slində Amerikan futbolu mədəniyyəti Avropada, Türkiyədə və ölkəmizdə yoxdur. Hətta ABŞ-da belə Super Bowl finalını yalnız matçlar arasındakı reklamlar üçün izləyənlər belə var.
30 saniyəlik reklam yerinin 5.5 milyon dollar dəyərində olduğunu açıqlayıb. Dünyanın ən böyük reklamçıları həmişə “Super Bowl”a qatılıb, lakin bu il Budweiser və Coca-Cola kimi nəhənglər COVID-19-un yaratdığı problemlərdən sonra reklam verməkdən imtina edib.
Əlbəttə ki, bu il də bir-birindən kreativ və sərhədləri aşan işlər izlədik. Bu da baxmağa dəyər Super Bowl reklamları:
1. Toyota: Jessica Long’s Story
Toyota bu il ilhamverici bir hekayədən yola çıxıb və yeni filmində üzgüçülük üzrə 13 dəfə paralimpiya qızıl medalı qazanan Jessica Long-dan istifadə edib. Uşaq yaşlarından övladlığa götürülən Jessica ayaqlarının amputasiya olunmasına baxmayaraq heç vaxt xəyallarından əl çəkməyib və dünyaca məşhur bir üzgüçü olub.
Filmin sonunda da güclü bir mesaj verilir:
“İnanırıq ki, hər kəsin içində ümid və gün var.”
Hər nə olsa da, xəyallarımızdan əl çəkməməli, sonuna qədər getməyi öyrənməliyik.
2. $1 Million Bottle-Counting Contest
Mountain Dew bu il sərhədləri aşaraq çox maraqlı və istehlakçını “Twitter”də hərəkətə keçirən riskli bir işə imza atdı. Mountain Dew “Twitter”də qarpız ətirli məhsulu “Major Melon”un təqdim filmindəki məhsul sayını doğru bilən ilk şəxsə 1 milyon dollar verdi.
3. Amazon’s Sexy Alexa
Son illərdə Amazon tərəfindən hazırlanan Super Bowl reklamları daha çox diqqət çəkir. Bu il məşhur aktyor Michael B. Jordan-ın seksuallığından istifadə edərək “Alexa”nın zərif dizaynına diqqət çəkirlər. Videonun 12-ci saniyəsində “Amazon Prime”da yayımlanacaq Jordan-ın “Without Remorse” adlı yeni serialının da mini bir tanıtım filmini nümayiş etdirirlər.