zərbaycanda startap ekosisteminin formalaşması və inkişafı prosesi geniş vüsət almağa davam edir.
Ötən il startapların və innovasiyalı müəssisələrin inkişafını stimullaşdırmaq, effektiv koordinasiyanı təmin etmək, ekosistem oyunçularına dəstək tədbirlərini genişləndirmək və startaplara investisiya imkanlarını artırmaq məqsədilə Azərbaycanın ilk vençur kapital fondu “Caucasus Ventures” təsis edildi.
Fondun yaradılması birbaşa İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, “PAŞA Holdinq” və özəl fərdi investorların dəstəyinə əsaslanır.
“Caucasus Ventures” fəaliyyəti nələrdən ibarətdir?
Fond fəaliyyəti üzrə toxum sonrası böyümə və “A” mərhələsində olan startaplara sərmayə yatırır. Sözügedən fondun nizamnamə kapitalı 11.3 milyon manat təşkil edir. “Paşa Holdinq” Şirkətlər Qrupu fonda 5 milyon manat və fərdi sahibkarlar 1.3 milyon manat vəsait ayırmaq haqqında razılığa gəliblər. Eyni zamanda İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi özəl tərəfdaşların təşəbbüsünə dəstək göstərərək “Caucasus Ventures”ə əlavə 5 milyon manat vəsait ayırıb. “Caucasus Ventures” 5 il ərzində Azərbaycan, Gürcüstan, Türkiyə, Orta Asiya və Şərqi Avropa ölkələrindən olan startaplara sərmayə yatıracaq.
“Caucasus Ventures” 3 startapa yatırım edib
“Turan APP” türk dünyası ölkələri arasında komissiyasız pul köçürmə xidmətidir. İstanbulda qurulan startapın təsisçisi Özgür Bayraktardır.
“TestedWeb” saxta rəyləri yoxlamaq və silmək üçün süni intellektdən istifadə edən onlayn araşdırma platformasıdır. Startapın təsisçisi ABŞ-də yaşayan həmyerlimiz Yaqub Rəhimovdur.
“Magic Port” gəmi sahibləri, menecerlər və gəmi personalı üçün etibarlı əməkdaşlıq etmək üçün müxtəlif alətlər təqdim edən platformadır. Startapın əsas fəaliyyət mərkəzi Sinqapurdur. Təsisçisi həmyerlimiz Əli Qaradır.
İnnovativ texnoloji sahibkarlığın inkişafı istiqamətində bütün iştirak edəcək startapçıların səylərini yüksək qiymətləndirir, gələcək fəaliyyətlərində uğurlar arzu edirik.