POSTEN – FATHER CHRISTMAS & MOTHER EARTH
Keçən il homoseksual sevgi hekayəsində Şaxta Babanı canlandıran Posten builki Milad kampaniyasında Şaxta Baba ilə Torpaq Ana arasındakı emosional və təlatümlü sevgi hekayəsini nümayiş etdirdi. “Father Christmas and Mother Earth” adlı kampaniya uşaqları bildiyi tək yolla xoşbəxt etmək istəyən Şaxta Baba və bu həddən artıq istehlakın dünyaya təsirini Şaxta Babaya izah etmək üçün mübarizə aparan Torpaq Ana arasındakı əlaqəni göstərir. Kampaniya. Norveç poçt xidmətinin bu kampaniyası Milad mövsümündəki həddən artıq istehlakın iqlim dəyişikliyinə olan təsirini göstərir və biznesləri iqlim dəyişikliyi ilə mübarizəyə səfərbər edir.
CADBURY 5 STAR INDIA – 5 STARS EVERYWHERE!
“Cadbury Hindistan” “5 Stars Everywhere” adlı yeni kampaniyasında tətbiqlərdə məhsulun qiymətləndirilməsi funksiyasından istifadə edərək çox sevilən “Cadbury 5 Star” şokoladının məşhur "Heç nə etmə" sloqanını tamamilə başqa səviyyəyə qaldırır. Şokolad markası “Cadbury 5 Star” loqosunu beşulduzlu qrafika ilə sadələşdirərək büdcəsini sıfıra endirdiyini və artıq reklam etmək üçün “heç nə etməyəcəyini” açıqlayıb.
GOOGLE – ATHENS IS A MUSEUM
“Google” Yunanıstan Turizm Nazirliyi ilə əməkdaşlıq edərək Yunanıstanın paytaxtı Afinanı muzeyə çevirir. “Athens, the city is the museum” kampaniyası turistlərə şəhərin küçə sənətini, musiqisini, yeməklərini və memarlığını nümayiş etdirən, onları məhəllələri kəşf etməyə təşviq edən bir sıra aktivasiyalar olan xəritə təklif edir. Kampaniyanın məqsədi Afinanı il boyu səyahət edilə bilən cəlbedici yer kimi göstərməkdir.
LIFEJACKET – FAN PAINT
“LifeJacket” Qətərdə keçirilən Dünya Kubokunda diqqətləri dəri xərçəngi riskinə yönlədirmək məqsədilə İngiltərə yığmasının hücumçusu Ueyn Runi ilə “Nike”ın 2006-cı ildə çəkilən Dünya Kuboku kampaniyasını parodiya edib. Dəri mühafizəsi markası “The Fan Paint” öz kampaniyasında Runi ilə eyni pozanı verən adi bir futbol dfanatını qırmızı günəş yanığı ilə təsvir edərkən “Just Apply It” mesajı ilə “Nike”ın sloqanına istinad edir. Kampaniya çərçivəsində brendin “Fan Paint” adlı yeni günəş kremi turnirdən əvvəl Qətərə səyahət edən İngiltərə azarkeş qruplarına paylanılıb.