"

Google” imeyl yazan “Help Me Write” proqramını “Android”“iOS”larda yayımlayıb. “Workspace Labs”in bir hissəsi olan süni intellekt aləti keçən ay “Google I/O 2023”də elan edilmişdi və “Gmail”in veb versiyasında işlək idi. “Android” və “iOS”a yeni gələn bu süni intellekt“Gmail”in desktop versiyasında olduğu kimi çalışır. Süni intellektə təbii şəkildə əmrlər verirsiniz və alət sizin üçün bu əmrlərə uyğun draft-lar hazırlayır.

Google Announces New AI Powered Help Me Write Feature For Gmail And Doc  Users; Here's How To Use It

“Spotify” məlumat məxfiliyi qaydalarını pozduğuna görə 5,4 milyon dollar cərimələnib

Spotify Renews Global Licensing Deal With Warner Music - Variety

“Spotify” 2018-ci ildə qüvvəyə minən AB-nin Ümumi Dataların Qorunması Qaydalarını (GDPR) pozduğuna görə İsveç Data Mühafizəsi Təşkilatı (IMY) tərəfindən 5,4 milyon dollar cərimələnib. Audit yoxlamaları zamanı aşkar edilən çatışmazlıqlar ciddi olmasa da, “Spotify”nin dövriyyəsini və qeydiyyatdan keçmiş istifadəçilərinin sayını nəzərə alaraq, cərimə qüvvədə saxlanılıb.

“Toyota” iddialıdır: “Yeni elektromobillərdə hədəf 1000 km-dir”

Toyota Mirai Covers 1,000 Km in a Single Fill of Hydrogen Fuel, Creates  Record: Watch Video

Elektromobillərin qət edə biləcəyi məsafə ildən ilə çoxalır. “Mercedes”, “BMW”“Tesla” markaları artıq 500 km və daha çox məsafəni söz verirlər. Bu siyahıda “Toyota” markası da yer alır. Onların fikrincə, şirkət hədəfinə “növbəti nəsil akkumulyatorlar və sonic texnologiyasının inteqrasiyası” ilə nail olacaq. Bundan əlavə, şirkət 2026-cı ildə yalnız elektromobillər istehsal etməyi planlaşdırır.

Gözləntiləri doğrultdu:“Xiaomi” elektromobili test-drayvlara başlayıb

Elektromobil bazarına yeni fəlsəfə ilə daxil olan “Xiaomi” son zamanlar sayını artırdığı test-drayvlardan bəzi fotoşəkilləri yayımlayıb. Sınaq mərhələsində spekulyasiyaya yol verməmək üçün avtomobili kamuflyajla örtən “Xiaomi” kifayət qədər həyəcan yarada bilib. İlk elektromobil “Xiaomi MS11”in 2024-cü ildə təqdim edəcəyini açıqlayan şirkət dayanıqlı nəqliyyat vasitələri istehsal etmək məqsədi ilə test-drayvları növbəti ildə də davam etdirəcək.

“Samsung Galaxy Watch 6” yeni “Exynos”la gələcək

“Samsung” yeni prosessorlu “Galaxy Watch 6”nı təqdim etməyə hazırlaşır. Şirkətin “Galaxy Watch 4”“Galaxy Watch 5”“Exynos W920” istifadə edirdi. Yeni modellə isə “Exynos W930”a keçid olunacağı bilinib. Daha əvvəl “W980” kimi bilinən prosessorun “Galaxy Watch 6” seriyasına təxminən 10 % daha çox performans vəd edəcəyi gözlənilir. Şirkət, yəqin ki, iyulda yeni flaqman smartfonları ilə birlikdə “Galaxy Watch 6” və “Watch 6 Classic”i təqdim edəcək.

“SpaceX”dən tarixi uğur: 200-cü eniş baş tutdu!

Şirkətin veb-saytdakı açıqlamasına görə, bu, raket gücləndiricisi üçün 9-cu, “SpaceX” üçün isə 200-cü uçuş və eniş idi. “SpaceX” bu günədək cəmi 239 uçuş həyata keçirib. Raketlər yenidən 173 dəfə istifadə edilib. Şirkət öz raketləri ilə davamlı olaraq başqa ölkələrin peyklərini, nəqliyyat vasitələrini və ya astronavtları orbitə aparmaqla yanaşı, vaxtaşırı öz raketləri ilə də “Starlink” peyklərini orbitə çıxarır. Hazırda orbitdə 4400-dən çox“Starlink” peyki var.

Posted 
Jun 15, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All