Ö

lkəmizdə də geniş istifadəçi kütləsi olan "Bolt" şirkəti yemək çatdırılma, transport və taksi xidmətləri ilə məşhurdur. Aldığı 709 milyon dollarlıq invesiya ilə şirkət 8,4 milyard dollar dəyərinə çatıb. Xatırlatmaq istərik ki, avqust ayında altığı investisiya ilə şirkətin dəyəri 4,54 milyard dəyərində idi.

709 milyon dollarlıq investisiya turu Sequoia CapitalFidelity Management and Research Company'nin ortaq birliyi ilə reallaşıb. Yatırım raundunda Sequoia Capital və Fidelity Management and Research Company-dən başqa Whale Rock, Owl Rock, D1, G Squared, Boat, Ghisallo və digər investorlar iştirak ediblər.

2013-cü ildə Tallin şəhərində əsası qoyulan Bolt Estoniyanın ən mühüm startapları sırasındadır. Bundan başqa Avropa və Afrikanın 45 ölkəsində, 400-dən çox şəhərində xidmət göstərən Boltun 100 milyondan çox istifadəçisi var.

Ölkəmizdə yemək sifarişi xidmətini də aktiv edən "Bolt"un ötən ilin avqustunda 75 milyon istifadəçisi var idi. Bir sözlə, Bolt 6 aydan az müddətdə 25 milyon yeni istifadəçi qazanmağı bacarıb.

Boltun xidmətləri arasında taksi sifarişi xidməti, Bolt Drive, elektrikli skuter və velosiped icarəsi xidməti, yemək sifariş edə biləcəyiniz Bolt Food və 15 dəqiqə ərzində ərzaq mallarını çatdıra bilən Bolt Market daxildir.

Onu da xatırladaq ki, Boltun ən yeni xidməti olan Bolt Market ötən aylarda xidmət göstərməyə başlayıb. Qısa müddətdə əhəmiyyətli uğurlara imza atan Bolt Market, hələlik 10 ölkədə aktiv şəkildə istifadə edilə bilər. Boltun paylaşdığı məlumata görə, Bolt Market 2022-ci ildə böyüməyə və yeni ölkələrdə xidmət göstərməyə davam edəcək.

Posted 
Jan 11, 2022
 in 
Startap
 category

Daha çox

Startap

 kateqoriyasından

View All