Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
"Vivo X200s" ilə bağlı məlumatlar ortaya çıxıb
Sektorda etibarlı mənbə kimi sayılan "Digital Chat Station" "Vivo X200s" haqqında yeni məlumatlar paylaşıb. Cihazın 6.67 düym ölçülü və 1.5K çözünürlüklü LTPS ekranla təchiz ediləcəyi bildirilib. Modelin həm yüksək performans, həm də münasib qiymət balansını təmin edəcəyi gözlənilir.
"Apple" və "Sony" oyun dünyasında güclərini birləşdirir
"Apple" və "Sony" arasında yeni bir əməkdaşlıq gözlənilir. Belə ki, "Bloomberg"in məlumatına görə, "Apple Vision Pro" "Sony"nin "PSVR 2" idarəetmə cihazları ilə uyğun olacaq. Bu əməkdaşlıq "Vision Pro"nun oyun və tətbiq ekosistemini genişləndirərək istifadəçilərə daha dəqiq idarəetmə imkanları təqdim edə bilər.
"Bluesky" yeni abunəlik xidməti üzərində çalışır
"Bluesky" yeni "Bluesky+" abunəlik xidmətini təqdim etməyə hazırlaşır və bu xidmət premium funksiyalarla istifadəçi təcrübəsini artırmağı hədəfləyir. Şirkət "GitHub" üzərindən "Bluesky+"ın ilkin dizayn təsvirlərini paylaşaraq bu modelin platforma üçün əhəmiyyətli gəlir mənbəyi olacağını vurğulayıb. Şirkət xidmətin qiymətinin aylıq 8 dollar və ya illik 72 dollar ola biləcəyini qeyd etsə də, qiymətlər hələ dəqiqləşməyib.
“Samsung Galaxy S25 Ultra” 16 GB RAM ilə gəlir
"Galaxy S25 Ultra" üç əsas yaddaş konfiqurasiyası ilə təqdim ediləcək. Şirkət 2025-ci ildə "Galaxy S25" seriyasından 37 milyon satmağı planlaşdırır, ümumi satış hədəfi isə 229,4 milyon təşkil edir. Qeyd olunub ki, yeni modeldə 16 GB RAM seçimi orta seqment cihazlarında belə təqdim ediləcək.
"iPhone SE 4" selfi kamerası ilə fərq yaradacaq
"Apple" gələn ilin mart ayının sonuna qədər yeni "iPhone SE 4" modelini təqdim etməyə hazırlaşır. İddialara görə, cihaz 12 meqapiksellik "TrueDepth" selfi kamerası və 48 meqapiksellik geniş bucaqlı arxa kamera ilə təchiz olunacaq.