Süni intellekt işimizi əlimizdən alacaq” kimi şayiələri demək olar ki, hər gün eşidirik. “KitKat” markası isə bu məşhur insaytdan yola çıxaraq, simasına uyğun məzəli reklam kampaniyasına imza atıb. Etiraf edək ki, süni intellektin az qalsın bütün yaradıcı sahələri əvəzləməsi faktı bir qədər məzəlidir və dilinə, üslubuna görə seçilən markalar bu fakt üzərindən yaxşıca işlər görə bilərlər. Baxın, məhz “KitKat”dan da bunu gözləmək olardı. Sözügedən videolarda sönük və axmaq robot səsi, altıbarmaqlı əllər, təhrif olunmuş üzlər və parçalanmış “KitKat” loqosuna rast gəlmək olar.

 Artificial Intelligence Generated Advertising Campaign from KitKat

Əslində, bu reklam kampaniyasında “KitKat” süni intellektin yaradıcı işləri əvəz edə biləcəyi fikrini ələ salır. Videolardakı bir çox elementlər isə süni intellekt modellərində tez-tez rastlaşdığımız qüsurlardır. Reklamlar Avstraliyanın konsaltinq şirkəti “Wunderman Thompson” tərəfindən süni intellekt modelinə verilən əmrlərlə ərsəyə gəlib. Məsələn, “Z nəslinin danışıq tərzində bir KitKat reklamı yaz” buna çox yaxındır. Skripti oxumaq üçün səs yaradan alətdən, vizuallar üçün isə “OpenAI” və “DALL-E 2” modelindən istifadə edilib.

Posted 
Apr 18, 2023
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All