HOUSE OF THE DRAGON - DUOLINGO & HBO MAX
HBO Max, qarşıdan gələn “House of the Dragon” seriyası üçün dil öyrənmə platforması Duolingo ilə rəsmi əməkdaşlıq edir. Tərəfdaşlığın bir hissəsi olaraq, Duolingo platformasını əvvəllər daxil edilmiş Valyrian dili üçün 150-dən çox yeni söz və tərcümə ediləcək 700 yeni cümlə daxil etmək üçün yenilədi. Beləcə ABŞ-ın böyük şəhərlərində, o cümlədən Nyu Yorkda valiriya dilində yeni ifadələr olan reklam kampaniyaları yaradıldı.
CARDS OF QATAR - BLANKSPOT/FORZA FOOTBALL
Araşdırmaçı jurnalistika platforması Blankspot Qətərdə 2022 FIFA Dünya Kuboku obyektlərini tikən miqrant işçilərin qəbuledilməz xəsarətləri və faciəvi ölümləri barədə məlumatlılığı artırmaq üçün "Qətər Kartları" kampaniyasına başlayıb. 2022-ci il FIFA Dünya Kuboku və miqrant işçilərlə bağlı statistikadan ilhamlanan kartlarla ölüm və həyat reallığı vurğulanır. Bundan əlavə, marka problemə diqqət çəkmək üçün FİFA rəhbərlərinə, futbol və hüquq müdafiəçilərinə, sponsorlara və media mənsublarına kart qutuları göndərib.
UNJUNK YOUR SLEEP - MATTRESS FIRM
Mattress Firm yatmağa kifayət qədər vaxt ayırmamağın fiziki, emosional və zehni təsirlərini göstərən yeni "Junk Sleep" kampaniyasını yaratdı. Kampaniya çərçivəsində brend 60 saniyəlik əsas reklam çarxı və yuxusuzluq içində insanları təsvir etdiyi beş yeni filmi ilə yuxunun əhəmiyyətini vurğulayır.
SPOON FRIES - HEINZ
Heinz apardığı araşdırmada müştərilərinin 84%-nin mükəmməl kartof-ketçup nisbətinə nail ola bilmədiklərindən qıcıqlandığını aşkar etdi və bu anlayışa əsaslanaraq, kartof qızartmasından hazırlanmış qaşıq Qaşıq Frizini istifadəçilərinə təqdim etdi. Brend, kartof qızartması günü lotereyasının bir hissəsi kimi təqdim edilən qaşıqların mükəmməl miqdarda ketçup daşımaq üçün ideal ölçüdə olduğunu iddia edir.