BUILD BIG FEELINGS - LEGO
“LEGO” uşaq və yetkinlərin söz bazasının sadəcə 6%-nə sahib olduğunu kəşf edib. Bu problemin onların emosiyalarını ifadə etməkdə çətinlik yaratdığını müşahidə edən şirkət “Build Big Feelings” adlı yeni kampaniya başladıb. Kampaniya tərkibində “LEGO” blokları uşaqları başqaları ilə əlaqə qurmağa və hiss etdiyi emosiyaları paylaşmağına təşviq edir. Bundan əlavə, kampaniya uşaqların emosional və sosial bacarıqlarını inkişaf etdirməklə yanaşı, söz bazalarının da inkişafına kömək edir.
WINDOW SHOPPING - IKEA
“IKEA” real evləri ən populyar məhsullarını yerləşdirdiyi showroomlara çevirib. Finnala divanı, Kragsta jurnal masası və Fjällbo kompüter masası kimi məşhur məhsulların da tərkibində olduğu bu kampaniya “Window Shopping” adlanır. Toronto şəhərinin mərkəzindəki yeni filialın açılışını dəstəkləyən kampaniya tərkibində evlər “IKEA” məhsulları ilə 5 fərqli dizayna ev sahibliyi edib. Əlavə olaraq, showroom kimi istifadə edilən evlərin çöl hissəsinə “Made for downtown living” billbordu yapışdırılıb.
THE FIELD - PEAS OF HEAVEN
Dünyanı xilas etməklə bağlı ciddi vədlərə sahib olan bitki əsaslı məhsul kateqoriyasında “Peas of Heaven” yeni kampaniyası ilə imza atan işlərdən biri oldu. Şirkət “The Field” kampaniyası ilə rəqiblərinin əksinə əyləncəli və absürd işə fokuslanıb. Reklam çarxında bir adamın bitki və ətlərlə dolu tarlada sürünməsini izləyirik. Bununla da bitki əsaslı qidaların bitkilərdən heç bir fərqi olmadığını vurğulayır.
THE 54-SECOND WATCH - FONDATION EMERGENCE
17 May Beynəlxalq Homofobiya, Transfobiya və Bifobiya ilə Mübarizə Günündə qeyri-hökumət təşkilatı olan “Fondation Émergence” LGBTIQ+lərin məruz qaldığı hər növ şiddəti vurğulamaq məqsədilə 54 saniyəlik bir saat yaradıb. LGBTIQ+ bayrağının hər rəngi üçün 6 saniyə saatda əksikdir. Bu kampaniya kuirlərə qarşı qeyri-tolerantlıq səbəbilə onların həyatından gedən zamanı simvolizə edir. Təşkilat cinsi orientasiya və cinsi, gender kimliyimizdən asılı olaraq hər fərd üçün zamanın fərqli işlədiyini göstərir və maarifləndirmə kampaniyası ilə ədalətsizlik və qeyri-bərabərlik mövzusuna işıq tutmağı istəyir.