FCB Artgroup Baku agentliyinin direktoru Ersel Serdarlı Azərbaycanın tarixi, yaradıcılığı və inkişafı mövzusunda öz fikirlərini bölüşüb.

Sizcə Qobustandakı tarixi divar rəsmlərinin orada olması təsadüfdür? Şirvan xalçalarının, Şəki şəbəkə sənətinin naxışları təsadüfən ortaya çıxıb?

Füzuli, Nizami, Nəsimi, Müşfiq ya da Cavadın qələminin mürəkkəbi niyə tükənməyib? Muğamdan başlayıb Əmirov, Mustafazadə, Qarayevlə göyə ucalan səslər təsadüfən bir araya gəlmişdi?


Sualları bilərəkdən çoxaltdım, amma səbrinizi tükətməmək üçün siyahını uzatmıram. Mənə elə gəlir ki, bütün bunlar təsadüf deyil. Bir işıq, bir miras və gələcək ilə əlaqəli bir kompas olduğu başa düşüləndir. Azərbaycan təkcə enerjisi və ticarəti ilə deyil, həm də bir çox sənət və yaradıcılıq sahələrində tarix boyu sivilizasiyanın şərq işığı olmuşdur.
.jpeg)
İllər ərzində digər ölkələrin mənimsəməyə çalışdığı dəyərlərimizi qorumaqla Azərbaycanı növbəti illərdə yaradıcı sənaye və təsviri sənət sahəsində dünya arenasında ən yüksək pillələrə çıxarmaq bizim məqsədimiz olmalıdır. Bu gün gənc istedadların və yaradıcı sahədə çalışan şirkətlərin qlobal uğura doğru istiqamətləndirilməsi üçün səbirlə dəstəklənməyə və motivasiyaya ehtiyacları var. Bu məqsədə çatmaq üçün dəyərli Azərbaycan brendlərinin yaradıcı sənayelərə və hər sahədən olan yaradıcı istedadlara lazımi dəstəyi verməsi böyük əhəmiyyət kəsb edir. Beləliklə, Azərbaycanı yaradıcı sahədə də regionun mərkəzi və dünyaya yaydığı yaradıcı enerji ilə o sahədə parlayan ölkələrdən birinə çevirə bilərik.

İşıq şərqdən yüksəlir və o işıq Azərbaycandadır.
Daha çox
Yaradıcılıq
kateqoriyasından
View All