M

ira Murati “OpenAI”da baş texnoloji mütəxəssisdir, “DALL-E” və “ChatGPT”ni yaradan komandalara rəhbərlik edir. “Nəzərə almalı olduğumuz bir çox etik və fəlsəfi suallar var. Filosoflar, elm adamları, rəssamlar və humanitar elmlərdən olan insanları bu işə cəlb etməliyik” deyə Murati bildirib.

Mira Maruti, The CTO Of ChatGPT Says AI Should Be Regulated; Know Her  Indian Connection - Tech

"ChatGPT" noyabrın sonlarında yayımlandıqdan sonra bütün ictimai təxəyyülü ələ keçirdi. Bəziləri bunu qadağan edərkən, “Microsoft” şirkətə 10 milyard dollar sərmayə qoyduğunu elan etdi və “Google” bu texnologiyanın onun axtarış işini poza biləcəyindən narahat olaraq "qırmızı kod" elan etdi. "Keçdiyimiz digər inqilablarda olduğu kimi, yeni iş yerləri yaranacaq və bəzi iş yerləri isə bağlanacaq, amma mən hər bir halda bu məsələ ilə bağlı optimistəm" deyə Murati bildirib.

“Google Trends”ə görə, yanvar ayında ChatGPT populyar axtarış terminləri arasında “Bitcoin”i üstələdi. Bütün diqqət 375 işçisi olan və gəliri az olan San-Fransiskoda yerləşən özəl startapın indi təxminən 30 milyard dollar dəyərində qiymətləndirilməsinə yönəldi. Murati “TIME”a “ChatGPT”nin ən böyük zəifliyi, proqram təminatının istifadə edilməmiş potensialı və niyə süni intellektin tənzimlənməsinə doğru hərəkət etməyin vaxtı gəldiyi barədə danışdı.

“OpenAI” və ya hökumətin aləti tənzimləməkdən məsul olub-olmaması ilə bağlı suala Murati: "OpenAI və bizim kimi şirkətlər üçün bunu idarə olunan və məsuliyyətli şəkildə ictimai şüura çatdırmaq vacibdir" deyə cavab verib. Bununla belə, o, şirkətin tənzimləyicilər, hökumət və hər kəsin edə biləcəyi köməyə ehtiyac duyacağını vurğuladı. Onu tənzimləmək üçün "hələ tez deyil" dedi.

Yanğın detektoru “McDonald’s”dan sifariş verir.

“McDonald’s” tərəfindən təqdim olunan “McDelivery Detector” yeməyi yandırdığınızı hiss etdiyi zaman avtomatik olaraq ən yaxın “McDonald’s”dan yemək sifariş verir. Yanğın detektoru böyük “BigMac” formasındadır. O, yüksək səviyyəli aparat təminatı ilə təchiz olunmuşdur.

“TBWA\NEBOKO” kreativ agentliyi tərəfindən “McDonald's” üçün dizayn edilmiş “McDelivery Detector”, gördüyünüz kimi sadə tüstü detektoru deyil. Tavanda asılmış “McDonald's Big Mac”ı kimi görünən cihazın qabaqcıl texnologiyaları yanan yeməyinizin tüstüsünü götürür, əvvəlcədən seçdiyiniz yeməyi ən yaxın McDonald's restoranına göndərir və yeməyinizi dəqiqələr ərzində çatdırır.

Adi yanğın detektorunuzun zəhlətökən siqnalından fərqli olaraq, təbii ki, “McDelivery Detector”un həyəcan siqnalı “McDonald's”ın məşhur "I'm Lovin' It" melodiyasıdır.

Snup Doq mahnılarını “TikTok”a yerləşdirdi.

Snup Doq başqa platformalarda yayımlanmadan bir həftə əvvəl özünə məxsus albomları yalnız “TikTok”da yerləşdirib. Eksklüziv musiqi istifadəçilər qazanmaq üçün “TikTok”un ümumi taktikası hesab olunur.

“Death Row Records”u əldə etdikdən və kataloqu “DSP”lərdən sildikdən bir il sonra Snup Doq onu “TikTok”da yayımladı.

Snup Doq “Death Row Records”u yenidən təqdim etmək üçün “TikTok” ilə əməkdaşlıq edib. 14 fevral “The Doggfather” elan etdi ki, Snup Doq video media platforması “TikTok”un “SoundOn” paylaşma platforması vasitəsilə “Death Row Records” albomunu yenidən buraxmaq üçün güclərini birləşdirib.

@snoopdogg Tha Dogg checcin in. Excited to tell y’all Death Row Records music is back for you to enjoy. Go get the songs on TikTok’s curated Death Row playlist available now 👊🏾🔥💨 #blackmusic #superbowl @musicontiktok @soundon ♬ Gin & Juice - Snoop Doggy Dogg


“TikTok”da 1 dəqiqdən uzun videolar pul qazandıracaq.

“TikTok” pul qazanmağa imkan yaradacaq yeni proqramı təqdim edib. Hazırda müəyyən ölkələrdə sınaqdan keçirilən “Creativity Program”, yəni “Yaradıcılıq Proqramı” adlanan bu proqramda iştirak edən istifadəçilər adət etdiyimiz qısa videolar əvəzinə bir dəqiqədən uzun videolar paylaşacaqlar.

“TikTok” istifadəçilərinin gəlir əldə etmə yollarını genişləndirəcək bu proqram hazırda ABŞ, Fransa və Braziliyada sınaqdan keçirilir. Şirkət deyir ki, hələlik bu proqrama yalnız dəvətlilər qoşula bilər və tezliklə, bütün istifadəçilərə çatacaq. Proqramın ən diqqət çəkən tərəfi “TikTok”un öyrəşdiyimiz qısa video formatından fərqli bir yanaşmaya ehtiyacı olmasıdır.

“TikTok”un açıqlamasına görə, proqramdan yararlanmaq istəyən istifadəçilərdən adi haldan daha uzun videolar paylaşması tələb olunacaq. Platformanın qısa video formatı ilə sosial mediada inqilab etdiyini və digər şirkətlərə təsir etdiyini nəzərə alsaq, bu hərəkətin maraqlı olduğunu söyləmək olar.

Bundan əlavə, şirkət onu da bildirir ki, proqrama uyğun olmaq üçün 18 yaşdan yuxarı olmaq, minimum izləyici və video tələblərinə cavab vermək lazımdır. Əlavə edək ki, “TikTok” istifadəçilərinin pul qazanması üçün son 30 gündə 10.000 izləyici və 100.000 baxış kimi şərtlərə vardır.

Bu addım yaradıcıların platformanın proqramlarından kifayət qədər pul qazanmadığını deməsindən sonra edilir. TikTok həmçinin vurğulayır ki, yeni sistem istifadəçilərin yaradıcılığını artıracaq və onlara daha çox gəlir əldə etməyə imkan verəcək.

“ChatGPT” “Time” jurnalının üz qabığında!

“ChatGPT” fırtınası bütün dünyanı bürüyərkən, “Time” jurnalı bundan yan keçmədi. Dünyaca məşhur xəbər jurnalı 27 fevral - 6 mart 2023-cü il tarixli sayının üz qabığında “OpenAI”nin süni intellektə əsaslanan “chatbot”u ilə dialoqa yer verib.

Süni intellektlə söhbət edən “Time” redaktorları “chatbot”dan süni intellektin birdən-birə partlaması və yüksəlişini əks etdirən əhatəli məqalədə istifadə etdikləri başlıq, eləcə də bu tendensiyanın bir hissəsi olmağa çalışan texnologiya şirkətləri haqqında fikirlərini soruşublar.

O, “Time”ın məqaləsini nəzərdən keçirdi. Üz qabığındakı ekran görüntüsünə əsasən, “ChatGPT” başlığı "düşündürücü" və "diqqət çəkən" hesab etdiyini deyib. O, həmçinin əlavə edir ki, məqalə süni intellektin potensial riskləri barədə ictimaiyyətin məlumatlılığını artırmağa kömək edə bilər.

“Time” jurnalı nəşr həyatına 1923-cü ildə başlamışdır. Yarandığı gündən etibarən aktual hadisələr, siyasət, biznes, səhiyyə, elm və əyləncə haqqında məlumatlandırıcı kontent təqdim edir. “Time” jurnalı həmişə üz qabığı ilə adından söz etdirib.

İki aya 100 milyon aktiv istifadəçisi oldu.

“ChatGPT” neyron şəbəkəsi internet tarixində ən sürətlə böyüyən onlayn xidmətə çevrildi. “Reuters” analitiklərinin hesablamalarına görə, yanvar ayında “chatbot” cəmi iki ay ərzində aylıq 100 milyon aktiv istifadəçiyə çatıb.

“ChatGPT” keçən ay gündə orta hesabla 13 milyon unikal istifadəçi tərəfindən ziyarət edilib. Bu baxımdan, görünən odur ki, süni intellektə əsaslanan “chatbot” dəhşətli dərəcədə yüklənir. “ChatGPT”nin populyarlığı 2023-cü ilin yanvarında, giriş tezliyi iki dəfə artdıqda zirvəyə çatdı. İstehlakçı yönümlü internet tətbiqlərində daha sürətli artım yoxdur.

Onun ödənişli versiyası “ChatGPT Plus” da buraxıldı. “TikTok”un 100 milyon istifadəçiyə çatması 9 ay, “Instagram” üçün isə 2,5 il çəkmişdi. Analitiklərin fikrincə, heç bir xidmət və ya neyron şəbəkəsi bu qədər uğurlu olmayıb. “ChatGPT” hazırda dünyada ən məşhur süni intellekt alqoritmidir.



Posted 
Feb 21, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All