İ

lk baxışdan, bu, “Samsung” və “Tesla” arasındakı potensial tərəfdaşlığa işarədir. Baş tutan görüşdə avtonom avtomobillər üçün çiplərin, o cümlədən, informasiya texnologiyaları ilə bağlı yeni texnologiyaların təkmilləşdirilməsi müzakirə olunub. Müşahidələr onu deyir ki, son görüş hər iki şirkətin avtomobil çipləri sənayesində birgə işləmək potensialını əhəmiyyətli dərəcədə artırıb.

Samsung's Lee Jae-yong meets Tesla's Elon Musk to talk tech

Yeri gəlmişkən, avtomobil çipləri bazarının 2028-ci ilədək 700 milyard dollara çatacağı gözlənilir. Bildirilir ki, “Samsung” lideri digər texnologiya rəhbərləri, o cümlədən “Microsoft”dan Satya Nadella və “Google”dan Sundar Pichai ilə də görüş keçirib.

Apple M3 Pro çipi haqqında ilk məlumatlar yayılıb

Apple M3 Max Rumored to Use 3nm Design With Up to 40 Cores | Digital Trends

“M3 Pro” çipli MacBook Pro modeli sınaqdan keçirilir. MacOS 14 ilə gələcək yeni MacBook Pro-lar 12 nüvəli CPU-ya, 18 nüvəli GPU-ya və 36 GB yaddaşa malik olacaq. “Apple”, M3 çipini M3 ProM3 Max-dan əvvəl təqdim etməyi planlaşdırır. Yanvar ayında 14 düymlük16 düymlük “MacBook Pro” modelləri təqdim edildiyi üçün “M3 Pro” ilə yenilənmiş yeni modellərin 2024-cü ildən tez gəlməsi çətin görünür. M3 çipli ilk iMac, MacBook Air və MacBook Pro modellərinin bu ilin sonunda, çox güman ki, gələn ilin əvvəlində buraxılacağı şübhəsizdir. Yeri gəlmişkən, bəlkə də bu yay “WWDC23” tədbirində M2 çipli 15 düymlük MacBook Air modelini görə bilərik.

“ChatGPT” premium istifadəçilər üçün yeni özəlliklərini elan edib

ChatGPT Pro: What is it and who should pay a premium for the popular AI  tool? | Technology News,The Indian Express

Üstünlüklərdən biri 70-ə yaxın 3-cü tərəf “plug-in”lərindən istifadə edə bilməkdir. Məlumatların vizuallaşdırılması, veb-sayt məzmununun təhlili və dil öyrənmə yardımı kimi bir çox fərqli funksiya bu “plug-in”lərə daxildir. İstifadəçilər istədikləri qədər əlavələr quraşdıra bilsələr də, eyni anda onlardan yalnız 3-dən istifadə edə biləcəklər. Digər üstünlüyü “ChatGPT” robotunun internetə daxil ola bilməsidir. Üçüncü tərəf plaginləri ilə birləşdirildikdə, istifadəçilər bir çox fərqli funksiyaları aşkar edə biləcəklər. “OpenAI”-ın gələcəkdə premium müştərilərə daha çox funksiya təqdim edəcəyi gözlənilir.

Samsung Galaxy S23 Ultra Limited Edition təqdim olunub

Samsung announced 'Galaxy S23 Ultra Limited Edition', which you can't buy

“Samsung”, S23 Ultra, Watch5 44mm və 15W yükləmə cihazı ilə “Samsung Galaxy S23 Ultra Limited Edition” adlı paketini tanıdıb. Bu paketi xüsusi edən onun qiymətidir. Paketdə olan məhsulları ayrıca alsanız, 1755 dollar xərcləyəcəksiniz, lakin bu paketlə qiymət 1365 dollar edir. Galaxy S23 Ultra-nın texniki xüsusiyyətləri arasında “Snapdragon 8 Gen 2” çipseti diqqət çəkir. Bu çipə 120Hz yeniləmə tezliyi ilə 6,8 düymlük QHD+ displey əlavə olunub. Arxa kamera qurğusunda 200 meqapiksellik ISOCELL HP2 sensoru var. Bu sensoru isə 12 meqapiksellik ultrageniş bucaqlı, 10 MP 3x telefoto, 10 MP 10x telefoto kameralar müşayiət edir. Satışlara 31 maydan etibarən başlanılacağı qeyd olunub.

Tayvanda “AI” ilə yaradılmış “Allah göydən baxır” texnologiyası

Tayvanın Yeni Taypey şəhəri zibil problemini həll etmək üçün “Tanrı”dan və süni intellektin gücündən istifadə edib. Çoxlarımız bəlkə bilər ki, Tayvanda zibil atmaq əsl mübarizədir. Belə ki, zibili atmaq istəyənlər gündə yalnız 1 dəfə keçən zibil maşınını gözləməlidirlər. Bu maşına çata bilmədikdə isə ya zibillərini geriyə, evə aparırlar, ya da gizlincə küçəyə qoyurlar. Küçədə qalan zibil öz növbəsində ekologiyaya və sağlamlığa ciddi təhlükə yaradır. Ölkədə zibilin küçələrə atılması qanunla qadağandır və bunun üçün cəza da tətbiq olunur. Lakin, görünür, bu son variant deyil.

Don't Litter in Taiwan - God is Watching

Zibil atma problemini həll etmək istəyən “BaoXing”, “Leo Burnett”in Tayvan qolu və “Digitas Taiwan” ilə əməkdaşlıq edərək maraqlı bir işə imza atıb. Tayvanın Yeni Taypey şəhəri süni intellektlə işləyən “Tullantı Tanrısı” yaratmaqla küçələrə atılan zibil problemini bu yaradıcı layihə ilə həll edə biliblər. “GOD-IS-WATCHING” adlı müşahidə detektoru Tayvanda hər kəsin çox hörmət etdiyi bir tanrı olan Torpaq Tanrısı Tudigong-a əsaslanır. O, “Tullantı Tanrısı” holoqramı ilə insanlara zibillərini qanunsuz olaraq küçələrdə qoymamağı xatırladır. 3 aylıq pilot proqramda sınaqdan keçirilmiş süni intellektlə işləyən bu texnologiya sayəsində küçələrə atılan tullantılar 73 % azalıb. Şəhər rəsmiləri gələcəkdə bu texnologiyanı Yeni Taypey şəhərinin digər məhəllələrində də quraşdırmağı planlaşdırırlar.

Oppo-nun Avropadakı planları suya düşməyə davam edir

Oppo and OnePlus phones banned in Germany: Why, what next and more - Times  of India

“Nokia” ilə patent mübahisəsinə görə “Oppo” və “OnePlus”ın Avropa bazarından çəkiləcəyi ilə bağlı müxtəlif iddialar yayılmışdı. Bu gün də bu qeyri-müəyyənlik davam edərkən, “Oppo” səssizcə Almaniyadakı veb-saytını bağlayıb. Hazırda saytda yalnız Oppo və UEFA tərəfdaşlığından ibarət fotoşəkillər yer alır. Oppo, xüsusilə Avropada çətin bir dövr yaşayır, deyə bilərik. Almaniyada telefon satışı təxminən 1 ildir ki, dayandırılıb və şirkətin saytında Almaniya ilə bağlı olan cihazlar siyahıdan çıxarılıb.

Nokia wins dispute, bans OPPO/OnePlus in Germany | Nokiamob

Bilməyənlər üçün deyək ki, “Oppo” həm də keçən həftə çip təkmilləşdirmə işini dayandırmışdı. Bu isə Oppo-nun öz prosessor bölməsini qurması ilə bağlı idi. “Zeku” adlı layihə üçün minlərlə mühəndisi işə götürən “Oppo”, 2024-cü ildə bu bölmənin ilk prosessorundan istifadə etməyi planlaşdırırdı. Ancaq deyəsən, Çin istehsalçısı bu arzusunu da reallaşdıra bilməyəcək.

Gmail-ə gələn yeni funksiya ilə imeyl yazmaq iki vur iki olacaq

“Google” CEO-su Sundar Pichai “Google I/O 2023” tədbirinin əsas çıxışında Google Maps yeniləmələrindən tutmuş, “Project Starline”adək müxtəlif mövzulardan və elanlardan bəhs etmişdi. Gmail-ə gəldikdə isə süni intellektin inkişafı sayəsində 2017-ci ildə “Smart Reply” və 2018-ci ildə “Smart Compose” kimi həllər bu sahədə ilk addımlar idi. Bu il Google, bir düyməni basmaqla tam e-poçt cavabları yaratmağa imkan verən ən yeni, süni intellektə əsaslanan xüsusiyyətinin təqdimatını keçirib. Bununla da “Help me write” adlı yeni özəlliyin təqdimatı 2 milyarda yaxın Gmail istifadəçisinin diqqətini çəkib. Bu funksiya əvvəlki ağıllı imkanları daha da genişləndirərək istifadəçilərə bir kliklə bütün mesajı tərtib etməyə və təfərrüatlandırmağa imkan verir.

Google branding generative AI in Gmail, Workspace as 'Duet AI'

“Google” tərtibatçıları bu texnologiyanı sadə, təkrarlanan mesajlara/cavablara, adi suallara və sairə sərf etdiyiniz vaxtı minimuma endirmək üçün hazırlayıb.

Workspace, Slides və Sheets də “AI”ya qovuşdu

Bu yaxınlarda dərc edilmiş bloq yazısında bu yeni e-poçt funksionallığından, Google-un Workspace üçün yeni “Duet AI” özəlliyindən və süni intellektlə işləyən digər yazma vasitələrindən bəhs olunmuşdu. “Help me write” funksiyasının e-poçt yazma imkanlarına bənzər yeni “Workspace” alətlər dəsti istifadəçilərə vizuallar vasitəsilə məzmun yaratmağa kömək edən və süni intellektə əsaslanan imkanlar təklif edir.
“Sheets” istifadəçiləri də həmçinin məlumat mərkəzli tapşırıqlarını sadələşdirmək üçün Google-un süni intellektindən istifadə edə biləcəklər. “Duet AI”ın yeni “Help Me Organize” funksiyası eyni operativ əsaslı annotasiya funksiyasından istifadə edərək tapşırıqları və layihələri izləmək üçün avtomatik fərdi planlar yaratmağa dəstək olacaq.

Posted 
May 15, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All