isney” real həyatda istifadə olunacaq fosfor-işıq qılınclarını hazır edib
“Disney” studiyasının “South by Southwest” film festivalında, nümayişi zamanı birdən səhnədə fosfor-işıq qılıncının görünməsi təəccüb doğurub. Bu zaman zalda əyləşən “Star Wars” (Ulduz müharibələri) pərəstişkarları bunu çox maraqla qarşılayıblar. “Disney” parkının sədri Coş D'Amaro səhnədə olarkən əlində tutduğu fosfor- işıq qılıncının yan tərəfindəki düyməni vurub və qılıncdan parlaq mavi bir şüa çıxıb. Bunun necə edildiyini anlamağa çalışarkən hamı çaş-baş qalıb. “Disney Imagineering”in sədri Leslie Evans tədbirdəki insanlara bunun çox çətin bir layihə olduğunu söyləyib, lakin necə həyata keçirildiyi barədə heç bir məlumat verməyib.
"Meta" “NFT”ləri rəfə qoydu
“Meta” yaradıcıları insanları və onların bizneslərini dəstəkləməyə daha çox diqqət yetirmək üçün müvəqəqqəti olaraq rəqəmsal kolleksiyaların (NFTs) fəaliyyətini dayandırdıqlarını açıqladı. “Meta”da Ticarət və “FinTech”ə rəhbərlik edən Stephane Kasriel bu barədə bir sıra tvitlər paylaşıb.
“Bitcoin”in dəyəri artır
Buna səbəb bank səhmlərinin aşağı düşməsidir. “NASDAQ” bank indeksinin 8 % azalması, “Bitcoin”ə düşərli olub. Belə ki, adı çəkilən kriptovalyutanın dəyəri gün ərzində 20 % artıb. Ümumilikdə isə qlobal kriptovalyuta bazarının dəyəri son 24 saatda 10 %-dən çox artaraq, 1 trilyon dolları keçib.
Robot “hüquqşünasın” işi məhkəməyə düşüb
Dünyanın ilk robot hüquqşünası etdiyi fırıldağa görə məhkəməyə verildi. Onun ilk məhkəməsi elə sonuncu ola bilər. “DoNotPay” tərəfindən hazırlanan hüquqşünas fırıldaqçılıq iddialarına görə məhkəməyə verilib. "Dünyanın ilk robot hüquqşünası" olaraq işə salınan və 150-dən çox mövzuda məsləhət xidmətləri göstərən süni intellekt robotu, son aylarda həm ABŞ-ın, həm də dünyanın gündəmində olub. “DoNotPay” yəni təmənnasız xidmət göstərən bu süni intellekt robotu fevralın 22-də ilk məhkəməsində iştirak edə bilməyib. Keçən həftə məhkəməyə təqdim edilən iddialara görə, bu süni intellekt robotu həm qanuna ziddir, həm də istifadəçiləri ictimai şəkildə aldadır.
Elon Musk-dan “GSM” şirkətlərini qısqandıracaq addım!
“Starlink” mobil versiyaya giriş edir! Mobil internet testlərinə başlayan “Starlink”, artıq Peyk üzrə “GSM” operatorları üzərindən mobil məlumat təqdim edəcək. Dünyada dörd bir yanını yüksək sürətli internetlə təmin etməyi qarşısına məqsəd qoyan “SpaceX”in internet xidməti sayılan “Starlink”, mobil istifadəçilər üçün də əlçatan olacaq. “Starlink” birbaşa peykdən mobil internet bağlantısını sınaqdan keçirməyə başlayacağını açıqladı. Keçən il “SpaceX”in baş direktoru İlon Mask və “T-Mobile”ın baş direktoru olan Mayk Sievert birgə səy nəticəsində “Starlink”i mobil cihazlara gətirmək istədiklərini bildirmişdilər. Onu da bildirək ki, “Starlink V2”nin 2023-cü ildə satışa çıxarılması planlaşdırılır.
“Samsung”un çəkdiyi şəkillər saxta imiş
Belə ki, “Viral Reddit”in sayəsində şirkətin kameralarının ayın fotoşəkillərinə nə qədər əlavələr etməsi məsələsi ortaya qoyulub və süni intellektin köməyi ilə real və saxta şəkillər arasındakı cuzi fərqlər aşkarlanıb. İllərdir ki, “Samsung”un “Space Zoom” qabiliyyətli telefonları ayın inanılmaz dərəcədə detallı fotoşəkillərini çəkmək qabiliyyəti ilə tanınırdı. Lakin bu yaxınlarda “Reddit”in yazısı, şirkətin nə qədər səhvə yol verdiyini açıq şəkildə göstərdi və təqdim olunan sübutları nəzərə alsaq, cürətli olaraq bunu deyə bilərik: “Samsung”un çəkdiyi ay şəkilləri saxtadır! Bəs bu ssenaridə “saxta” tam olaraq nə deməkdir? Cavab vermək çətin olsa da, əminliklə deyə bilərik ki, bu saxtalaşdırma rəqəmsal kameralar, “Photoshop”, “Instagram” filtrləri və s. köməkliyi ilə edilmiş ola bilər. Bütün bunlardan sonra “əsl fotoşəkil”in necə olduğunu anlaya biləcəyik. Ancaq hələlik “Samsung”un çəkdiyi ay fotoşəkillərinin saxta olduğu qənaətinə gəlmək ədalətli görünür.
“Samsung” da öz işçilərini qovur!
“Samsung” ABŞ-dakı çip bölməsindəki işçilərinin 3 %-ni işdən çıxarıb. Buna səbəb isə məkanda iqtisadi tənəzzülün baş verməsidir. Son vaxtlar texnologiya nəhənglərində kütləvi ixtisar dalğasının şahidi oluruq. İş o yerə çatıb ki, “Meta”dan “Amazon”a, “Twitter”dən “Microsoft”a kimi bir çox şirkət minlərlə işçisini işdən çıxarıb. Bunun səbəbi kimi iqtisadi problemlərə sərf olunan xərcləri azaltmaq istəmələri göstərilib. Bu sıraya Cənubi Koreyada yerləşən “Samsung” şirkəti də qoşularaq ABŞ-dakı bəzi işçilərini işdən çıxarmaq qərarına gəlib. Cənubi Koreya şirkəti dördüncü rübdə öz sahələrində 204 milyon dollar mənfəət əldə edib. Bu, 2021-ci ilin dördüncü rübü ilə müqayisədə 96,9 % azalma olduğunu göstərir. Bu azalmanın cari rübdə də davam edəcəyi gözlənilir.