GTA seriyasındakı ikonik zəncir restoranı “Cluckin Bell” real həyatda xidmət etməyə başladı.
ABŞ-ın San Dieqo şəhərindəki restoran təkcə adı ilə deyil, həm də işçilərin geyindiyi paltarlarla da oyundakına bənzəyir.

Oyunlardakı təfərrüatlara diqqət edən oyunçusunuzsa, "Cluckin Bell" adını eşitmiş olmalısınız. Bu ad oyunda olan bir "fast food" şəbəkəsidir.
GTA-da sarı toyuq kostyumu geyən “NPC”ləri xatırlayırsınız? Sarı paltarları ilə birbaşa oyunda diqqət çəkən personajlar indi əsl restoran işçilərinə çevriliblər.

Restoranlar şəbəkəsi “Cluckin Bell”i “GTA” seriyasının demək olar ki, bütün oyunlarında görürük. Əgər Grand Theft Auto: San Andreas, Grand Theft Auto: Liberty City Stories, Grand Theft Auto IV, Grand Theft Auto: Liberty City-dən epizodlar, Grand Theft Auto: Chinatown Wars, Grand Theft Auto V, Grand Theft oyunlarından birini oynamısınızsa siz bu restoranı 100% görmüsünüz.

Boy Worldwide adlı dizayner tərəfindən həyata keçirilən restoran layihəsi oyuna sadiq qalmaq istəyib. O, hətta burada oyuna daxil edilən Sprite-ın parodiyası olan Sprunk-u da satır.