#Periodsomnia - Bodyform

Keçmişdə “Womb Stories” və “Blood Normal” kampaniyaları ilə “Cannes Lions”da Qran Pri mükafatını qazanan və menstruasiya ilə bağlı digər əsaslı işləri ilə tanınan “Bodyform (Libresse)” bu dəfə menstruasiya zamanı gecə baş verənləri reklam çarxında göstərir.

Araşdırmalarında qadınların menstruasiya zamanı narahatlıq və qorxu diskomfort səbəbiylə orta hesabla beş ay yata bilmədiklərini ortaya qoyan marka bu anlayışa əsaslanaraq, yeni "Periodsomnia" kampaniyasının əsasını qoyub. Bu kampaniya ilə marka sızma nəticəsində döşəyin ləkələnmə narahatlığından, yuxusuzluqdan əziyyət çəkən qadınlar üçün yeni gecə məhsulu olan “Goodnight Towels”ı təqdim etdi.

Stay in the Game - Pringles

"Pringles" "Oyunda qal" adlı son kampaniyasında 25.000 avro pul mükafatı ilə yalnız real insanlar üçün açıq olan qeyri-oyun xarakterli yarışma başladıb. 

Brend bu kampaniya ilə kompüter oyunçularını “Train Sim World 2” qatar simulyasiya oyununda “Pringles” avtomatlarını doldurmaqdan məsul olan oyun əlavələrindən biri olmağa dəvət edir.

Microbility Hub - Amazon

“Amazon” iqlim dəyişikliyi ilə mübarizəyə kömək etmək üçün Londonda yeni "mikromobillik" mərkəzini işə salıb. 2030-cu ilə qədər tədarüklərinin 50%-ni və 2040-cı ilə qədər tədarüklərinin 100%-nin xalis sıfır karbon olmasını hədəfləyən brend bu yeni mikromobillik mərkəzi ilə işçilərin paketləri piyada və ya yeni elektron yük velosipedləri ilə çatdıra bilməsi üçün ekoloji cəhətdən təmiz üsulları təbliğ edir.

Sausage at Home - Peas of Heaven

Bitki əsaslı qida istehsalçısı “Peas of Heaven” yeni "Evdə sosiska" kampaniyası ilə sosiska yetişdirən dəstini təqdim etdi. Brend bu dəstlə müştərilərə öz noxudlarını yetişdirmək və yetişdirdikləri noxud əvəzinə “Peas of Heaven”dan evdə hazırlanmış sosiska almaq imkanı verir.

Posted 
Jul 14, 2022
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All