H

indistanın ən böyük və ən parlaq festivalı başlamaq üzrədir. Bu il 22-26 oktyabr tarixlərində xeyirin şər üzərində olan qələbəsini sübut etmək üçün yanan lampalar ilə yenidən Divali festivalı keçiriləcək. Yerli kampaniyaları ilə daima diqqət mərkəzində olan “Coca-Cola” bu il Divali Festivalı üçün də yepyeni bir kampaniyaya start verib. Standart “Coca-Cola” butulkalarından fərqli olaraq məhdud sayda istehsal olunan içkilər bu dəfə “Bluetooth” şifrələri ilə kilidlənib. Üzərində isə “Bu kilidli kola yalnız sevdiklərinizlə açılacaq” yazılıb.

“Coca-Cola” bu innovativ layihəsi ilə kola butulkalarını dəvətnaməyə çevirib. Çünki “Bluetooth” qapaqları yalnız göndərən şəxsin yanına getdiyiniz zaman açılır. “Coca-Cola”nı dəvətnamə kimi istifadə etmək ideyası “Ogilvy India” reklam agentliyinin imzasını daşıyır. Sosial media və televiziyada yayımlanan bu kampaniya yerli influnserlər tərəfindən də dəstəklənib.

Brendin uzun müddətdir istifadə etdiyi “Əsl Möcüzə” şüarı kampaniyanın sonunda izləyiciləri salamlayır…

Həmin reklam çarxı

“Bluetooth” şifrəli qapaqları yalnız Divali festivalının qeyd olunduğu Hindistanda və yalnız mobil cihazlarla daxil oluna bilən xüsusi saytda satışa təqdim olunub.

Posted 
Oct 22, 2022
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All