Evdən işləyənlərin bir çoxu bildirir ki, onlar işləməyə davam edirlər. Eyni zamanda obyektiv araşdırmaların bir çoxu bunu təsdiqləyir. Lakin menecer və direktorların bir çoxu evdən işləyən işçilərin həqiqətən işləmədiyindən narahatdır.
“Microsoft” tərəfindən təqdim edilən yeni araşdırmada deyilir ki, ofis işçilərinin təxminən 90 faizi işdə məhsuldar olduqlarını bildirib və obyektiv tədbirlər - iş saatlarının artırılması, keçirilən görüşlər, tamamlanan işlərin miqdarı və keyfiyyəti - bunları sübut edir. Eyni zamanda direktorların 85 faizi qeyd edib ki, hibrid iş rejimində işləyənlərin məhsuldar olmağına inanmaqları gəlmir.
Bu qeyri-müəyyənlik, yaxınlaşan böhran təhlükəsi və bir çox şirkətin ofisdə işləmək mədəniyyətinə qayıtması ilə işçiləri daha çox işlədiklərini sübut etməyə məcbur edir. Amma onlar, əslində, işləmirlər. Əksinə bəzilərinin “məhsuldarlıq teatrı” adlandırdıqları şeyi edirlər.
Məhsuldarlıq teatrı işçilərin “Microsoft Teams”də kompüterin siçanını tərpədərək özlərini onlayn göstərməyə çalışmaları, yaxud “Slack”dəki statuslarını yalandan dəyişmələridir. Onlar iş yoldaşı ilə salamlaşır, sağollaşır, mövcud olan yazışma kanallarının arasında gəzərək vaxtlarını söhbətləşərək öldürür.
Onlar menecerləri ilə söhbərləşir, yaxud da ən bəsitindən hər kəsə hansı iş üzərində işlədikləri barədə danışırlar. Hətta bəzən özlərini sübut etməyə o qədər məcbur hiss edirlər ki, qoşulmamalı olduqları video görüşlərə belə qoşulur, gələn maillərə axşam da olsa cavab verirlər.
Ofisdə olarkən bəzən məsuliyyətli görünmək istəyənlər işə tez gəlib gec çıxırlar. Bəzən kolleqalar nə qədər iş görməklərindən asılı olmayaraq nə qədər yorulduqlarını və işləməyə davam edəcəklərini göstərmək üçün kofe almağa gedirlər. “Seinfeld” sitkomunun obrazlarından Corc işdə krassvord həll edəndə həmişə çox əsəbi və gərgin görünür ki, müdiri onun işlədiyini zənn etsin.
Uzaqdan iş mədəniyyəti və menecerlərin bu rahatlıqda neqativlik axtarması səbəbilə vəziyyət dünyada daha da gərginləşir. “Quiet quitting“ (səssiz işdən çıxmaq mənasına gələn bu termin işin insanın həyatını ələ keçirməli olduğu və işçilərin iş təsvirlərində nəzərdə tutulduğundan çox və əlavə işləməli olduğu fikrini rədd etmək üçün istifadə olunur) adlanan yeni terminin həyatımıza və məşhur saytların başlıqlarına daxil olduğundan bəri menecerlər bəzən hibrid iş rejimini işçilərin üzərində qoyduqları ağır işdən daha az performans göstərilməsi kimi qiymətləndirirlər.
Təcrübə idarəetmə şirkəti “Qualtrics”in dərc olunmamış avqust məlumatlarına görə, işçilərin təxminən üçdə biri iş nailiyyətlərindən asılı olmayaraq, bir il əvvələ nisbətən müdiriyyət qarşısında yaxşı görünmək üçün indi daha çox təzyiq hiss etdiklərini söyləyib.
Bu məhsuldarlıq teatrını kim idarə edir? İşçilər və işəgötürənlər, lakin əsasən işəgötürənlər. İşçilər özlərini evdən işləmək imtiyazını gərəyincə ödədikləri kimi hiss edirlər və qarşıdan gələn böhran dövründə işdən çıxarılmaq istəmirlər. Rəhbərlər ofisdaxili işə üstünlük verdiklərini bildirirlər. Bunu tələb edir, bəzi uzaqdan işləyən işçiləri görməzdən gəlir və digərlərini həddən artıq yükləyirlər.
Uzaqdan işin məhsuldarlığı azaltmadığı hamıya məlumdur. Müzakirə üçün daha açıq olan, insanların evdən xüsusilə əməkdaşlıq və ya yaradıcı olmaları və ya çox iş görmələridir. İşçilərin işlədiklərini göstərmək üçün əlavə vaxt sərf etdikləri bir mühit yaratmaq heç nəyə kömək etmir.