Y

aradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

“Samsung Galaxy S25” seriyasının dizaynı və ölçüləri üzə çıxıb

galaxy s25 boyutları

“Samsung”un “Unpacked“ tədbirinə bir neçə ay qalsa da, gözlənilən “Galaxy S25” seriyasının bir çox xüsusiyyətləri artıq sızdırılıb. Ən diqqətçəkən sızıntılardan biri, yeni Ultra modelinin S24-dən fərqli olaraq əyri kənarları ilə daha rahat tutuşa sahib olmasıdır. “Galaxy S25 Ultra” böyük ölçüsünə baxmayaraq, yenilənmiş dizaynı ilə kompakt istifadə imkanı təqdim edəcək.

“Xiaomi” 180 gün batareya ömrü olan antibakterial sabun təqdim edib

sabunluk xiaomi

Ev üçün hər cür məhsulun alternativini təqdim edən “Xiaomi” Çin bazarında “Mijia Avtomatik Sabun Dispenser”i satışa çıxarıb. Yeni sabun antibakterial xüsusiyyətləri və uzun batareya ömrü ilə diqqət çəkir. Sabun dispenseri təmassız işləyir və çarpaz yoluxmanı azaltmaq üçün köpüyü 0,25 saniyəyə buraxır.

“PC”nin əfsanəvi seriyası “PlayStation”a gəlir!

Age of Empires II: Definitive Edition у Steam

“Age of Empires II” ilə bağlı paylaşılan məlumat, “Microsoft”un məşhur strategiya oyununun “PlayStation“ konsollarına gələ biləcəyi iddialarını gücləndirib.Bu hələ qeyri-rəsmi iddia olsa da, “Microsoft”un əvvəlki deyimləri ilə üst-üstə düşür. Şirkətin “Project Latitude” təşəbbüsü ilə 2025-ci ilin əvvəlində rəqib konsollarda “Definitive Edition”ı buraxmağı düşündüyü deyilir.

“Apple” İndoneziyaya 10 milyon dollar yatırım edəcək!

Apple Proposes $10 Million Investment to Lift iPhone 16 Ban in Indonesia

İndoneziya hökuməti ilə “Apple” arasında yaşanan investisiya anlaşmazlığı davam edir. Ölkənin sənaye naziri “iPhone 16”nın tənzimləyici qaydalara uyğun olmadığı üçün satışını qadağan edib. “Apple” isə bu problemi həll etmək üçün 10 milyon dollarlıq yeni bir fabrik qurmağı planlaşdırır və bu müəssisə yerli tədarükçülərlə əməkdaşlıq çərçivəsində yaradılacaq.

OpenAI” “GPT-5” modelinin bu il çıxmayacağını açıqlayıb!

OpenAI's GPT-5 WILL SHOCK THE WORLD Everything We Know So Far!

"OpenAI" CEO-su Sam Altman dünən verdiyi açıqlamada “GPT-5” modelini 2024-cü ildə buraxmayacaqlarını açıqlayıb. Bunun əvəzinə "GPT-o1" adlı yeni modelə fokuslandıqlarını bildirən Altman, şirkətin süni intellekt sahəsində daha ehtiyatlı və metodik bir yola üstünlük verdiyini söyləyib.

Posted 
Nov 6, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All