The Last Photo - CALM
İntiharların qarşısını alan CALM (Campaign Against Living Miserably) təşkilatı intihar edərək ölən insanların son çəkilmiş anlarını göstərməklə heyrətamiz işə imza atıb.
Londonda gülümsəyən, xoşbəxt görünən insanların şəkillərinin izahı olmadan sərgiləndiyi "The Last Photo" (Son şəkil) adlı kampaniya heç də hər insanın intihardan öncə konkret simptomlar göstərmədiyindən bəhz edir.
Qurum intiharla bağlı maarifləndirməni və stereotipləri dağıtmağı hədəfləyir. Bundan əlavə, kampaniya çərçivəsində reklam lövhələrində və sərgidə istifadə olunan şəkillərdə QR kodlar yerləşdirilib. Bu QR kodlar ziyarətçiləri intiharın qarşısının alınması ilə bağlı məlumat əldə edə biləcəkləri internet səhifəsinə yönləndirilib.
Make Good Art - Instagram
Son aylarda TikTok, Snapchat, Pinterest və YouTube məzmun yaradıcılarını platformalarına cəlb etmək üçün yaradıcı fondlar yaratmağa başlayıb. Bu artan rəqabətə cavab olaraq Instagram yeni "Make Good Art" adlı kampaniyasını yaratdı.
Brend məzmunun yaradılmasının həyatın çağırışlarına ən dəyərli cavab və hətta əsl karyera seçimi ola biləcəyi konsepsiyasına əsaslanan yeni reklamla kollecləri yeni bitirənlər gəncləri hədəfləyir. Kampaniya üçün yaradılmış reklam çarxında 2012-ci ildə ingilis yazıçısı Neil Gaimanın "yaxşı sənət yaratmağı" tövsiyə etdiyi əsas nitqdən istifadə edilmişdir.
#UNRECOMMENDEDBYALGORITHM - FNAC
Fransız pərakəndə satış şirkəti Fnac mədəni azadlıq və açıq fikirliliyin tərəfdarı kimi tanınır.
Alqoritmlərin oxuduğumuz, izlədiyimiz, kəşf etdiyimiz, bəyəndiyimiz və ya satın aldığımız hər şeyə qərar verdiyinə və bizi qaçmağın getdikcə çətinləşdiyi bir tələyə saldığını düşünən “Fnac” bu artan təhlükəyə cavab olaraq “#RecommendedByAlqoritm” kampaniyasına start verdi.
Yalnız alqoritmlərin qərar vermədiyi və insanların idarələri qərar verdiyi mədəni seçimlərimizə alternativ təklif edən brend hesab edir ki, gözlənilməzlik tez-tez bizim üçün yeni üfüqlər açacaq.
Əlvida, "Internet Explorer"
Microsoft ilk dəfə 1995-ci ildə bizlərə təqdim etdiyi və 27 ildir istifadə edilən Internet Explorer-un fəaliyyətinə son verib. Bu xəbər açıqlanan kimi bir çox brend Twitter-də məzəli paylaşımlarla Internet Explorer-in “təqaüdə çıxmasını” qeyd etdilər.