T

 əxminən 60 ildən sonra ilk dəfə olaraq smartfon nəhəngi “Nokia” ikonik loqosunu dəyişir. Əvvəlki loqodakı simvolik şrift və “Yale blue” adlanan rəng daha müasir və rəqəmsal olduğunu iddia etdiyi bir görünüşlə əvəz olunub.

Nokia changes iconic logo to signal strategy shift | Reuters

Bazar günü, Barselona Mobil Dünya Konqresinin başlamasından əvvəl şirkət yeni brend kimliyini təqdim etdi. "Biz strategiyamızı yeniləyirik və bu günkü gündə kim olduğumuzu əks etdirmək üçün brendimizi də təzələyirik: şəbəkələrin buludla görüşdüyü gələcəyə öncülük edən “biznes-to-biznes” texnologiya innovasiya lideri" deyə “Nokia” bloqunda qeyd edib. Baş icraçı direktor Pekka Lundmark “Bloomberg”ə açıqlamasında deyib: "İnsanların əksəriyyətinin fikrincə, biz hələ də uğurlu cib telefonu markasıyıq, lakin “Nokia”nın nəzərdə tutduğu əsas məsələ bu deyil. Biz şəbəkələrə və sənaye rəqəmsallaşmasına çox diqqət yetirən yeni brendi işə salmaq istəyirik. Bu isə köhnə mobil telefonlardan tamamilə fərqli bir şeydir."

Vətəndaşların “e-Devlet” məlumatları satılıb?

Dövlətin vətəndaşlara elektron şəkildə xidmət göstərilməsinə şərait yaradan “e-Devlet” böyük iddiaya məruz qalıb. “Unified Cyber Threat Intelligence Platform”un rəsmi “Twitter” hesabı "Cyberthint" 61 milyon Türkiyə vətəndaşının “e-Devlet” məlumatlarının Rusiya “Dark Web” bazarı “Hydra Market” vasitəsilə satışa çıxarılmasını və 11 saat sonra satıldığını iddia edib.

Paylaşılanlara görə, oğurlanmış məlumatlar TC şəxsiyyət nömrəsi və paroldan ibarətdir. “Hydra Market” Rusiya mənşəli olduğu bilinən, çirkli pulların yuyulması və narkotiklərin qanunsuz dövriyyəsi kimi əməliyyatlar üçün istifadə edilən “Dark Web”  bazarıdır.
Rəsmi açıqlamada istifadəçi məlumatlarının sızdırıldığı iddialarının əsassız olduğu bildirilib.

“ByteDance” daxilindəki “TikTok” da qadağan edildi!

Avropa Birliyinin ardınca Avropa Dövlət və Hökumət Başçıları Şurasının əməkdaşlarına da təhlükəsizlik səbəbi ilə Çin mərkəzli “ByteDance” daxilində “TikTok”dan istifadə etmək qadağan edilib.

Mövzu ilə bağlı “TikTok” rəsmilərinin verdiyi açıqlamada komissiyanın qərarının məyusluğa səbəb olduğu bildirilib. O da bildirilir ki, indiyədək məsələ ilə bağlı şirkətlə heç bir əlaqə yaradılmayıb. “TikTok” işçilərin cihazlarında tətbiqi qadağan etməzdən əvvəl məsləhətləşmələri gözlədiklərini açıqladı.

Avrupa Komisyonu'ndan TikTok yasağı

“Meta” hüquqi maneələri dəf edir!

“Meta” virtual reallıq şirkəti “Within Unlimited”i əldə etməyə bir addım daha yaxınlaşdı. Federal Ticarət Komissiyası (FTC) “Meta”nın virtual reallıq (VR) istehsalçısı “Within Unlimited”i əldə etməsinin qarşısını almaq üçün səylərini rəsmi olaraq dayandırdığını elan etdi.

Məhkəmənin bu qərarı “Meta”nın qələbəsi deməkdir. Hakim şirkətə bir həftə ərzində sövdələşməni bağlamamağı tapşırıb. Bununla belə, hakim “FTC”yə qərardan şikayət edib-etməmək barədə qərar vermək üçün də vaxt verib.

Will Facebook Horizon be the first step toward the metaverse? | VentureBeat

“3D” printer ilə raket düzəltdilər!

ABŞ-ın “Relativity Space” aviasiya şirkəti dünyanın ilk “3D” printer ilə hazırlanmış raketi “Terran 1”in kosmosa göndərilməsi üçün lazımi lisenziyaların alındığını və raketin martın 8-də buraxılacağını açıqlayıb.

İstehsal edilən raket "Terran 1" adlandırıldı. O, Floridada yerləşən “Cape Carnaval” Kosmik Qüvvələri Stansiyasından (CCSFS) buraxılacaq. Raketin buraxılışdan əvvəl bir neçə sınaqdan keçiriləcəyi düşünülürdü, lakin şirkətin sözçüsü “SpaceNews”a verdiyi müsahibədə, aşınmanın buraxılış zamanı problemlər yarada biləcəyini, buna görə də “Terran 1” adlı raketin sınaqdan keçirilmədən 8 Mart çərşənbə günü səmaya çatacağını bildirib.

“3D” printer ilə istehsal etmək başlı-başına sürpriz olsa da, “Terran 1” ölçüsü və çəkisi ilə bu sürprizə bir yenisini əlavə edir. Raketin hündürlüyü 3,5 metr, eni 2,5, çəkisi isə düz 9280 kq-dır. Bildirilir ki, raketin 85%-i “3D” printerlə istehsal olunur, qalan 15%-i isə mühərriklərdən ibarətdir.

Posted 
Feb 27, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All