B

u həftə də kreativ işlərlə dolu həftə oldu. Sizlərə bu həftənin diqqəti özünə yaradıcı işləri ilə tanış etmək istəyirik.

CHILLBOARDS - COORS LIGHT

Koloradoda yerləşən “Coors Light” pivə brendi yayda temperaturun artması səbəbindən kondisionerlərdən istifadə nəticəsində yaranan intensiv enerji istehlakına həll yolu olan “Chilboards” adlı yeni kampaniyasını yaradıb. Brend bu kampaniya ilə Mayamidə qaranlıq damlarda günəş işığını 85%-ə qədər əks etdirən və səthin temperaturunu 50 dərəcə aşağı salan ağ reklam lövhələri yaratdı. Kampaniya insanlara ətraf mühit üçün edə biləcəkləri kiçik dəyişikliklərin böyük fərq yarada biləcəyini söyləməyə yönəlib.

THE ART OF SELF EXAMINATION - MACMA

Döş xərçəngi olan insanlara dəstək olmaq məqsədi daşıyan qeyri-kommersiya təşkilatı Macma, döş xərçənginin erkən aşkarlanmasının vacibliyini vurğulamaq üçün ənənəvi muzey qaydasını pozur və ziyarətçiləri rəsmlərə toxunmağa təşviq edir. Təşkilat ziyarətçilərə İsaak Fernández Blanko İncəsənət Muzeyində keçirilən “Özünü Müayinə Sənəti” adlı sərgidə Rembrandt, Rubens və Rafaelin klassik rəsmlərinə toxunaraq döş xərçənginin simptomları haqqında məlumat əldə etmək imkanı təklif edir.

MCENROE VS. MCENROE - MICHELOB ULTRA

Michelob Ultra dünyanın ilk hibrid tennis matçını ESPN-də yayımladı, John McEnroe özünün virtual versiyalarına qarşı oynadı. Süni intellekt, maşın öyrənməsi və robotik spin-off texnologiyası sayəsində McEnroe karyerasının beş əsas mərhələsinə uyğun gələn beş fərqli virtual versiyada özünə qarşı oynadı. Brend bu kampaniya ilə raketkaları sındıran və danlayan məmurları ilə fırtınalı karyerası olan tennis əfsanəsi MakEnronu karyerası haqqında düşünməyə və bundan həzz almağa vadar edib.Burada əsas mesaj “Yalnız həzz alırsansa dəyər” şüarı ilə vurğulanıb.

THE MOST BORING ROOM EVER - LEGO FOUNDATION

Uzun müddətdir “Oyun Dünyası Yarat” kampaniyasını davam etdirən LEGO, uşaqlar üçün oyun vaxtının azlığını vurğulamaq üçün “Ən darıxdırıcı otaq” kampaniyasına başladı. Brend altı uşağı darıxdırıcı bir otağa salır və burada onlara bir rulon kağızdan başqa bir şey vermir. Kampaniyanın məqsədi uşaqların təxəyyülünü və oyun qurmağın sadəliyini vurğulamaqdır.

Posted 
May 15, 2022
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All