1

0-11 oktyabr 2024-cü il tarixlərində PAŞA Holding-in təşkilatçılığı ilə Bakı-da baş tutacaq “INMerge” Innovasiya Sammitində müasir texnoloqiya və biznesin gələcəyini formalaşdıran müxtəlif transformativ sahələr diqqət mərkəzində olacaq. Belə ki, müzakirə olunacaq mövzular sırasında Fintech, Telekommunikasiya, E-ticarət, Süni intellekt, Marketinq, Insurtech kimi önəmli və hazırda trend hesab edilən mövzular olacaq.

Bundan əlavə, "yeni iqdisadiyyat" vertikalında qabaqcıl texnoloqiyaların istehsal innovasiyasını necə idarə etdiyi kimi mövzular müzakirə olunacaq. Sammit zamanı həyata keçiriləcək Startaplar müsabiqəsi 25.000$ mükafat fondunda malik olacaq. Bununla yanaşı, startap sahibləri həm investorlar tərəfindən investisiya, həm də PAŞA Holding tərəfindən əlavə 200.000$-dək yatırım əldə edə biləcəklər.

Xatırladaq ki, tədbirdə "YouTube"un həmtəsisçisi Steve Chen, "Amazon"un baş texnologiya direktoru Werner Vogels və Harvard Biznes Məktəbinin professoru Linda Hill kimi tanınmış spikerlər çıxış edəcək.

Əlavə məlumat və biletlərin əldə edilməsi üçün www.inmerge.az saytına daxil olun.

Posted 
Sep 12, 2024
 in 
Event
 category

Daha çox

Event

 kateqoriyasından

View All