VIENNA – WHAT DOES A BELLY DO IN VIENNA?

“Vienna strips on OnlyFans” və “Get me out, Freud” kampaniyaları ilə qeyri-adi işlərə imza atan Vyana Turizm Ofisi bu dəfə “Belly” adlı yeni kampaniyasında qəbul olunmaq üçün Vyanaya üz tutan nəhəng qarının səyahət təcrübəsini nəql edir. Vyananı unikal Avropa ölkəsinə çevirən xəmir xörəkləri kimi şəhərin məşhur kulinariya ləzzətlərini, eləcə də Vyananın muzeylərini və görməli yerlərini təqdim edən kampaniya turistləri özünü mükaflandırmağın bir yolu olaraq səyahət etməyə səsləyir.

BRITISH AIRWAYS – A BRITISH ORIGINAL

“British Airways” səyahət anketlərindəki “Səfərinizin məqsədi nədir?” sualına əsaslanan ərsəyə yeni “A British Original” kampaniyasında səyahətlərin unikal səbəblərini araşdırır. Yumor və emosiyanı balanslaşdıran kampaniya vurğulayır ki, uçuş səbəblərimiz əksər vaxtlarda standart iki variantı, yəni “iş” və ya “istirahət” variantlarını aşır. Bundan əlavə, marka 500-dən çox unikal çap, rəqəmsal, “outdoor” kampaniyalarından və 32 qısametrajlı filmdən ibarət olan çoxkanallı kampaniya ilə bütün müştərilərini fərd olaraq qəbul etdiyini göstərməyi hədəfləyir.

NEMIRA – #BOOKVERTSING

Kitablarını tanıtmaq üçün kifayət qədər büdcəsi olmayan “Nemira” nəşriyyat evi bu problemi aradan qaldırmaq üçün “Bookvertising” kampaniyasına start verib. Nəşriyyat beynəlxalq və yerli markalara öz kitablarını reklamlarında aksesuar kimi istifadə etmək şansı verib. Kampaniya çərçivəsində 50-dən çox marka kitabları sosial media postlarında və rəqəmsal kontentlərdə paylaşaraq kitabların ehtiyac duyduğu görünürlüğünü təmin edib.

KFC – BRAINWAVE BUCKET

Honq Konqun dünyanın ən gərgin şəhərlərindən biri olduğunu və qidanın beyindəki stres reaksiyasını yüngülləşdirdiyini araşdırmalar zamanı kəşf edən “KFC Hong Kong” bu datalara əsaslanaraq beyin fəaliyyətini təhlil edən “Brainwave Bucket” adlı dəbilqə yaradıb. Marka bununla iştirakçıları daha az düşünməyə və daha çox əylənməyə təşviq edən gündəlik interaktiv təcrübə həyata keçirib. Kampaniya çərçivəsində əllərində toyuq vedrəsi formasında hazırlanmış və beyin dalğalarını ölçən dəbilqə ilə bir vedrə qızardılmış toyuq parçası tutan insanların beyin dalğaları ölçülüb. Çox düşünməyi dayandıran iştirakçılar daha çox qızardılmış toyuq ilə mükafatlandırılıblar.

Posted 
Oct 30, 2022
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All