DOVE – RECLAIMING SCHOOL PICTURE DAY

Bu ilin əvvəlində “As Early As Five” kampaniyası ilə diqqətləri irqçiliyə əsaslanan saç ayrıseçkiliyinə yönəldən “Dove” yeni kampaniyası “Reclaiming School Picture Day”də bu ayrıseçkiliyin məktəblərdəki fotoçəkiliş günü kimi tədbirlərdə zənci və metis uşaqların yaşadığı çətinliklərdən danışıb. Araşdırma nəticələri hər üç zənci və metis qadından birinin (28%) məktəbdə yaşadığı ayrıseçkilik ucbatından məktəb fotolarından yayındığını və 84%-nin standartlarla ayaqlaşmaq üçün saçlarını dəyişdirdiyini göstərib. Kampaniya çərçivəsində əsl simalarını təmsil etmədiklərini hiss edən zənci və metis qadınlara öz təbii saç düzümləri ilə yenidən fotoçəkiliş etmək imkanı yaradılıb.

VOLVO – A LOVE STORY

“Volvo” yük maşınlarının mükəmməl yanacaq sərfiyyatından əlavə, onların mükəmməl performans əldə etməklərinə imkan verən “I-Save” funksiyasının təqdimatı üçün yeni “A Love Story” kampaniyasında əks qütblərin epik sevgisini nümayiş etdirib. Brend əyləncənin və yanacaq səmərəliliyinin artıq qeyri-mümkün uyğunluq olmadığını vurğulayıb.

MINECRAFT – MINDCRAFT

“Minecraft” 10 oktyabr Milli Disleksiya Günündə oyunçulara disleksiyası olub-olmadığını anlamağa kömək edən yeni “Mindcraft” xəritəsi ilə yeni bir təcrübə yaradıb. “Minecraft” xəritəsi disleksiya əlamətlərini müəyyən etməklə yanaşı, həm də disleksik insanların yaşadığı çətinliklər haqqında məlumatlılığı artırmaq məqsədi daşıyır.

UBER EATS – DO LESS


Uber Eats “Do Less” adlı yeni kampaniyasında insanların yemək sifariş etməklə qənaət etdikləri vaxtda belə məhsuldar olmağa çalışmaqlarına etiraz edir. Brend həyatı doyunca yaşaya bilməyimiz üçün bizi daha az iş görmək sənətini mənimsəməyə səsləyir.

Posted 
Oct 15, 2022
 in 
 category

Daha çox

 kateqoriyasından

View All
No items found.