxda Stiv-Onun acı bibər yemək haqda müzahirə oxuyur. Bu yolla marka məhsul tanıtımına məzəli və yeni bir yanaşma gətirib.
Heinz – Heinz A.I. Ketchup
Ötənilki “Draw Ketchup” kampaniyası ilə insanların daima “Heinz” ketçupunu seçdiklərini sübut edən “Heinz” yeni “Heinz A.I. Ketchup” kampaniyasını tanıdıb. Marka mətn təsvirlərindən şəkillər yaradan “Dall-E-2” süni intellekt proqramından istifadə edərək insanlar kimi süni intellektin də “Heinz”i seçdiyini sübut etdi. “Heinz” bu kampaniya ilə ikonik marka olduğunu göstərməklə yanaşı, son zamanlarda sosial mediada populyar olan süni intellektin köməyilə imic yaratmaq trendinə də uğurla qoşuldu.