“Amazon”un şirkətlərindən biri olan əyləncə brendi “Audible” yeni interaktiv billboard reklamları ilə İngiltərədə maraq yaradıb.

Bu billboard reklamlarında kriminal dünya ilə bağlı audio kitablar və podkastlar səsləndirilir.

“Digərlərindən fərqli bir sıra” kampaniyası tərkibində “Audible” “Talon” agentliyi ilə birlikdə interaktiv reklam lövhələrini quraşdırmaq üçün əməkdaşlıq edib. Birinci kaset “93 qadın” seriyasından epizodları səsləndirir.

Billboardı görən şəxslər audionun tərkibində olduğu seriya haqqında ətraflı məlumatı QR kodu skan edərək ala bilərlər.

İlk reklam Brikston, Londonda qurulub, ikincisi isə Salford, Mançesterdə qurulacaq. Kampaniya eyni zamanda kinoteatrlar, televiziya, rəqəmsal video və audio platformalarında da aparılacaq.

Posted 
Jun 29, 2022
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All