Yaradıcılıq, texnologiyastartap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

Google: Proqramlar şəkillərinizə artıq asanlıqla daxil ola bilməyəcək!

The history of the Google logo - Keyweo

Android 13 ilə təqdim edilən şəkil seçici alət sayəsində “Google”proqramların yalnız istifadəçilər tərəfindən seçilmiş foto və videolara daxil olmasını təmin edəcək. Tətbiqlər artıq READ_MEDIA_IMAGES və READ_MEDIA_VIDEO kimi icazələrdən istifadə etmək üçün keçərli səbəb təqdim etməlidir.

"Google"un bu yeni siyasətinin tam tətbiqi üçün hədəf tarix 2025-ci ilin yanvarı olaraq müəyyən edilib. Başqa sözlə, proqram tərtibatçılarının bu qaydalara riayət etmək üçün müəyyən vaxtları var, lakin bu müddət başa çatdıqda köhnə sistemdə işləyən tətbiqlər üçün yeniləmə təsdiqləri çətinləşəcək.

iPad mini AI təkmilləşdirməsi ilə illər sonra geri dönür

The new iPad mini is shown in the new purple color.

Yeni iPad mini-də 8 GB RAM və A17 Pro prosessoru mövcuddur. Bu o deməkdir ki, cihazın gücü keçən ilki iPhone 15 Pro ilə eyni səviyyədədir. Bununla belə, "Apple Intelligence" cihazın oktyabrın 23-də satışa çıxarılmasından cəmi beş gün sonra aktivləşdiriləcək.

Belə ki, ilk mərhələdə süni intellekt imkanları bir qədər “sönük” ola bilər. Məsələn, ilkin olaraq yalnız bildiriş xülasələri kimi xüsusiyyətlər mövcud olacaq. Bu, “Google” və “OpenAI” kimi rəqiblərin təklif etdiyi AI xüsusiyyətlərindən geridə qalır.

“Intel” yeni qrafik yeniləməsi ilə performansı artırıb

Intel's Next-Generation 'Cascade Lake-X' HEDT CPUs Due in October

Yeni qrafik sürücüləri, həm inteqrə edilmiş qrafiklərdə, həm də “Arc Alchemist” kartlarında ciddi performans artışını təmin edir. “Lunar Lake iGPU”larında performans 24 %, “Arc Alchemist” kartlarında isə 20 %-ə qədər yüksəlir.

Təbii ki, bu yeniləmə təkcə performans artımı ilə bağlı deyil. “Intel” bəzi səhvləri də düzəldib. Məsələn, "Endurance Gaming" funksiyası ilə bağlı problemlər aradan qaldırılıb və "Final Fantasy XVI" və "3DMark Wildlife" kimi tətbiqlərdə performans təkmilləşdirmələri edilib.

“Xiaomi” öz 3 nm prosessorunu istehsal edib

Xiaomi starts production process of 3nm processor - XiaomiTime

Şirkət artıq yalnız smartfonları ilə deyil, həm də öz texnoloji avadanlıqları ilə diqqət çəkməyə hazırlaşır. 3 nm texnologiyası daha kiçik tranzistorlar vasitəsilə yüksək performans və aşağı enerji istehlakı təmin edir. Bu da cihazların həm daha güclü, həm də uzunmüddətli batareya ömrünə sahib olmasına şərait yaradır.

Ancaq bu yeni çipin flaqman smartfonlarında deyil, “Xiaomi”nin orta sinif telefonlarında və planşetlərində istifadə ediləcəyi gözlənilir.

“Samsung”un “Galaxy Z Fold Special Edition” dizaynı ortaya çıxıb

Samsung'un uzun zamandır merakla beklenen telefonu Samsung Galaxy Z Fold Special Edition canlı olarak görüntülendi.

Avqust ayında təqdim edilən “Samsung Galaxy Z Fold 6”dan sonra şirkət yeni xüsusi qatlana bilən telefon üzərində işləməyə başladı. Şirkətin daha öncə qatlana bilən smartfonunu “Galaxy Z Fold Special Edition” adlandırdığı təsdiqlənmişdi. Xüsusi versiya olacaq bu telefon xüsusi incəliyi ilə də diqqət çəkir.

Məlumata görə, telefonun Çin bazarına "Samsung Galaxy W25" adı ilə çıxacağı gözlənilir. Qatlana bilən smartfonun Çindən kənar bazarlarda isə "Samsung Galaxy Z Fold Special Edition" adlandırılacağı güman edilir.

Posted 
Oct 21, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All