editasiya və yuxu app-i olan Calm, həyəcan dolu anların yaşandığı gərgin seçki gününü özünü tanıtmaq üçün bir fürsət olaraq gördü.
Hamını bir az nəfəs almağa və rahatlamağa dəvət edən Calm, seçki gecəsi üçün CNN ilə birlikdə əməkdaşlıq qurdu. Seçki gecəsi yayımının sponsoru oldu.
Calm, CNN-in yayım boyunca öz gərgin xəbərdarlıq musiqisi ilə yeni məlumatları paylaşdığı mətnlərin yayımına sponsorluq etdi. CNN-dəki bu xüsusiyyət seçki gecəsi izləyicilərdə gərginlik yaradırdı. Bu vəziyyətdən xəbərdar olan Calm, yaradıcı bir yanaşma ilə öz loqosundan istifadə edərək izləyicilərə rahatlamalarını xatırlatdı. Yayımlar arasında paylaşılan qısa yağış videoları bu rahatlığı ekranlara gətirdi. Bu arada, marka sosial mediada izləyiciləri üçün tənəffüs və rahatlama məşqlərini paylaşdı.