İ

srailin Baş naziri Binyamin Netanyahu bir müddət əvvəl verdiyi açıqlamada ABŞ-nin çip istehsalçısı “Intel”in İsraildə yeni fabrik üçün 25 milyard dollar xərcləyəcəyini bildirib. Planlaşdırılan bu nəhəng investisiya İsrail üçün indiyədək həyata keçən ən böyük beynəlxalq yatırım olacaq. İsrail Maliyyə Nazirliyi bildirib ki, Kiryat Qatdakı fabrik 2027-ci ildə açılacaq, 2035-ci ilədək fəaliyyət göstərəcək və burada minlərlə insan çalışacaq.

Intel to invest 'unprecedented' $25 billion in chip manufacturing plant in  Israel | The Times of Israel

Nazirlik əlavə edib ki, müqaviləyə əsasən, "Intel" indiki 5 % vergi əvəzinə, 7,5 % vergi ödəyəcək. Şirkətin internet saytında verilən məlumata görə, "Intel" İsraildə 50 illik fəaliyyəti ərzində ölkənin ən böyük özəl sektor işəgötürən və ixracatçısına çevrilib. "Intel" həm də İsrailin elektronika və informasiya sənayesinin lideridir.

Business and tech figures call on Netanyahu to resign | The Times of Israel

TV-dəki çıxışında razılaşmadan danışan Netanyahu bunu "İsrail iqtisadiyyatı üçün böyük bir nailiyyət" olaraq xarakterizə edib və sərmayəni "Beynəlxalq bir şirkətin İsrailə etdiyi ən böyük investisiya" adlandırıb. "Intel" də öz növbəsində İsraildəki fəaliyyətinin şirkətin qlobal uğurunda "həlledici rol oynadığını" açıqlayıb.

“Meta” 1 il ərzində süni intellekt tədqiqatçılarının 30 %-ni itirib

Facebook (META): How To Buy Its Shares – Forbes Advisor UK

M.Zuckerberg süni intellekt sahəsində çalışan Yann LeCun-u “Meta”da süni intellekt şöbəsində işləməyə razı sala bilmişdi. Buna baxmayaraq, Zuckerberg-in yanlış idarəetmə strategiyası işçilərin şirkətə olan inamını kəskin azaldıb. Belə ki, şirkət “AI” sahəsində işçilərinin ⅓-ni itirib. Xüsusilə, son aylarda işdən çıxanların bir çoxu şirkət daxilindəki etibarsızlığa görə işdən ayrılıb. Daxili sorğunun nəticələrinə görə, “Meta” işçilərinin yalnız 26 %-i Zuckerberg-ə etibar edir.

Mark Zuckerberg | Biography & Facts | Britannica

Bir tərəfdən "Meta" 2022-ci ilin noyabrında 11 000 işçini işdən çıxarıb. Bu barədə məlumat şirkətin sahibi və "Facebook"un qurucusu Mark Zuckerberg-in işçilərə göndərdiyi mesaj vasitəsilə verilib. Cəmi 4 ay sonra "Meta"nın yenidən 10 000-dən çox insanı işdən çıxaracağı xəbəri də yayılmışdı.

İşdən çıxarılma ilə bağlı açıqlamasında səmərəliliyi vurğulayan Zuckerberg bunun çətin bir qərar olduğunu və təəssüf ki, bu qərarı vermək üçün başqa çarə qalmadığını bildirib.

“Steam” həftənin ən çox satılan oyunlarını açıqlayıb

Battlebit: Interview with the Developers

“SteamDB” tərəfindən paylaşılan siyahıda “BattleBit Remastered” 13-20 iyun tarixləri arasında ən çox satılan oyun olub. Multiplayer FPS oyunu “BattleBit Remastered” “Battlefield” oyunlarına bənzər quruluşu ilə diqqət çəkir. Siyahıya həmçinin Starfield, Grand Theft Auto V”, Call of Duty: Modern Warfare II, Forza Horizon 5, Dead by DaylightCyberpunk 2077 daxil olmaqla, bir çox keyfiyyətli oyunlar da daxildir.

Yeni qərarla “Apple” məhsullarının batareya dəyişimi daha asan ola bilər

Apple might start making its own batteries for iPhones and Macs | Ars  Technica

Bu günlərdə Avropa İttifaqı parlamenti səs çoxluğu ilə qanunvericiliyin icrasına keçib. Təsdiq edilmiş təlimatlara əsasən, iPhone, iPadMac-da istifadə olunan portativ batareyalar istifadəçilər tərəfindən asanlıqla dəyişdirilə bilməlidir, yəni istifadəçilər heç bir xüsusi alətə ehtiyac duymadan bu batareyaları çıxarıb, lazım gəldikdə başqa batareya ilə əvəz edə bilməlidirlər. Batareyaları çıxarmaq üçün alət lazımdırsa, bu alətlər pulsuz təmin edilməlidir.

Big deal: What does EU candidate status actually mean for Ukraine? –  POLITICO

Avropa Birliyi bu tənzimləmə ilə batareyaları daha dayanıqlı, daha davamlı və daha yaxşı performanslı etmək istədiyini bildirir. Tənzimləmə çərçivəsində elektrikli nəqliyyat vasitələrində istifadə olunan akkumulyatorlar üçün də yeni meyarlar təqdim edilir. Tullantı üzrə hədəflər portativ batareyalar üçün 2023-cü ilədək 45 %, 2027-ci ilədək 63 % və 2030-cu ilədək 73 % olaraq təyin edilib. LMT batareyaları üçün 2028-ci ilədək 51 %, 2031-ci ilədək isə 61 % tullantı toplama hədəfi var.

“Opera One” yayımlandı. “ChatGPT”ni bir də belə sınaqdan keçirin

Opera One | Browsing reinvented | Opera

“Opera” tərəfindən “Aria” adlı süni intellektlə dəstəklənən “Opera One” brauzeri bu gün yayımlanıb. Bununla da “ChatGPT” istifadəçilərin suallarına daha asan və dəqiq şəkildə cavab verə biləcək. Sadəcə, “Opera” hesabı ilə daxil olmaq kifayətdir.

Spotify-a “Hi-Fi” dəstəyinin nə vaxt gələcəyi məlum oldu

Spotify HiFi tier: CEO doesn't know when Spotify's hi-res streaming will  launch | What Hi-Fi?

Musiqini ən incə detallarına kimi eşitməyə imkan verən “Hi-Fi” texnologiyası indi xeyli əlçatandır və bu texnologiyaya malik qulaqlıqların qiymətləri də nisbətən sərfəlidir. Bununla belə, dünyanın ən məşhur musiqi platforması olan “Spotify” hələ də “Hi-Fi audio” dəstəyi ilə təchiz olunmayıb. “Hi-Fi” dəstəyinin oktyabrda istifadəyə veriləcəyi deyilir. Qiymətlə bağlı dəqiq məlumat olmasa da, indiki premium paketdən daha baha olacağı gözlənilir.

YouTube “1080p Premium” özəlliyini sınaqdan keçirir

YouTube'un Yeni Ücretli 1080p Seçeneği Kullanıma Sunulmaya Başlandı!

YouTube “Android”“Google TV” istifadəçiləri üçün təkmilləşdirilmiş bit sürəti ilə yeni 1080p Premium özəlliyini sınaqdan keçirir. Bu funksiya bu yaxınlarda “iOS” istifadəçiləri üçün də sınaqdan keçirilmişdi. “1080p Premium” standart seçimdən daha yüksək bitreyt təklif edir. Bu, yüksək sürətli internet bağlantısı və böyük televizorları olan istifadəçilər üçün, xüsusilə faydalı olacaq.

Posted 
Jun 20, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All