K
reativ sənayenin ən prestijli təşkilatlarından biri olan D&AD mükafatlarının 2022 sahibləri açıqlanıb.

İqtisadi və sosial inkişafın yolunun yaradıcılıqdan keçdiyinə inanan, dizayn və reklam sahələrində gənc kreativlərə dəstək verən Böyük Britaniyadanın qeyri-kommersiya təşkilatı D&AD mükafatlandırma mərasimi keçirib.

Hər il olduğu kimi, bu il də reklam, marketinq, dizayn və sənətkarlıq sahələrinin ən yaxşıları seçiliblər.

2022 D&AD: “Black Pencil” kateqoriyasının qalibləri 

“The Lost Class” 

Kateqoriya: Branding / Tactical / Film / Direct

Agentlik: Leo Burnett Chicago

Müştəri: Change The Ref

Ölkə: ABŞ

Reklam çarxı ABŞ-da silah alqı-satqısındakı sərbəstlik səbəbilə baş verən hücumlara fokuslanır. “The Lost Class” məktəblərə edilən hücumlar səbəbilə həyatını itirmiş şagirdlərin məzuniyyət günü fikrini reallaşdırır. 3044 şagirdi təmsil edən boş stullar ABŞ-da hələ də davam edən individual silahlanma tərəfdarlarına reallığı görməyə kömək edir.

“The Lost Class” 2 önəmli “Black Pencil”lə bərabər, 4 kateqoriya olmaqla ümumilikdə 17 mükafatın sahibi olub.

“Hopeline19”

Kategori: Creative Transformation / Engagement

Agentlik: adam&eveDDB

Müştəri: Frontline19

Ölkə: Birləşmiş Krallıq

Pandemiya dövründə məsuliyyəti ən çox çiyinlərində hiss edənlər arasında, şübhəsiz ki, səhiyyə işçiləri ilk sırada gəlirdi. Post-pandemiya dövründə travma sonrası stress pozğunluğu yaşayan qrup da elə onlar idi. Bu fikirdən yola çıxan “Hopeline19” Böyük Britaniyada yaşayan insanlar üçün pulsuzdur və səhiyyə işçilərinə stimul verici səsli mesajların yazılmasına imkan verir. 7/24 açıq olan bu xətt həm səsli mesaj göndərmək, həm də səsli mesaj dinləmək üçün hər kəsə açıqdır.

“Hopelin19” bir kateqoriyada “Black Pencil”da, fərqli kateqoriyalarda isə 8 mükafata layiq görülüb.

“Samsung iTest”

Kateqoriya: Media / Mobile

Agentlik: DDB New Zealand, Tribal Worldwide New Zealand

Müştəri: Samsung

Ölkə: Yeni Zenlandiya

Əsasən, “Apple iPhone” istifadəçilərini hədəfləyən bu cəsur kampaniya onların marka sədaqətini kənara qoyub “Samsung”a şans vermələrini təklif edir. Xüsusi interfeyslə dizayn edilmiş iTest platformu “Apple” istifadəçilərinə mövcud iPhone markalı telefonlarında “Samsung” təcrübəsi yaşatmağı vəd edir.

“Samsung iTest” bir kateqoriyada “Black Pencil” qazanarkən eyni zamanda fərqli kateqoriyalarda 6 mükafatın da qalibi seçilib.

“Real Tone”

Kateqoriya: Product Design / Inclusive

Kampaniya Lideri: Google

Müştəri: Google

Ölkə: ABD

Tarix boyunca foto texnologiyasının yalnız açıq rəngli dəriyə sahib insanları təmsil etdiyini müşahidə edən “Google” “Pixel 6” ilə bu tabunu yıxmağı hədəfləyir. 

2022 D&AD: “White Pencil” kateqoriyasının qalibləri 

“Piñatex”

Kateqoriya: Impact

Agentlik: L&C New York

Müştəri: Dole Sunshine Company & Ananas Anam

Ölkə: ABŞ, Sinqapur, Birləşmiş Krallıq

Flippində hər il 2,5 ton ananas yetişdirilir və bu ananaslar dünyanın hər tərəfinə göndərilən zaman geridə qalan yarpaqlar çürüməyə başlayır. Yetişdirilən bir ton ananas 3 ton çürümüş yarpaq deməkdir. Bu yarpaqlar çürüyərkən karbon emissiyasından 20 qat daha zərərli metan emissiyasına yol açır.

Bu zərərli prosesi dayandırmaq üçün ananas yarpaqlarından istehsal edilən veqan, dəri alternativi məhsul “Pinatex” hazırlanmağa başlanılır. Bu üsulla həm heyvanlar, həm də ətraf-mühit qorunur.

“The Killer Pack”

Kateqoriya: Impact / Local Solution

Agentlik: VMLY&R Mumbai

Müştəri: Maxx Flash

Ölkə: Hindistan

Hindistan hətta qeyri-musson mövsümlərində belə həyəcan verici bir yayılma səviyyəsinə çatan Denq qızdırması və malyariya virusu ilə mübarizə aparır. Və bu problemin kökündə isti və rütubətli mühitlərdə qalan zibillərə doluşan anormal sayda ağcaqanadlar dayanır.

Bu problemi həll etməyə çalışan ağcaqanad kovucu istehsalçısı “Maxx Flash” yeni kampaniyaya başlayıb. Atılan zaman milçək sürfələrini öldürmə qabiliyyətinə malik 5% aktiv probiotik “basil thuringiensis” ehtiva edən paketləri ilə bu problemi aradan qaldırmaqda iştirak edir.

Bu innovativ kampaniya bir “White Pencil” ilə bərabər 2 “Wood Pencil” mükafatının qazananı olub.

Posted 
Jun 9, 2022
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All