“Think with Google” platformasının son paylaşdığı yazıların biri dünyaca məşhur “Booking.com”un vitse-prezidenti və baş marketinq direktoru Arjan Dijkin brendinqlə bağlı məsləhətlərinə yer verilib.

O, yazıda beş əsas brendinq və performans dərsini bölüşür, “YouTube”un istehlakçı ilə kommunikasiyada öz yazdığı marketinq strategiyalarında nə qədər önəmli rol oynadığını göstərir.

1. Marketinq strategiyanızı istehlakçı məqsədinə uyğunlaşdırın

Bir çox insan üçün səyahət etmək hər zaman prioritetdir. Lakin ilin bəzi aylarında səyahət istəyi əksəriyyət üçün daha önəmli hala gəlir. Bu məqamda səyahət brendi kimi, biz kommunikasiya və marketinqimizi 3 mərhələyə bölürük: aşağı, orta və yüksək məqsədli marketinq.

Sonuncu mərhələ bizim daha çox imkan əldə etdiyimiz yerdir. “Yüksək məqsəd” insanların səyahət haqqında düşünməsi deməkdir; onlar bizi axtarırlar və əlbəttə, lazım olanda biz onların yanındayıq. Bizim əsas problemimiz - və imkanımız - insanların səyahət etmək üçün bazarda axtarışa başladığı, lakin dəqiqliklə əmin olmadıqları aşağı və orta məqsəd mərhələləridir.

İnsanların səyahətə nə qədər hazır olduğundan asılı olmayaraq, biz marketinq kanallarımızı və medianı xüsusi strategiya ilə idarə etməliyik. Bununla da onlar səyahət etməyə qərar verdikləri anda seçimləri bizim şirkətdən yana olmalıdır. Düzgün zamanda və düzgün məkanda onların qarşısına çıxa bilsək, vaxtı gələndə onların ilk seçimi olmaq mümkün hala çevrilir.

2022-ci ildə ilk dəfə olaraq bəzi hədəf bazarlarımızda insanların kabel televiziyasından daha çox strim yayımına vaxt sərf etdiyini gördük. Dəyişiklik bir müddətdir proqnozlaşdırılırdı, lakin bu, artıq realdır. Qlobal miqyasda insanların sosial mediada keçirdikləri vaxtın miqdarı da keçən ilin bu vaxtından bir qədər artaraq, hazırda gündə 147 dəqiqə təşkil edir.

Bu, insanların onlayn məlumat əldə etməsinə, ünsiyyət qurmasına və özlərini necə ifadə etmələrinə təsir edir, buna görə də biz potensial müştərilərə necə və harada çatdığımızı diqqətlə düşünməliyik. Bu səbəbdən “YouTube” bizim üçün diqqət mərkəzinə çevrilib.

2. “YouTube” bir brendinq vasitəsindən daha artığıdır

YouTube tez-tez çatımlılıq və bir çox insanın reklamınızı görüb məhsulunuzu alacağına ümid etdiyiniz ənənəvi brend aləti kimi görünür. Lakin platformanın hədəfləmə seçimləri bundan daha çox dəyər təklif edir.

İstifadəçiləri, kreativləri və mesajlaşmanı hədəfləmək bizə gəliri (insanların diqqətini) artırmağa və müştərilərə lazımi anda və düzgün mesajla çatmağa imkan verir. Bu, həm də yerli kampaniyalarımız haqqında daha konkret olmağa imkan verir. 

Biz müştərilərə qalmaq üçün evdən daha çox xidmət təklif etdiyimizi göstərən “YouTube” reklamları yayımlayırıq – onlar bizdən uçuşlar, taksilər, avtomobil icarəsi və hətta attraksionlar üçün istifadə edə bilərlər. Bu, özümüzü ümumi bir səyahət markası kimi tanıtmağın bir hissəsidir. Məsələn Böyük Britaniyada insanlar tətil yerlərinə uçmağa meyllidirlər, Almaniyada isə onlar tez-tez maşın sürürlər və bu, onların hədəflənmiş “YouTube” reklamlarında hansı xidmətlərin göstərildiyini göstərir.

Marketinqin rolu sürəti çoxaltmaqdır. Lakin məhsul buna layiq olmalıdır – buna görə də bir CMO olaraq məhsul həmkarlarınızla “Hey, bunu düzəldə bilərikmi?” və ya "Bunu dəyişə bilərikmi?" demək üçün onlarla vaxt keçirmək yaxşı fikirdir. 

3. Marka dəyərinizə sadiq qalın

Bu yaxınlarda keçirdiyimiz “Booking.yeah” kampaniyamızda səyahətin sifariş edərkən ən maraqlı hissə olmadığını etiraf edirik, lakin biz insanlara tətillərini bron etməkdə və əyləncəli hissəyə keçməkdə kömək etmək istəyirik: təcrübə və kokteyldən həzz almaq, hovuz. Bu, səyahətinizi təşkil edərkən bizdən gələn töhfə - “yeah!” hissəsidir (red.Burada söhbət “Booking.yeah” kampaniyasının adına verilən referansdan gedir).

Bu kampaniya bizə insanları emosional şəkildə cəlb etməyə imkan verdi. Video mükəmməl idarəedici idi: kampaniya insanların pandemiya burulğanından uzaqlaşmağa başladığı dövrlərə təsadüf edir, ona görə təvazökar davranıb bu göstəricini yalnız özümüzlə əlaqələndirmirik. Həmçinin kampaniyada Idris Elbanın brend ambassadoru olması əsas məsələ idi, çünki o, “Booking.com”un dəyərlərinin ümumiləşmiş obrazıdır.

“Booking.yeah” kampaniyası bizim üçün “YouTube” ilə əməkdaşlıq çərçivəsində ən böyük iş oldu. Bu addım bizi səyahət sənayesində bəyənilən və əlçatan əsas lider etdi.

4. Televiziya reklamınızı götürüb “YouTube”a yapışdırmayın

“Booking”də biz hazırladığımız kreativin formata və hədəfə uyğun olmasına diqqət yetiririk. “Super Bowl”un olduğu həftə sonlarında “YouTube”da 67 reklamdan ən çox baxılan altıncı televiziya reklamı olduq.

Bu uğurun bir hissəsi reklamı planlaşdırarkən “YouTube”u da planın içərisinə daxil etməklə gəldi: biz “YouTube” kanalımıza televiziya reklamı yükləməkdənsə, 20 müxtəlif reklam formatını yaratdıq. 

Bu, bir çox marketoloqun etmədiyi addımdır. İdeyaların müxtəlif mediaya necə çevrildiyini nəzərə almaq daha yaxşıdır - beləliklə, yaradıcılığınızın formata və hədəfə uyğun olduğuna əmin ola bilərsiniz.

Bu məqama çatdıqda düzgün suallar verdiyinizdən əmin olun: Müştəriləriniz bu onlayn videoları necə izləyirlər? Videoları mobil telefonları vasitəsilə hansı zaman aralıqlarında izləyirlər? Cavablar sizə nə deyir? 

“Booking.yeah” kampaniyası göstərir ki, siz bu dataları və cavabları düzgün təhlil edə biləndə çox yaxşı nəticələr əldə edə bilərsiniz.

5. Özünüzə sual verin: “Biz neyləyirik?”

Etdiyimiz hər addımda bu sualı özümüzə verməliyik, çünki ciddi nəticələr görmək atdığımız addımların əsas səbəbidir. Davamlı dəyər yaratmağa təkan verən budur. Məsələn biz öz tətbiqimizdə müştəri səyahətindən başlayaraq əlilliyi olan insanlar üçün səyahəti asanlaşdırmaqda oynaya biləcəyimiz rolu araşdırırıq.

Bu diqqət vacibdir. Səyahət sənayesi, xüsusən də insanların səyahətə baxışı ilə bağlı müntəzəm olaraq dəyişə bilər. Biz çoxlu araşdırma aparırıq və bilirik ki, insanlar səyahət etməyi sevirlər. Hətta pandemiya bunu dəyişmədi, çünki daxili səyahətlərin getdikcə populyarlaşdığını gördük. Səyahət həmişə seçimdir – biz sadəcə hər kəsin bundan həzz almasını təmin etmək istəyirik.

Posted 
Oct 23, 2022
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All