Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

"YouTube" reklamlarının müddəti artıq bilinməyəcək

İndiyə qədər ekranın aşağı sağ küncündə reklamı nə vaxt keçə biləcəyinizi göstərən geri sayım taymeri var idi. Lakin bu yaxınlarda bəzi istifadəçilər tətbiqin mobil versiyasında reklamlarda taymerin olmadığını müşahidə ediblər. Əvəzində reklam bir neçə saniyə taymer olmadan oynanır və sonra keçid düyməsi görünür.İndiyə qədər ekranın aşağı sağ küncündə reklamı nə vaxt keçə biləcəyinizi göstərən geri sayım taymeri var idi. Reklama bir neçə saniyə baxdıqdan sonra taymer dolur və siz "skip" düyməsini sıxaraq videonuza baxmağa başlaya bilərsiniz.

Lakin bu yaxınlarda bəzi istifadəçilər tətbiqin mobil versiyasında reklamlarda geriyə hesablama taymerinin olmadığını müşahidə ediblər. Əvəzində reklam bir neçə saniyə taymer olmadan oynanır və sonra keçid düyməsi görünür. PC versiyasında isə sayğacın olması lazım olan sahənin boz rəngli düzbucaqlı ilə örtüldüyü bildirilib.

"Xiaomi" mətbəx üçün yeni cihazını təqdim edib

"Xiaomi" yeməkləri isti saxlamaq üçün nəzərdə tutulmuş "Mijia" adlı qatlana bilən yemək qızdırıcısını təqdim edib. Müxtəlif texnologiyalarla təchiz olunmuş qızdırıcı sürətli və bərabər isitmə imkanına sahibdir. Şirkətin iddiasına görə, cihaz qrafen qızdırıcı sayəsində 10 saniyə ərzində tam temperatura çatır və istiliyi üç ayrı bölgəyə bərabər paylaya bilir. Yaxın günlərdə satışa çıxarılması gözlənilən cihazın qiyməti 50 dollar olaraq müəyyən olunub.

"Apple"dan gənc proqram tərtibatçıları üçün yeni müsabiqə!

The logo for the 2025 Swift Student Challenge.

Yeni nəsil tərtibatçıları dəstəkləmək üçün həyata keçirilən bu proqram tələbələrin "Swift" proqramlaşdırma dili ilə yaratdıqları tətbiqlər ilə bağlı olacaq. Bu illik müsabiqə üçün müraciətlər 2025-ci ilin mart ayının əvvəlinə qədər qəbul ediləcək.

Təqdim olunan layihələr arasından ümumilikdə 350 qalib seçiləcək. Ən yaxşı 50 iştirakçı gələn yay Kaliforniyadakı "Apple" ofisinə səyahət və WWDC tədbirində pulsuz iştirak etmək şansı qazanacaq. Onlar həmçinin öz tətbiqlərini birbaşa "Apple" rəhbərlərinə nümayiş etdirmək imkanı əldə edəcəklər.

"MediaTek" və "Google" birgə əməkdaşlıq edib

Gemini sept 2024

"MediaTek" "Google" güclərini birləşdirərək mobil cihazların süni intellekt imkanlarını yeni səviyyəyə daşıyır. İki şirkət arasındakı ortaqlıq sayəsində müxtəlif "MediaTek" çipsetləri, xüsusilə "Dimensity 9400", "Gemini Nano" süni intellektini dəstəkləyəcək.

"Nvidia" yeni AI çipinin istehsalı üçün "Foxconn" ilə razılaşıb

"Foxconn" "Nvidia"nın gələcək nəsil GB200 süni intellekt çipi üçün dünyanın ən böyük istehsal müəssisəsini quracağını açıqlayıb. "Foxconn"un vitse-prezidenti Benjamin Ting-in sözlərinə görə, Meksikada tikiləcək fabrik çox böyük quruluşa malik olacaq. Yeni obyektin tikintisi süni intellekt əməliyyatlarını gücləndirmək üçün "Foxconn" və "Nvidia" arasında strateji tərəfdaşlığı vurğulayır.

Posted 
Oct 10, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All