Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

"Azərkosmos"un sədri Beynəlxalq Astronavtika Federasiyasına vitse-prezident seçilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") İdarə Heyətinin sədri Saməddin Əsədov Beynəlxalq Astronavtika Federasiyasının vitse-prezidenti seçilib. Məlumata görə, bu qərar bu gün Milan Konqresində Federasiyanın Baş Assambleyasının iclasında qəbul edilib. İclasda müzakirələrdən sonra Beynəlxalq Astronavtika Federasiyasının bürosu və komitə üzvləri S.Əsədovun namizədliyini dəstəkləyiblər.

"Apple Watch Ultra 2", "watchOS 11" ilə yeni xüsusiyyətlər qazanır

Apple Watch Ultra 2 in Black Titanium

“Apple Watch Ultra 2” üçün yeni təqdim olunan “watchOS 11” ilə 4 yeni funksiyanın istifadəyə verildiyi açıqlanıb. Bu yeniliklərə Tides tətbiqi, yuxu apnesini aşkar etmək imkanı və genişlənmiş “Double Tap” funksiyası daxildir.

"Google" nüvə enerjisinə investisiya etməyi planlaşdırır

Google signs advanced nuclear clean energy agreement with Kairos Power

"Google" Kaliforniya mərkəzli "Kairos Power" ilə əməkdaşlıq edərək 500 meqavatlıq enerji təmin edəcək kiçik modulyar reaktorlar vasitəsilə nüvə enerjisindən istifadə etməyi planlaşdırır. Bu addım "Google"un məlumat mərkəzlərini daha davamlı enerji mənbələri ilə təmin etmək strategiyasının bir hissəsi kimi qiymətləndirilir. Layihənin həyata keçirilməsi on ilədək vaxt ala bilər və bir sıra rəsmi təsdiqlərin alınması tələb olunur.

"Kapital Bank" 166 milyon manatdan çox xalis mənfəət əldə edib

Kapital Bank

"Kapital Bank" ASC 2024-cü ilin 9 ayını (yanvar-sentyabr) 166 milyon 73 min manat xalis mənfəət ilə başa vurub. Qeyd edək ki, bank keçən ilin həmin dövrünü 182 milyon 12 min manat xalis mənfəət ilə bağlamışdı. Xalis mənfəətdəki 15 milyon 939 min manatlıq və ya 8,7 % azalma mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayrılan vəsaitin artması ilə əlaqədardır.

2-ci nəsil "Starlink" peykləri gəlir!

SpaceX's Starlink Satellite Internet Network Hits 4 Million Subscribers -  The NFA Post

"SpaceX" 2-ci nəsil "Starlink" peykləri ilə internet sürətini 10 dəfə artırmağı planlaşdırır. Qeyd edək ki, Elon Musk-ın rəhbərlik etdiyi bu layihə ilə indiyədək cəmi 4745 "Starlink" peyki orbitə göndərilib.

Posted 
Oct 15, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All