izayn sahəsi inkişafdadır - Azərbaycanda hər ay onlarla yeni dizayner portfoliosu qoltuğunda ofislərə baş çəkir, iş axtarır. Korporativ mühitdə kreativliyini itirmək, biliklərini unutmaq istəməyən dizaynerlər üçün 5 oyun tövsiyəsi veririk! Həm tipoqrafiya biliyinizi yoxlayın, həm də siçanınızla nə qədər yaxşı dost olduğunuzu yoxlayın.
Pixact.ly

Piksellərdən nə qədər başınınız çıxır? Nə qədər diqqətlisiniz? Ölçülərlə probleminiz var, yoxsa bu iş sizin üçün yaranıb? Gəlin yoxlayıb öyrənək.
Pixact.ly saytına daxil olub oynamağa başlaya bilərsiniz.
Shapetype

Şriftlərdə xırda detalları belə iti baxışı ilə seçə bilən dizaynerlər, sizin üçün fürsət var. Hər yeni oyun başladıqda qarşınıza çıxan 10 nümunədə şriftləri düzəltməlisiniz.
Kerntype

Tipoqrafiya sevdalıları üçün növbəti oyunumuz “Kerntype”dır. Sizə təqdim edilən şrift nümunələrində hərflər arasındakı məsafələrdə səhvləri tapmalısınız.
The Bezier Game

Siçanınız və ekranınız ilə “Pen tool” ilə bacarıqlarınızı inkişaf etdirmək şansı əldə edirsiniz.
I shot the serif
Bob Marleyin məşhur “I shot the sheriff” mahnısına salam göndərən bu oyunda Serif fontlarını hədəfləyib vurmalısınız.
Mənbə: Logomotivations