F

W13 2023 Yerin yeni peykidir. Bəs niyə FW13 2023 yeni Ay hesab edilir? İlkin tapıntılara görə, yeni Ay adlandırılan kosmik daş hər gecə gördüyümüz Aya bənzəmir. Yəni Ayın xüsusiyyətlərinə malikdir, lakin tam mənada Ay deyil. Bu kosmik daş Yer ətrafında fırlanır. Başqa sözlə, onun orbiti Yer kürəsini əhatə edir. Ancaq cazibə qüvvəsi ilə Günəşə bağlıdır. Qısaca desək, yeni peyk Günəşdən gələn cazibə qüvvəsi ilə Yerin orbitində sabit şəkildə fırlanır. Yeni peyk Havaydakı Haleakala vulkanının üstündəki “Pan-STARRS” tərəfindən kəşf edilib.

An online simulator shows the orbit of 2023 FW13 in relation to the satellite, the sun and other planets in the solar system
Kamo'oalewa, whose name alludes to an offspring that travels on its own, was discovered by the PanSTARRS telescope in Hawaii in 2016. Its orbit in relation to Earth and the sun is pictured

ChatGPT, yoxsa real həkim? Süni intellekt tibb imtahanından üzüağ çıxdı

ChatGPT provides higher quality and more empathetic answers than real  doctors 80% of the time | Daily Mail Online
UC SAN DIEGO

Kaliforniya Universitetində çalışan bir qrup alim tibblə bağlı 195 sual hazırlayıb. Sonra bu suallar həm “ChatGPT”yə, həm də həqiqi həkimə yönləndirilib. Əvvəlcədən yaradılmış komissiya cavabların kim tərəfindən hazırlandığını bilmədən analizlərə başlayıb. Nəticələr təəccübləndirib. Komissiya üzvləri “ChatGPT”nin cavablarına daha çox qane olublar. Tədqiqatçılar deyir ki, həkimlərin süni intellektdən dəstək alması normaldır, hətta bu nəticəyə bağlı yeni həkim-pasiyent zəng xidmətinin yaradılması xəstəxana ziyarətlərinə müsbət mənada təsir edə bilər.

“Nvidia”nın “AI” təməlli yeni superkompüteri - NVIDIA GH200 Grace Hopper Superchip

NVIDIA Grace Hopper Superchips Designed for Accelerated Generative AI Enter  Full Production | NVIDIA Newsroom

Ötən günlərdə 1 trilyon səhm sayını keçən “Nvidia” hazırda ən dəyərli texnologiya şirkətlərindən biridir. Tayvanın dünyaya açılan qapısı olan şirkətin bir çox beynəlxalq müqavilələri olduğunu da əlavə edək. ARM əsaslı 72 nüvəli prosessor, 96 GB HBM3 və 576 GB GPU yaddaşı olan bu superkompüterdən heç yerdə yoxdur. Yeni superkompüter elə qiymətli texnologiyadır ki, ona alış limiti də qoyulub. Çin istəsə belə, “NVIDIA GH200 Grace Hopper”i pulla ala bilməyəcək.

Elon Musk peşmandır. “Tesla”ya aid avtonom sürücülük sənədləri ələ keçib

Test drive that influenced Musk to make electric cars, invest in Tesla

Alman qəzeti “Handelsblatt”a sızan sənədlərdə avtonom sürücülük testlərinin çox təhlükəli səviyyədə olduğu yazılıb. 23 000 sənəddən ibarət məlumatlarda 1500 əyləc probleminin olması, 2400 hadisədə isə avtonom rejimin həddindən çox sürətlənməsi gözə batıb. Mövzu ilə bağlı araşdırma aparan Alman qəzeti “Tesla” müştərisi ilə danışıb. Onun sözlərinə görə, park edilmiş Tesla yarış avtomobili kimi sürətlənərək 2 sütuna çırpılıb. Digər bir hadisədə isə “Model Y”nin zolaqları izləyə bilməyərək yoldan çıxdığı məlum olub.

Dərdi başından aşan Huawei yenə sanksiyalarla üz-üzə

Huawei, новый запрет не за горами: теперь очередь Португалии - GizChina.it

 Portuqaliyanın Ali Kibertəhlükəsizlik Şurası açıqlama yayıb ki, Huawei-in və bu sinifdən olan Çin mənşəli şirkətlərin ölkədəki simsiz şəbəkə bağlantıları yüksək risk daşıyır. Portuqaliya hökuməti şura təklifini qəbul edərsə, Çin şirkətlərinin ölkədə baş tutan 5G infrastruktur layihələrindəki iştirakına qadağa qoyulacaq. Bu baş versə, Danimarka, İsveç, Estoniya, Latviya və Litva kimi digər Avropa ölkələrində də oxşar tədbir görülə bilər.

Google” patent hüquqlarını pozduğuna görə 32,5 milyon dollar ödəməli olacaq

Chromecast Audio

Bu 2 şirkət daha əvvəl də 2020-ci ildə patent mübahisəsinə görə məhkəmə zalında üz-üzə gəlmişdilər. “Sonos”un 2 patentini pozan “Google” 50 milyon dollar cərimələnmişdi. Elə indiki cəza da yüngül deyil. Onlardan biri dinamiklərlə bağlıdır. İddiaya görə, “Google”un “Chromecast Audio” və “Google Home” xidmətləri bu patenti pozur. “Sonos”un 2-ci patent pozuntusu ilə bağlı ittihamı hakim heyəti tərəfindən qəbul edilməyib. Nəticədə Google 32,5 milyon dollar cərimələnib.

Instagram şərhlərində yeni funksiya

 Keçən həftə “GIF” özəlliyini əlavə edən Instagram komandası, şərh bölməsi üçün yeni funksiya üzərində işləyir. Bu xüsusiyyət sayəsində postların şərh bölməsində sorğu anketi yaratmaq mümkün olacaq. Bir sözlə, funksiya “Twitter”dən götürülüb, deyə bilərik. Paluzzinin sözlərinə görə, bu funksiya üzərində işlər tamamlanıb və istifadəyə hazırdır, lakin özəllik bilinməyən səbəblərə görə aktivləşdirilməyib. “Facebook” və “Whatsapp”da sorğu anketinə icazə verən “Meta”, yəqin ki, gələn həftə “Instagram”ın şərh bölməsi üçün də bu funksiyanı təqdim edəcək.

WhatsApp “Screen Sharing” funksiyasını Android-ə gətirir

WhatsApp Screen Sharing Android

Artıq “WhatsApp” ilə zəng edərkən ekranı paylaşmaq mümkün olacaq. Hazırda beta testində olan funksiyadan “WhatsApp” zəngləri zamanı yararlanmaq olur. Qeyd olunub ki, “WhatsApp” zənglərində ekran görüntüsünü paylaşmaq iş həyatındakı funksionallığı artıracaq. İstifadəçi mesajlardakı kimi əlavə təhlükəsizliklə gələcək bu funksiyanı istədiyi zaman deaktiv edə bilər. Ekran paylaşımı təsdiqləndikdə, paylaşan şəxs və digərləri bütün ekranı görə biləcəklər. Bundan əlavə, yeni funksiya ilə “WhatsApp” interfeys dizaynında bəzi dəyişikliklər də nəzərə çarpıb.

Posted 
May 30, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All