“Out Horse Your Email” - Business Iceland

Apardığı tətqiqatda dünya üzrə hər beş işçidən ikisinin məzuniyyətdə olarkən e-poçtlarını yoxladığını aşkar edən Visit Iceland buna problemə əsaslanaraq yeni “Out Horse Your Email” kampaniyasını başlatdı. Brend bu kampaniya ilə istirahətdə olan işçiləri e-poçt cavab sistemi ilə təmin edir və onları diqqətlərini yayındırmadan fasiləsiz səyahətə sövq edir.

Kami - Down Syndrome Int.

Beynəlxalq Daun Sindromu Təşkilatı (DSI) rəqəmsal dünyaya inklüzivliyi təşviq etmək üçün ilk daun sindromlu virtual influnser "Kami"ni yaratdı. Kaminin fiziki görünüşü, jestləri, səsi və şəxsiyyəti Daun sindromlu 100-dən çox könüllü gənc qadının məlumatlarından istifadə etməklə yaradılmışdır.Beləliklə, "Kami" ilə daha realistik nəticə əldə edilib. Şirkət Daun sindromunun qüsur olmadığını vurğulayaraq, ərəb dilində Kamilah - yəni mükəmməllik sözünün  mənasını verən Kami adını seçib. Bundan əlavə, Kami insanlara gündəlik həyatı, dostları və maraqları haqqında məlumat verəcək, eyni zamanda #TheKamiPledge heşteqi ilə digər Daun sindromlu insanların rəqəmsal məkanda görünməsinə kömək edəcək.

Seen it all - Nike

Nike 50-ci ildönümü şərəfinə "She's Gotta Have It" filmində istifadə edilən xəyali personaj Mars Blekmonu və onun 80-ci illərin sonunda yaradılmış kampaniyasını geri gətirir. İdman geyimləri nəhəngi "Seen It All" adlı yeni kampaniyasında keçmiş uğurlarını ortaya qoyur, eyni zamanda brendin və idmanın gələcəyi ilə bağlı ipucları verir.

Recharge tourism - Renault

Elektrikli nəqliyyat vasitələrinin istifadəsinə ən böyük maneələrdən biri olan enerji doldurma problemini həll edən Renault, elektrikli avtomobil sürücülərini Fransanın müxtəlif yerlərində xüsusi şarj nöqtələri ilə birləşdirən "Plug Inn" tətbiqini yaratdı. Fransa üzrə 475 000-ə qədər şarj nöqtəsini aktivləşdirməyi hədəfləyən brend bu proqram vasitəsilə sürücülərə enerji doldurmaq üçün yerlər tapmağa kömək edir, eyni zamanda şarj nöqtələrinin sahiblərinə əlavə gəlir əldə etməyə imkan verir. Renault bu layihə ilə həm də ucqar ərazilərdə avtomobillərini şarj edən sürücüləri bölgədəki mağaza və kafelərdə pul xərcləyərək davamlı turizmi dəstəkləməyə təşviq etməyi hədəfləyir.

Posted 
May 29, 2022
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All