Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

“Apple” daha iki modeli “vintage” siyahısına əlavə edib

The iPhone 6S Plus gives you more screen real estate (pictures) - CNET

Son yeniləmə ilə 2018-ci ildə çıxan “iPhone XS Max” və 2015-ci ildə təqdim edilən “iPhone 6s Plus” indi “vintage” məhsullar arasındadır. Bundan əlavə, “Apple Watch Series 2” modelləri köhnəlmiş məhsullar siyahısına əlavə edilib və rəsmi dəstəkdən çıxarılıb. Əvvəla, “Vintage” siyahısının nə olmasından danışsaq, deyə bilərik ki, bura “Apple”ın satışdan çıxardığı və bazara çıxmasından 5-7 il keçmiş cihazlar daxildir. Bu cihazlar yalnız zəruri ehtiyat hissələri mövcud olduqda təmir edilə bilər.

İlk ağıllı super avtomobil “JiYue ROBO X” təqdim olunub!

Baidu-backed Jiyue unveils Robo X electric supercar, production set for  2027 - CnEVPost

AI dəstəkli ağıllı super avtomobilin xarici dizaynında istifadə edilən bir çox aerodinamik detallar var. Bunun səbəbi yüksək sürətlə sabitlik və səmərəliliyi təmin etməkdir. Bununla belə, “ROBO X”in fərq yaratdığı əsl məqam onun texnoloji xüsusiyyətlərində gizlidir. Avtomobil “Baidu Apollo”nun avtomatik idarəetmə texnologiyası əsasında qurulmuş tam vizual avtonom idarəetmə sistemindən istifadə edir. Performans baxımından “ROBO X” 0-dan 100 km/saata cəmi 1,9 saniyəyə çatır və tam doldurma ilə 650 kilometr məsafə qət etmək mümkündür. Hazırda öncədən sifariş üçün hazır olan avtomobilin 2027-ci ildə kütləvi istehsalına başlanılması planlaşdırılır.

“Google” siyasi reklamlara yox dedi!

Google Public Policy (@googlepubpolicy) / X

“Google” 2025-ci ilin oktyabrında qüvvəyə minəcək Avropa Birliyinin yeni qaydalarına görə Avropa ölkələrində siyasi reklam xidmətlərini dayandırmaq qərarına gəldiyini açıqlayıb. Bu qərara uyğun olaraq, siyasi reklamlar daha axtarış sistemində və “YouTube” platformasında göstərilməyəcək. “Google” isə bunun əməliyyat çətinlikləri və hüquqi qeyri-müəyyənliklər yaratdığını bildirir və buna qarşı çıxır. Şirkətin Avropa üzrə hökumət işləri və ictimai siyasət üzrə vitse-prezidenti Annette Kroeber-Riel, sözügedən tənzimləmənin həddindən artıq geniş miqyaslı olduğunu qeyd edib.

Məlumat mərkəzləri üçün yeni termal həll tapılıb!

Thermal material

ABŞ-nin Texas Universiteti və Çinin Siçuan Universitetinin tədqiqatçıları tərəfindən hazırlanmış yeni material saatda 8 teravata qədər enerji istehlakını 13 faiz azalda biləcək. Termal interfeys materialı (TIM) adlanan bu material üzvi quruluşa malikdir. TIM aktiv elektron komponentlərdən istilik çəkmə sürətini artırır və bu artıq istiliyi suya və ya soyuducuya ötürür. Beləliklə, artıq istilik sistemdən çıxarıla bilir. Bu, aktiv soyutma sistemlərinə tələbatı azaldır.

ABŞ “TSMC”yə 6,6 milyard dollarlıq dəstək verəcək

TSMC triples Arizona chip investment to $40bn

ABŞ Ticarət Departamenti “TSMC” kimi tanınan “Tayvan Semiconductor Manufacturing Co” üçün 6,6 milyard dollarlıq təşviq paketini təsdiqləyib. Bu paket çərçivəsində Arizona ştatının Phoenix şəhərində böyük yarımkeçirici fabriki qurulacaq. “TSMC” ilə ABŞ arasındakı bu razılaşma, Bayden administrasiyası tərəfindən 2022-ci ildə elan edilən və ABŞ-də çip istehsalını artırmağı hədəfləyən 52,7 milyard dollarlıq ABŞ Çip və Elm Aktının əhəmiyyətli bir hissəsi olaraq göstərilir.

Posted 
Nov 16, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All