lon Musk “Microsoft”u Twitter məlumatlarından istifadə etdiyinə görə ittiham edib. “Microsoft”un reklam platforması bildirib ki, keçən ay Musk-ın Twitter API-ları üçün tələb etdiyi ödənişlərə görə daha Twitteri-i dəstəkləmirik. Bundan sonra isə Musk “Onlar AI təlimi üçün məlumatlarımızdan qeyri-qanuni istifadə ediblər. Məhkəmə vaxtıdır”, - deyə tvit atmışdı. Bunun üzərindən onun şəxsi vəkili Alex Spiro “Twitter” adından Microsoft-un baş direktoru Satya Nadella-ya məktub göndərərək, Microsoft-u Twitter-in tərtibatçı müqaviləsini pozmaqda günahlandırıb. Bu ittihamlara hələ cavab verməyən Microsoft, Xbox, Bing və reklam alətləri də daxil olmaqla, müxtəlif məhsullarında Twitter API-larından istifadə edirdi, lakin Twitter API-a pulsuz girişi dayandırdıqdan sonra bu istifadəyə də son qoyulub.
“Blue” abunəçiləri Twitter-də 2 saatadək videolar yükləyə biləcəklər
Xatırlayırsınızsa, ödənişli abunə sistemi olan “Twitter Blue” ötən aylarda istifadəyə verilmişdi. Qiymətləri bilmək istəsəniz, bu linkə keçid edə bilərsiniz.
Bu gün şirkət “Blue”dan yararlanan istifadəçilər üçün yenilik gətirib. Nəhəng sosial media platforması indi “Blue” abunəçilərinə platformaya 2 saatlıq video yükləməyə icazə verir. Buna qədər limit 1 saat idi. “Twitter”, həmçinin ödənişli abunəçilər üçün videofayl ölçüsünün limitini 2 GB-dan 8 GB-dək artırıb. Əvvəl uzun videoların yüklənməsi yalnız veb üzərindən mümkün idi. İndi bu, iOS-da da mümkündür. Keyfiyyətə gəldikdə isə göstərici 1080p olaraq qalır.
Alman avtomobil nəhəngi “Volkswagen” Çində HarmonyOS-dən istifadə edəcək
“Huawei has only been able to partner with local Chinese brands, many of them with fewer sales, but if they can secure a partnership with a major foreign [carmaker], it legitimizes the tech and brand.”
“Volkswagen” və “Huawei” arasında çox vacib bir müqavilə imzalanıb. İddialara görə, “Huawei”in öz əməliyyat sistemi olan HarmonyOS Volkswagen avtomobillərində yer alacaq. “Volkswagen”in HarmonyOS-dən istifadə etmək qərarı bir neçə amillə bağlıdır. Birincisi, Çinli istifadəçilər yerli texnologiyalara daha çox maraq göstərərək HarmonyOS-i dəstəkləyirlər. Bundan əlavə, Volkswagen, xüsusilə elektrik avtomobil modelləri üçün rəqabətədavamlı proqram həlləri hazırlamaqda iddialıdır. Buna görə də o, 3-cü tərəf interfeysindən istifadə etmək istəyir. Avropada satılan avtomobillərdə isə hələ ki, “Android Auto”dan istifadə olunacaq.
Beləliklə, bu, həm “Huawei”in əməliyyat sisteminə tələbatı artıracaq, həm də “HarmonyOS”i Android-ə daha güclü rəqib edəcək.
Apple-dan öz işçilərinə süni intellektdən istifadə qadağası
“Apple” işçilərinin korporativ mühitdə “ChatGPT”, “Google Bard” kimi məhsuldar “AI” sistemlərindən istifadə etməsini istəmir. Bunun üçün şirkətdaxili xəbərdarlıq edən və prosesi qadağan edən texnologiya nəhəngi, bu sistemlərin istifadəçilərin araşdırılması barədə öyrədildiyini və bu çərçivədə rəqibləri kimi gizli şirkət məlumatlarının, kodlarının başqasına göndərilməsini istəmədiyini deyib. Məlumatlara görə, Apple öz işçilərinə Microsoft-un “GitHub Copilot” sistemindən istifadə etməyi də qadağan edib. Sözügedən qadağa ilə bağlı Samsung-un da bu yaxınlarda oxşar tədbiri olmuşdu. Həmin xəbəri oxumaq üçün bu linkə keçid edə bilərsiniz.
iOS 16.5 və iPadOS 16.5 yeniləmələri yayımlanıb
“Apple” tərəfindən sentyabr ayında yayımlanan iOS 16 və iPadOS 16 əməliyyat sistemlərinin 5-ci yeniləməsi, iOS 16.5 və iPadOS 16.5 yeniləmələri istifadəçilərə təqdim edilib. iOS 16.5 yeni emoji, Safari Web Push-Notifications və daha çoxunu təqdim edən iOS 16.4 yeniləməsinin yayımlanmasından 1 ay sonra bu gündən istifadədədir.
iOS 16.5-dəki yeniləmələr:
- “Lock Screen” üçün LGBTQ+ icması və mədəniyyətinə xitab edən yeni “Pride Celebration” divar kağızı;
- “Spotlight” bug-ı həll olundu;
- CarPlay-də “Podcast” tətbiqinin məzmunu yükləməməsi problemi aradan qalxıb;
- “Screen time” parametrlərinin bütün cihazlarda sıfırlanması və ya sinxronizasiya edilməməsi problemi həll olunub.
iPadOS 16.5-dəki yeniləmələr:
- Spotlight bug-ı həll olundu;
- “Screen time” parametrlərinin bütün cihazlarda sıfırlanması və ya sinxronizasiya edilməməsi problemi həll olunub.
Dünyanın ilk AR kompüteri. Ekranları yalnız özünüz görəcəksiniz
Artırılmış reallıq (AR) texnologiyaları hər keçən gün populyarlaşmağa davam edir. Zamanla bir çox texnologiya şirkətlərinin bu sahədə yeni məhsullarını da görürük. İsrail mərkəzli “Sightful” şirkəti gələcəkdə tez-tez rastlaşa biləcəyimiz bir məhsulu tanıdıb. “Spacetop” adlanan cihaz ekranı olmayan notbukdur. Şirkət Spacetop-u dünyanın ilk AR notbuku kimi qələmə verir. Ekransız olan “Spacetop”, NReal əlavə reallıq eynəkləri və klaviatura ilə birlikdə gəlir. Cihaz, ümumilikdə, 100 düymlük virtual ekranlarla fiziki ekranlara olan ehtiyacı tamamilə aradan qaldırır. Eynək ekranları harada olmasından asılı olmayaraq birbaşa istifadəçinin qarşısına çıxarır. Bu ekranlar digər insanlara görünmür.
Spacetop Snapdragon 865 prosessoru və Adreno 650 GPU ilə təchiz olunub. Cihazda 8 GB RAM və 256 GB yaddaş mövcuddur. Bu xüsusiyyətlər cihazı həm də AR eynəklərini dəstəkləyən bəzi telefonlarla eyni sinifə qoyur. "Spacetop" hələlik məhdud sayda, 1000 ədəd olacaq. Cihazın qiyməti və nə vaxt daha geniş şəkildə təqdim olunacağı barədə məlumat yoxdur.
Əfsanəvi “Mortal Kombat” oyunu qayıtdı!
“Mortal Kombat 1”in yayımlanması tez bir zamanda sosial mediada qaynar mövzuya çevrilib. Sentyabrın 19-dan sonra istehsal PlayStation 5, Xbox Series X/S, Nintendo Switch və PC-də yayımlanmağa başlayacaq. Oyunun “Mortal Kombat 11”in Aftermath DLC hekayəsindən başlayacağı bildirilir. Treyler isə kifayət qədər maraqlı alınıb. Video Liu Kang-ın Shang Tsung-u fatality etməsi ilə sona çatır. Oyun haqqında əslində bir müddət əvvəl Warner Bros. mənfəət hesabatında açıqlama verilmişdi. Oyunun saytındakı bir detal da maraq doğurub. “Kameo Fighters” adlanan bir sıra personajlar əsas döyüşçü siyahısından ayrı olacaq və bu günə qədər görünməmiş döyüş texnikaları ilə aşkar fərqlənəcək.